Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1128/2023 13.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 qarşı “009R********** saylı krеdit razılaşması üzrə 26109.42 manat məbləğində krеdit bоrcu, 2573.52 manat məbləğində faiz bоrcu və 897.61 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 29580,55 manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh4 mülkiyyətində olan ünvan 1-də mülkiyyətində olan 0.0337 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 31 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 29580,55 manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 15 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ümumimüştərək qaydada tutulması; Cavabdeh4 mülkiyyətində olan ünvan 1-də mülkiyyətində olan 0.0337 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 31 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 istifadə hüququnun məhdudlaşdırılması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 qarşı ərizə ilə məhkəməyə müraciət edərək “009R********** saylı krеdit razılaşması üzrə 26109.42 manat məbləğində krеdit bоrcu, 2573.52 manat məbləğində faiz bоrcu və 897.61 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 29580,55 manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh4 mülkiyyətində olan ünvan 1-də mülkiyyətində olan 0.0337 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 31 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 29580,55 manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 15 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına xxxx» QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ümumimüştərək qaydada tutulması; Cavabdeh4 mülkiyyətində olan ünvan 1-də mülkiyyətində olan 0.0337 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 31 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 istifadə hüququnun məhdudlaşdırılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa dair tələblərə iddiaçı tərəfindən riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Hazırki iş üzrə elektron imzalanmış iddia ərizəsində və iddia ərizəsinin məzmununda iddia tələbi Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 qarşı yönəlsə də, iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdən (kredit müqaviləsi, zaminlik müqaviləsi, hesabdan çıxarış məlumatları və s.) müəyyən olunur ki, qeyd edilən sənədlər iddia ərizəsində göstərilmiş, yəni tələbin yönəldiyi cavadbehlərlə əlaqədar olmamış və həmin sənədlərdə başqa şəxslərin (X2 və X3) adları qeyd olunmuşdur. Hazırki vəziyyətdə iş üzrə iddia ərizəsindən başqa, işin digər materiallarında (kredit müqaviləsi, zaminlik müqaviləsi, hesabdan çıxarış məlumatları və s.) mübahisə üzrə aidiyyəti şəxslər qismində X2 və X1 adları qeyd olunmuş və həmin materiallar sonunculara münasibətdə təqdim edilmiş, bununla da iddiaçı tərəfindən qanunvericiliyin iddia ərizəsinin formasına və məzmununa dair tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qanunverciliyin iddia ərizəsinin forma və məzmun tələblərinə əməl edilmədiyindən təqdim edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. İş materialları tələbin yönəldiyi cavabdehlərə aid olmadığından hazırki vəziyyətdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.4 və 152.1.6-cı maddəslərinin tələblərinin yerinə yetirilməsi ilə bağlı sübutlar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.4 və 152.1.6-cı maddəslərinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda iş materialları tələbin yönəldiyi cavabdehlərə aid olmadığından hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinin tələblərinin yerinə yetirilməsi ilə bağlı sübutlar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələbinə uyğun olaraq ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 qarşı “009R********** saylı krеdit razılaşması üzrə 26109.42 manat məbləğində krеdit bоrcu, 2573.52 manat məbləğində faiz bоrcu və 897.61 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 29580,55 manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh4 mülkiyyətində olan ünvan 1-də mülkiyyətində olan 0.0337 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 31 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 29580,55 manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 15 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ümumimüştərək qaydada tutulması; Cavabdeh4 mülkiyyətində olan ünvan 1-də mülkiyyətində olan 0.0337 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 31 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 istifadə hüququnun məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1128/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1128/2023
13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver