Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1155/2024 19.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2na qarşı “cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 019R********** nömrəli krеdit razılaşması üzrə 30000 manat krеdit bоrcu, 5491.63 manat faiz bоrcu, 2526 manat cərimə borcunun və ödənilmiş dövlət rüsumuna görə 204.05 manatın tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2na qarşı “cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 019R********** nömrəli krеdit razılaşması üzrə 30000 manat krеdit bоrcu, 5491.63 manat faiz bоrcu, 2526 manat cərimə borcunun və ödənilmiş dövlət rüsumuna görə 204.05 manatın tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki ərizəyə kommersiya məhkəmələri tərəfindən baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Göründüyü kimi qanunvericiliklə mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə müəyyən edilir ki, hazırki mübahisədə cavabdehlərin heç biri sahibkar subyekti olmamaqla mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlqədar olmadığından və iddia tələbi mülki məhkəmə icraatına aid olduğundan mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmasını istisna edir. Hazırki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X2 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 019L**********08 nömrəli uzunmüddətli kredit müqaviləsi əsasında bağlanmış kredit razılaşması üzrə 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat krеdit verilmişdir. 019L**********08 nömrəli uzunmüddətli kredit müqaviləsi və əsasında bağlanmış kredit razılaşması üzrə kredit X2 verilmişdir ki, həmin dövr üçün müqaviləni bağlayan borclunun fərdi sahibkar statusu (VÖEN-i) olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsindən verilmiş arayışından da göründüyü kimi X3 xx.xx.2023-cü il tarixdə ölmüşdür. DƏDKRPH-nin 1 saylı Bakı Ərazi Dairəsindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən məlum olmuşdur ki, X1 adına ümumi birgə qaydada Zaqatala rayonu, Lahıc kəndində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN 62F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. X1 adına ümumi birgə qaydada Zaqatala rayonu, Lahıc kəndində yerləşən 0,40 ha yaşayış məntəqələrinin torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN 62G nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. X1 adına ümumi birgə qaydada Zaqatala rayonu, Lahıc kəndində yerləşən 0,23 ha yaşayış məntəqələrinin torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN 62H nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Lahıc kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş məlumata əsasən X1 Lahıc kəndi ərazisində özünə məxsus 0.40 ha əkinə yararlı torpaq sahəsi vardır. Hal-hazırda həmin torpaq sahəsindən mərhumun atası Cavabdeh2 istifadə edir. Eyni zamanda 019S**********01 nömrəli, 019S**********02 nömrəli və 019S**********04 nömrəli zaminlik müqavilələri üzrə Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 zaminlər qismində ölmüş borcalan C.Muradovun öhdəlikləri üçün məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatla müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2nun VÖEN-i mövcud deyil, yəni vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmamışlar və fərdi sahibkar statusuna malik deyillər. Hazırki vəziyyətdə cavabdehlər vergi ödəyicisi deyildir ki, tərəflər arasındakı münasibətlər də sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən hazırki işə tərəflərin subyektiv tərkibi və mübahisənin xarakteri baxımından kommersiya məhkəmələrində baxılmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki tələbə ərazi aidiyyəti qaydalarına uyğun Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından məhkəmənin hesabına ödənilmiş 204.5 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu qismən və ya tamamilə geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları” nın 3.1-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin yazılı müraciətinə əsasən 20 gün müddətində qaytarılır. 3.2-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün müəyyən edilmiş 20 günlük müddət dövlət rüsumunu tutan orqana bu barədə ərizə verildiyi gündən vəsaitin müvafiq dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir. 4.1-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i göstərilməlidir. 4.2-ci bəndinə əsasən dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 7 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, qərardad rəsmi qaydada təqdim edildikdən sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən ödənilmiş Dövlət rüsumunun büdcədən qaytarılması üçün ərizə ilə Dövlət rüsumunun ödənildiyi xəzinədarlıq orqanına müraciət edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2na qarşı “cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 019R********** nömrəli krеdit razılaşması üzrə 30000 manat krеdit bоrcu, 5491.63 manat faiz bоrcu, 2526 manat cərimə borcunun və ödənilmiş dövlət rüsumuna görə 204.05 manatın tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Accessbank” QSC tərəfindən xx.xx.2024-cü il tarixli, 62267920 nömrəli qəbzlə Şəki Kommersiya Məhkəməsinə ödənilmiş 204.5 (iki yüz dörd manat əlli qəpik) manat Dövlət rüsumu Accessbank” QSC-yə dövlət büdcəsindən qaytarılsın. Qərardadın, iddia ərizəsinin geri qaytarılması hissəsindən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1155/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1155/2024
19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver