Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-111/2024 25.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı X1 Cavabdehnə qarşı Cavabdehnə qarşı “Elibon markalı, CRUSHER 1500 modelli, seriyası ******* olan daş qıran qurğunun qüsurlarını aradan qaldırılması, bu mümkün olmadıqda yenisi ilə əvəz edilməsi vəzifəsinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətnin üzərinə qoyulması, bu da mümkün olmadıqda isə həmin qurğunun alınması üçün ödənilmiş 33390 manat pulun və qurğunun təmiri üçün sərf olunmuş 7000 manat pulun, ümumilikdə 40.000 manat pulun Cavabdehndən tutularaq iddiaçı X3 verilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X1 Cavabdehnə qarşı Cavabdehnə qarşı “Elibon markalı, CRUSHER 1500 modelli, seriyası ******* olan daş qıran qurğunun qüsurlarını aradan qaldırılması, bu mümkün olmadıqda yenisi ilə əvəz edilməsi vəzifəsinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətnin üzərinə qoyulması, bu da mümkün olmadıqda isə həmin qurğunun alınması üçün ödənilmiş 33390 manat pulun və qurğunun təmiri üçün sərf olunmuş 7000 manat pulun, ümumilikdə 40.000 manat pulun Cavabdehndən tutularaq iddiaçı X3 verilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirib hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən və bu mahiyyət etibari ilə iddia ərizəsinin geri qaytarılması tələbini də özündə ehtiva etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməsini hazırkı işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı X2 Cavabdehnə qarşı Cavabdehnə qarşı “Elibon markalı, CRUSHER 1500 modelli, seriyası ******* olan daş qıran qurğunun qüsurlarını aradan qaldırılması, bu mümkün olmadıqda yenisi ilə əvəz edilməsi vəzifəsinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətnin üzərinə qoyulması, bu da mümkün olmadıqda isə həmin qurğunun alınması üçün ödənilmiş 33390 manat pulun və qurğunun təmiri üçün sərf olunmuş 7000 manat pulun, ümumilikdə 40.000 manat pulun Cavabdehndən tutularaq iddiaçı X3 verilməsi” tələbinə dair ərizə baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-111/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-111/2024
25.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver