Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1117/2024 28.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdеhlərdən müştərək qaydada 3175,09 manat krеdit bоrcu, 458,45 manat faiz bоrcu, 125,11 manat cərimə borcunun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 57,59 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 001R********** nömrəli kredit razılaşmasına əsasən sonuncuya 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 % olmaqla, müəyyən olunmuş ödəniş planı üzrə qaytarmaq şərtilə fərdi mikro kredit məqsədilə 15000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə borcludur. 001R********** nömrəli kredit razılaşmasında uzunmüddətli kredit müqavilə üzrə bağlandığı göstərilsə də lakin razılaşmada uzunmüddətli kredit müqaviləsinin tarixi və nömrəsi göstərilməmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 və Cavabdeh2 arasında borcalanın uzunmüddətli kredit müqaviləsi üzrə 120 ay müddətinə 200000 manat məbləğində öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 001S**********02 nömrəli və 001S**********01 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrində zaminliyin borcalanın uzunmüddətli kredit müqaviləsi üzrə 120 ay müddətinə 200000 manat məbləğində öhdəliklərinin icrasının təmini usulu kimi bağlandığı göstərilsə də lakin razılaşmada uzunmüddətli kredit müqaviləsinin tarixi və nömrəsi göstərilməmişdir. Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 001R********** nömrəli krеdit razılaşması üzrə 3175,09 manat krеdit bоrcu, 458,45 manat faiz bоrcu, 125,11 manat cərimə borcu qalmışdır. Bu hal xx.xx.2024-cü il tarixli maliyyə arayışı və hesabdan çıxarışla təsdiq olunur. İddiaçı iddia ərizəsində 019L**********77 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 120 ay müddətinə 200000 manat kredit xətti açıldığını iddia etsə də, belə bir uzunmüddətli kredit müqaviləsi məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən pretenziya sənədi ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə Cavabdeh1 göndərilmiş, lakin qeyd edilən sənədlər “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmış, sonuncuya rəsmi məhkəmə sənədləri xx.xx.2024-cü il tarixdə Yevlax Rayon İcra Hakimiyyəti Aşağı Salamabad Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə və 2 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixdə rəsmi məhkəmə sənədləri Cavabdeh3 göndərilmiş, lakin qeyd edilən sənədlər “ünvan tapılmır” qeydi ilə geri qaytarılmış, cavabdehə rəsmi məhkəmə sənədləri xx.xx.2024-cü il tarixdə Bakı Şəhər Qaradağ Rayon İcra Hakimiyyətinə təqdim edilmiş, digər Cavabdeh2 rəsmi qayada məhkəmə bildirişi və əlaqədar sənədlər xx.xx.2024-cü il tarixdə göndərilmiş, həmin məhkəmə sənədləri sonuncuya çatdırılması üçün xx.xx.2024-cü il tarixdə Yevlax Rayon İcra Hakimiyyəti Aşağı Salamabad Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə və 11 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilmişdir. Buna baxmayaraq cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci və 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit razılaşması, Zaminlik müqavilələri, Hesabdan çıxarış, Maliyyə arayışı, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 001R********** nömrəli kredit razılaşmasına əsasən sonuncuya 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 % olmaqla, müəyyən olunmuş ödəniş planı üzrə qaytarmaq şərtilə fərdi mikro kredit məqsədilə 15000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə borcludur. İddiaçı öhdəliklərini yerinə yetirsə də, Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 001R********** nömrəli krеdit razılaşması üzrə 3175,09 manat əsas bоrcu, 458,45 manat faiz bоrcu və 125,11 manat cərimə borcu qalmışdır. Bu hal xx.xx.2024-cü il tarixli maliyyə arayışı və hesabdan çıxarışla təsdiq olunur. Bu səbəbdən 3175,09 manat əsas bоrc, 458,45 manat faiz bоrcu və 125,11 manat cərimə borcu Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Borc məbləğlərinin zaminlərdən də tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 470.1-ci bəndinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci bəndinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 və Cavabdeh2 arasında borcalanın uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə Cavabdeh3 və Cavabdeh2 ilə iddiaçı arasında 001S**********02 nömrəli və 001S**********01 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Lakin məhkəmə araşdırması zamanı uzunmüddətli kredit müqaviləsi məhkəməyə təqdim edilməmiş, istər kredit razılaşmasında, istəsə də zaminlik müqavilələrinə uzunmüddətli kredit müqaviləsinin tarixi və nömrəsi göstərilməmişdir ki, hazırki vəziyyətdə 001R********** nömrəli kredit razılaşması əsasında verilmiş kreditin zaminliyin verildiyi uzunmüddətli kredit müqaviləsi əsasında verildiyini müəyyən etmək mümkün deyildir. Belə olan halda zaminlərin borclu Cavabdeh1 001R********** nömrəli kredit razılaşması əsasında alınmış kredit üzrə öhdəliyi üçün məsuliyyət daşımalarına dair sübut mövcud olmadığından zaminlərdə pul tutula bilməz. Bu səbəbdən zaminlərdən pulun tutulması hissəsində iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 3175,09 əsas bоrc, 458,45 manat faiz bоrcu, 125,11 manat cərimə borcu Cavabdeh1 tutularaq iddiaçı banka ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən dövlət rüsumu 57.59 manat təşkil edir. İddia tələbi qismən təmin edilsə də, borc məbləği dəyişməmişdir ki, 57.59 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. İddiaçı tərəfindən 57,59 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmiş və sonuncu həmin vəsaiti cavabdehdən tələb etmişdir. Bu səbəbdən 57.59 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 3175,09 manat əsas bоrc, 458,45 manat faiz bоrcu, 125,11 manat cərimə borcu və 57.59 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1117/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1117/2024
28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver