Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-11/2020 24.01.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “397,88 manat artıq ödənilmiş pul və 20,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında milli vayutada cari hesabın açılması və müştərinin tapşırığı ilə bank əməliyatlarının aparılması üçün xx.xx.2017-ci il tarixdə fərdi sahibkar üçün cari bank hesabının açılması haqqında müqavilə bağlanmış və cavabdehə (müştəriyə) ********************6 nörməli kart hesabı açılmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə kartda olan texniki problem nəticəsində 397,88 manat artıq pul vəsaitini kartdan çıxarmışdır. İddiaçı tərəfindən artıq ödənilmiş pulun qaytarılması ilə bağlı cavabdehə müraciət edilməsinə baxmayaraq pul məbləği ödənilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, bankın Şəki Fialiı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdehin adına kart hesabı açılmış və bank üzərinə düşən öhdəlikləri yerinə yetirərək daxil olan vəsaitləri vaxtı-vaxtında cavabdehin istifadəsinə vermişdir. Lakin xx.xx.2018xx.xx.2018-ci il tarixləri arasında bankın avtomatlaşdırılmış əməliyyat sistemində baş vermiş texniki xəta nəticəsində cavabdehin hesabına ona aid olmayan kənar vəsait köçürülmüş, cavabdeh də ona aid olmayan vəsaiti çıxarmağa nail olmuşdur. Pulun qaytarılması ilə bağlı cavabdehə müraciət edilməsinə baxmayaraq cavabdeh özünə aid olmayan pulu banka ödəməmişdir. Cavabdeh məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, texniki səhv nəticəsində hesabına köçürülən puldan məlumatı olmayıb. Həmin vəsait digər banka olan borcuna yönəldilib. Tələb olunan borcdan 50 manat ödəniş etmişdir. Qalan 347,88 manat borcunu etriaf edir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Müqavilə, hesabdan çıxarış, xəbərdarlıq, cavabdehin ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında milli vayutada cari hesabın açılması və müştərinin tapşırığı ilə bank əməliyatlarının aparılması üçün xx.xx.2017-ci il tarixdə fərdi sahibkar üçün cari bank hesabının açılması haqqında müqavilə bağlanmış və cavabdehə (müştəriyə) ********************6 nörməli kart hesabı açılmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə kartda olan texniki problem nəticəsində 397,88 manat artıq pul vəsaitini kartdan çıxarmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə 30 manat, xx.xx.2020-ci il tarixdə 20 manat ödənişlər etmiş və nəticədə 347,88 manat borcu qalmışdır. Məhkəmə araşdırması aparıldığı dövrdə cavabdeh tərəfindən tələb olunan borcdan 50 manat ödəniş aparılmış və bu ödənişi qəbul edirlər. Cavabdeh məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, texniki səhv nəticəsində hesabına köçürülən puldan məlumatı olmayıb. Həmin vəsait digər banka olan borcuna yönəldilib. Tələb olunan borcdan 50 manat ödəniş etmişdir. Qalan 347,88 manat borcunu etriaf edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia olunan borc məbləğindən ümumilikdə 50 manat ödəniş edildiyindən və bu hal iddiaçı tərəfindən qəbul edildiyindən, qalan borc məbləği cavabdeh tərəfindən etiraf edildiyindən və borcun etiraf edilməsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi etiraf olunan hissədə təmin edilməli, iddia qalan hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 20,40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh 347,88 manat borc, 20,40 manat dövlət rüsumu tutularaq “xxxx” ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-11/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-11/2020
24.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver