Məhkəmə qərarları › İş №e-2-2(117)-1106/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1106/2024

07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1106/2024 07.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 qanuni nümayəndəsi qismində Cavabdeh1 qarşı “cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 019R********** saylı krеdit razılaşması üzrə 1909.29 manat məbləğində krеdit bоrcu, 488.33 manat məbləğində faiz bоrcu və 190.54 manat məbləğində cərimə borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 45.88 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 qanuni nümayəndəsi qismində Cavabdeh1 qarşı “cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 019R********** saylı krеdit razılaşması üzrə 1909.29 manat məbləğində krеdit bоrcu, 488.33 manat məbləğində faiz bоrcu və 190.54 manat məbləğində cərimə borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 45.88 manat məbləğində dövlət rüsumunun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki ərizəyə kommersiya məhkəmələri tərəfindən baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Göründüyü kimi qanunvericiliklə mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə müəyyən edilir ki, hazırki mübahisədə vergi orqanı sahibkar subyekti olmamaqla mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlqədar olmadığından və iddia tələbi mülki məhkəmə icraatına aid olduğundan mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmasını istisna edir. Hazırki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 019L**********25 nömrəli uzunmüddətli kredit müqaviləsi əsasında bağlanmış kredit razılşması üzrə "xxxx" QSC tərəfindən X2 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 manat krеdit verilmişdir. 019L**********25 nömrəli uzunmüddətli kredit müqaviləsi və əsasında bağlanmış kredit razılaşması üzrə kredit X2 verilmişdir ki, həmin dövr üçün müqaviləni bağlayan borclunun fərdi sahibkar statusu (VÖEN-i) olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsindən verilmiş arayışından da göründüyü kimi X4 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Balakən Rayon İcra Hakimiyyəti Başçısının Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-ci il tarixli 130 saylı arayışa əsasən məlum olmuşdur ki, mərhum X1 mülkiyyətində olan 0.41 ha (ümumi birgə) kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən hal-hazırda mərhumun arvadı Cavabdeh1 (Nərimanovna) Nərman qızı, övladları Cavabdeh2 və X5 istifadə edir. Bu səbəbdən X1 vərəsələri kimi Cavabdeh2, Cavabdeh1 (Nərimanovna) Nərman qızı, eyni zamanda X3 qanuni nümayəndəsi olaraq hazırki iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatla müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 (Nərimanovna) Nərman qızı və Cavabdeh2 oğlunun VÖEN-i mövcud deyil, yəni vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmamışdır, fərdi sahibkar statusuna malik deyillər. Hazırki vəziyyətdə cavabdehlər vergi ödəyicisi deyildir ki, tərəflər arasındakı münasibətlər də sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən hazırki işə kommersiya məhkəmələrində baxılmamlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1=-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə məhkəmə aidiyyəti qaydalarına əsasən kommersiya məhkəmələrində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmaldıır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 qanuni nümayəndəsi qismində Cavabdeh1 qarşı “cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 019R********** saylı krеdit razılaşması üzrə 1909.29 manat məbləğində krеdit bоrcu, 488.33 manat məbləğində faiz bоrcu və 190.54 manat məbləğində cərimə borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 45.88 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar