Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1103/2025 05.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AZSF-A068/24 nömrəli bitki toxumlarının alğı-satqısına dair müqaviləyə əsasən, ödənilmiş 100 000 manat avans məbləğindən cavabdehin 10000 manat ödəməsi nəzərə alınaraq cəmi 90000 manat borcun və ödənilmiş 360 manat dövlət rüsumunun, ümumilikdə 90360 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli AZSF-A068/24 nömrəli bitki toxumlarının alğı-satqısına dair müqavilə (bundan sonramüqavilə) imzalanmışdır. Müqaviləyə əsasən satıcı olan Cavabdeh MMC Müqavilədə hər biri 80 000 toxumluq 200 kisə qarğıdalı toxumunu cəmi 100 000 manat (bir yüz min manat) qarşılığında alıcı qismində çıxış edən İddiaçı MMC-yə satmağı öhdəsinə götürmüşdür. Tərəfindən qarşı tərəfə müqavilədə nəzərdə tutulmasa da, şifahi razılaşmaya əsasən, aqrar subsidiya hesabından 100 000 manat (bir yüz min manat) avans məbləği ödənilmiş və mallar təhvil alındıqdan sonra müqavilənin dəyəri hesab edilən 100 000 manat (bir yüz min manat) vəsait əlavə olaraq ikinci dəfə cavabdehin bank hesabına köçürülmüşdür. Daha sonra müraciət edilərək cavabdehin hesabına köçürülmüş 100 000 manat məbləğində avans məbləğinin geri qaytarılması tələb edilmiş və cavabdeh tərəfindən 04 sentyabr 2024-cü il tarixində 10000 manat məbləğ geri qaytarılsa da, geri qalan 90 000 manat (doxsan min manat) cari tarixədək geri ödənilməmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilmiş və son olaraq 29 aprel 2025-ci il tarixində tərəflərindən məktub (pretenziya) ünvanlanaraq 01 may 2025-ci il tarixinədək müvafiq məbləğin cavabdeh tərəfindən geri qaytarılması tələb edilmişdir. Sözügedən müraciətin üzərindən uzun müddət keçsə də, cari tarixədək həmin məbləğ İddiaçı MMC-yə məxsus bank hesabına köçürülməmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd olunan məqamları tam şəkildə müdafiə edir. İddia tələbinin tam təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
6. İşin müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı (alıcı) İddiaçı ilə cavabdeh (satıcı) Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, AZSF-A068/24 nömrəli “alqısatqı” müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “alıcı” İddiaçı “satıcı” Cavabdeh MMC-dən müqavilə üzrə satılan malları ( 400 kisə qarğıdalı toxumu, ümumi qiyməti 100 000 manat) qəbul etməyi, satıcı isə həmin malları alıcıya təhvil verməyi və alıcı öz növbəsində həmin malların dəyərini satıcı yəni Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə tərəflərin imza və möhürləri təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
7. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, (satıcı) Cavabdeh Məhdud Məsuliyyətli iddiaçıya müqavilə əsasında nəzərdə tutulan malları təhvil vermişdir. Həmin aktda malların adı və qiymətləri öz əksini tapmışdır. Akt iddiaçı və cavabdeh tərəfin nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir.
8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesabdan çıxarış məlumatından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə məxsus "xxxx" ASC-də olan AZ13AllB400700E**********112 nömrəli bank hesabına 100 000 manat məbləğində pul köçürülmüşdür.
9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli kart hesabından çıxarış məlumatından görünür ki, İddiaçınə məxsus “5103**** **** 3587” nömrəli kart hesabı vasitəsi ilə, Cavabdehnə məxsus kart hesabına 100 000 manat məbləğində pul köçürülmüşdür.
10. İş materiallarında olan maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən cavabdehə aralarında bağlanan müqavilə üzrə xx.xx.2024-cü il tarixdə 100000 manat və xx.xx.2024-cü il tarixdə isə 100000 manat olmaqla iki dəfə pul ödənilmişdir. Cavabdeh birinci ödəniş üzrə müqavilədə nəzərədə tutulan qaydada mal verməklə borcu ödəmiş, lakin yerdə qalan 100000 manatın 10000 manatını ödəmiş, ödənilməmiş 90000 manat borcu qalmışdır.
11. İş materiallarında olan İddiaçınə məxsus hesabından çıxarış məlumatından görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 10000 manat məbləğində ödəniş edilmişdir.
12. İş materiallarında olan İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. V. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Vİ. Məhkəmənin mövqeyi:
14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
15. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi əsassız varlanma nəticəsində yaranmış öhdəlikdən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin qanuni əsas və ya müqavilə əsası olmadan əsassız varlanma nəticəsində yaranmış öhdəliyi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə iddiaçıya bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
16. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı cavabdehə aralarında bağalana alqı-satqı müqaviləsi üzrə ilk öncə avans qismində xx.xx.2024-cü il tarixdə ona məxsus bank hesabına 100000 manat pul köçürmüşdür. Bundan sonra iddiaçı tərəfindən cavabdehə məxsus fermer kartı hesabına xx.xx.2024-cü il tarixdə təkrar 100000 manat pul köçürülmüşdür. Bu hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh isə birinci köçürülən məbləğin əvəzi olaraq alqı-satqı müqaviləsində nəzərədə tutulan malı verməklə ödəmiş, qalan 100000 manat məbləğin 10000 manatını ödəmiş, lakin qalan 90000 manatı isə ödəməmişdir. Nəticədə cavabdeh əsassız varlanmışdır. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.
17. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx.xx.2024-cü il tarixli AZSF- A068/24 nömrəli bitki toxumlarının alqı-satqı müqaviləsi üzrə artıq ödənilmiş 90000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
18. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 360 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Vİl. Nəticə:
19. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehndən xx.xx.2024-cü il tarixli AZSF-A068/24 nömrəli bitki toxumlarının alqısatqı müqaviləsi üzrə artıq ödənilmiş 90000 manat məbləğində pul vəsaiti və 360 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova