Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1151/2024 16.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, Cavabdeh qarşı “cavabdehdən müqavilə üzrə ödənilmiş avans məbləğdən 4819.70 manat və müqavilə öhdəliyini yerinə yetirmədiyinə avans məbləğə hesablanmış 10 faiz 481.77 manat dəbbə, 74 manat dövlət rüsumu tutularaq iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi” barədə iddia ərizəsinə baxaraq, müəyyən etdi: Cavabdeh qarşı “cavabdehdən müqavilə üzrə ödənilmiş avans məbləğdən 4819.70 manat və müqavilə öhdəliyini yerinə yetirmədiyinə avans məbləğə hesablanmış 10 faiz 481.77 manat dəbbə, 74 manat dövlət rüsumu tutularaq iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi” barədə iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. Məhkəmə hazırki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinin formasına və məzmununa dair tələblərə riayət olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Göründüyü kimi iddia ərizəsində iddiaçı və cavabdehin adları, ünvanları (qeydiyyat (hüquqi) və faktiki) və onlara aid sair məlumatlar göstərilməlidir. Hazırki iş üzrə elektron imzalanmış iddia ərizəsindən müəyyən olunduğu kimi iddiaçı tərəfin hüquqi və ya fiziki şəxs olması, onun barəsində digər məlumatlar iddia ərizəsində göstərilməmişdir ki, belə olan halda tələbin kim tərəfindən irəli sürülməsini müəyyən etmək mümkün deyildir. Göründüyü kimi iddiaçı barədə məlumatlar (ad, ünvan (faktiki və ya hüquqi) və s.) elektron imzlanmış iddia ərizəsində göstərilməmiş və iddiaçı bununla iddia ərizəsinin forma və məzmun tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 73.75 manat təşkil edir. İddiaçı tərəfindən 74 manat ödənilməsi ilə bağlı təqdim edilmiş 174828 nömrəli qəbzin yoxlanılması zamanı 74 manat dövlət rüsumunun Şəki Kommersiya Məhkəməsinə ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda ödəniş qəbzinin “ödənişin təyinatı” bölməsində göründüyü kimi həmin bölmədə məhkəmələr qeyd olunmuşdur. Bundan başqa təqdim edilmiş 174828 nömrəli qəbzin sistem vasitəsilə doğruluğunun yoxlanılması zamanı “belə bir qəbz mövcud deyil” bildirişi daxil olmuşdur ki, göründüyü kimi qəbzin doğruluğunu da müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.3-cü maddəsinə əsasən, Dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən məhkəmə təqdim edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz kimi qəbul etmir və iddiaçının diqqətinə çatdırılmasını zəruri hesab edir ki, yenidən məhkəməyə müraciət edilərsə, “Asan Pay” və ya Hökümət ödəniş portallarından istifadə edilməklə dövlət rüsumunun hazırki məhkəməyə ödənilməsinə dair qəbzi elektron imzalanmış iddia ərizəsində qeyd etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə riayət etməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Cavabdeh qarşı “cavabdehdən müqavilə üzrə ödənilmiş avans məbləğdən 4819.70 manat və müqavilə öhdəliyini yerinə yetirmədiyinə avans məbləğə hesablanmış 10 faiz 481.77 manat dəbbə, 74 manat dövlət rüsumu tutularaq iddiaçı «X1» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi” barədə tələbə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1151/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1151/2024
16.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver