Məhkəmə qərarları › İş №e-2-2(117)-1136/2021

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1136/2021

24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1136/2021 24.12.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “Cavabdeh 04 yanvar 2019-cu il tarixli, RB/MF-5191 nömrəli kredit müqaviləsi üzrə kreditə görə 2544,55 manat, faiz borcuna görə 1553,87 manat, cəmi 4098,42 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Yevlax Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 32 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin, cəmi 62 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1 ünvanında 0,1150 ha torpaq sahəsində yerləşən, iki mərtəbəli ümumi sahəsi 558,84 kv.m. olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 04 yanvar 2019- cu il tarixli, RB/MF-5191 nömrəli kredit müqaviləsi üzrə cəmi 4098,42 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 62 manat məbləğində pulun ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “Cavabdeh 04 yanvar 2019-cu il tarixli, RB/MF-5191 nömrəli kredit müqaviləsi üzrə kreditə görə 2544,55 manat, faiz borcuna görə 1553,87 manat, cəmi 4098,42 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Yevlax Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 32 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin, cəmi 62 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1 ünvanında 0,1150 ha torpaq sahəsində yerləşən, iki mərtəbəli ümumi sahəsi 558,84 kv.m. olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 04 yanvar 2019- cu il tarixli, RB/MF-5191 nömrəli kredit müqaviləsi üzrə cəmi 4098,42 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 62 manat məbləğində pulun ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC elektron kabinet vasitəsilə 03.12.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən kredit müqaviləsi üzrə əsas və faiz borcunun tam ödənildiyini bildirmiş və bu səbəbdən iddia ərizəsinin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə İddiaçı ASC-nin elektron kabinet vasitəsilə 03.12.2021-ci il tarixdə daxil olmuş ərizəsinin iddia ərizəsinin qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməsini onun tərəfindən işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Bundan başqa məhkəmə ərizənin dövlət rüsumunun qaytarılması hissəsinə münasibətdə onu qeyd edir ki, iddiaçının 4098,42 manat pulun tutulmasına dair iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 60,98 manat təşkiol edir. İddiaçı mediasiya prosesinin tətbiqinə dair mediatora müraciəti nəticəsində mediatora 60 manat pul ödəmiş və həmin ödənişə əsasən məhkəməyə müraciət etmək üçün iddia etdiyi kimi 30 manat deyil, cəmi 1 manat dövlət rüsumu (elektron imzalanmış iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat hissəsi və iş materiallarında olan ********* nömrəli ödəniş qəbz) ödəyərək məhkəməyə müraciət etmək imkanını əldə etmişdir. Belə ki, Dövlət rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi, iddiaçının mediatora ödədiyi məbləğ məhkəmə rüsumu deyildir və qaytarıla bilməz ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Lakin, ödənilmiş 1 manat dövlət rüsumunun qaytarılması ilə bağlı qərardad əsasında icra vərəqəsinin veriləciyini, icra vərəqəsinin müvafiq icra qurumuna göndəriləcəyini və sonuncu tərəfindən icra tədbirlərinin görüləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, 1 manat vəsait üçün qeyd olunan prosedurların yerinə yetirilməsi ağlabatan deyildir və qaytarılması nəzərdə tutulan 1 manat rüsumun qaytarılması xərcləri daha artıq xərcə başa gələcəyindən ödənilmiş 1 manat dövlət rüsumu qaytarılmayaraq iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “Cavabdeh 04 yanvar 2019-cu il tarixli, RB/MF-5191 nömrəli kredit müqaviləsi üzrə kreditə görə 2544,55 manat, faiz borcuna görə 1553,87 manat, cəmi 4098,42 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Yevlax Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 32 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin, cəmi 62 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1 ünvanında 0,1150 ha torpaq sahəsində yerləşən, iki mərtəbəli ümumi sahəsi 558,84 kv.m. olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 04 yanvar 2019- cu il tarixli, RB/MF-5191 nömrəli kredit müqaviləsi üzrə cəmi 4098,42 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 62 manat məbləğində pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 1 manat dövlət rüsumu İddiaçı ASC-yə aid edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar