Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1132/2024 06.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 1613.94 manat krеdit bоrcu, 184.98 manat faiz bоrcu və 68.23 manat cərimə bоrcu, 026A********** saylı kredit razılaşması üzrə 3239.23 manat krеdit bоrcu, 408.7 manat faiz bоrcu və 141.88 manat cərimə bоrcunun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 76.57 manat dövlət rüsumunun tutulması tutulması” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2019-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 026L**********18 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, yuxarı illik faiz dərəcəsi 28 faiz olmaqla 50000 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2019-cu il tarixdə bağlanmış 026L**********18 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə zaminlər Cavabdeh1, Cavabdeh3 arasında kredit alanın uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürməsinə dair xx.xx.2022-ci il tarixli, 026G**********01 nömrəli və 026G**********02 nömrəli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında uzunmüddətli kredit müqaviləsi əsasında kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən sonuncuya 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, 5000 manat məbləğində kredit verilmişdir. Həmin razılaşmanın 2.3-cü maddəsinə əsasən kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin aylıq faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi banka vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməyə borcludur. Eyni zamanda xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 026A********** nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, 4500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi banka vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i məbləğində cərimə ödəməyə borcludur. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilələr ilə nəzərdə tutulmuş 5000 manat və 4500 manat məbləği cavabdehə vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğlər ödənilməmiş qaldığından tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət edərək “026R********** saylı kredit razılaşması üzrə 1613.94 manat krеdit bоrcu, 184.98 manat faiz bоrcu və 68.23 manat cərimə bоrcu, 026A********** saylı kredit razılaşması üzrə 3239.23 manat krеdit bоrcu, 408.7 manat faiz bоrcu və 141.88 manat cərimə borcunun cavabdehlərdən müştərək qaydada tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri rəsmi qaydada xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh3 ünvanları üzrə şəxsən çatdırılmış, digər Cavabdeh2 məhkəmə bildirişi və sənədləri rəsmi qaydada xx.xx.2024-cü il tarixdə ünvanı üzrə (arvadı Feyzullayeva Fəridə) təqdim edilməsinə baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Uzunmüddətli kredit müqaviləsi, Kredit müqaviləsi, Kredit razılaşması, Zaminlik müqavilələri, Maliyyə arayışı, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında uzunmüddətli kredit müqaviləsi əsasında kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən sonuncuya 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, 5000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 026A********** nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, 4500 manat məbləğində kredit verilmişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilələrlə nəzərdə tutulmuş 5000 manat və 4500 manat məbləği cavabdehə vermiş, sonuncu isə hər iki müqavilə üzrə götürdüyü öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş borcları yaranmışdır ki, iddiaçı həmin borc məbləğlərinin 026R********** nömrəli kredit razılaşması üzrə 1613.94 manat krеdit bоrcu, 184.98 manat faiz bоrcu və 68.23 manat cərimə bоrcu, 026A********** nömrəli kredit razılaşması üzrə 3239.23 manat krеdit bоrcu, 408.7 manat faiz bоrcu və 141.88 manat cərimə bоrcu olmasını iddia edir. Belə ki, qeyd edilən hər iki müqavilə üzrə qalıq borc məbləğləri iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışları və hesabdan çıxarış sənədləri ilə təsdiq edilir ki, cavabdehlər bunun əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi təmin edilərək əsas və zamin olan cavabdehlərdən müştərək qaydada 026R********** nömrəli kredit razılaşması üzrə 1613.94 manat krеdit bоrcu, 184.98 manat faiz bоrcu və 68.23 manat cərimə bоrcu, 026A********** nömrəli kredit razılaşması üzrə 3239.23 manat krеdit bоrcu, 408.7 manat faiz bоrcu və 141.88 manat cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 76.57 manat təşkil edir. İddiaçı onun tərəfindən ödənilmiş 76.57 manat dövlət rüsumunu cavabdehlərdən tələb etdiyindən 76.57 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 026R********** nömrəli kredit razılaşması üzrə 1613.94 manat əsas bоrc, 184.98 manat faiz bоrcu, 68.23 manat cərimə borcu, 026A********** nömrəli kredit müqaviləsi üzrə 3239.23 manat əsas bоrc, 408.7 manat faiz bоrcu, 141.88 manat cərimə borcu və 76.57 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1132/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1132/2024
06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver