Məhkəmə qərarları › İş №e-2-2(117)-1180/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1180/2022

12.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1180/2022 12.10.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı xxxx MMC-nin nümayəndəsi Nümayəndə Sirac oğlunun iştirakı ilə, İddiaçı xxxx MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2022-ci il tarixli ******* nömrəli akt nəticəsində hesablanmış 25737,58 manat borcun cəmiyyətin **********00001 nömrəli abonent hesabından silinməsi və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Cavabdeh nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə Göyçay sənaye zonasında yerləşən İddiaçınə məxsus asfalt-beton zavodunda yoxlama aparılmış, yoxlama zamanı sözügedən müəssisədə quraşdırılmış bitum qazanlara baxış keçirilmiş, sayğac bitum çəndə istifadə olunan qaz sərfi sayğacın minimal qaz buraxma qabiliyyətindən aşağı həddə olduğu üçün sayğac sərfiyyatı xəta ilə hesablaması müəyyən edilərək X1nın pozulması haqqında ******* nömrəli akt tərtib edilmişdir. Bundan sonra itirilmiş qaz 116989 m3 olmaqla istifadə olunmuş təbii qaza görə abonentə 25737,58 manat borc hesablanmış və abonentə dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, xxxx MMC ilə Cavabdeh arasında bağlanmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlaçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Razılşmaya əsasən hesab paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Cavabdeh nümayəndələri R.Qəhrəmanov, Ü.Məhərrəmov, Arzu Musayev, E.İslamov xx.xx.2022-ci il tarixdə xxxx MMC-də sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama apararaq həmin obyektdə quraşdırılmış bitum qazanlarına baxış keçirmiş, X1nın pozulması haqqında akt tərtib etmiş və istifadə olunmuş təbii qaza görə 25737,58 manat hesablanmışdır. Hesablamanı qanunsuz hesab edərək iddiaçı bildirir ki, iddia ərizəsinə əlavə edilmiş 29 mart 2022-ci il tarixli, ******* nömrəli altdan görünür ki, xxxx MMC-yə məxsus obyektdə quraşdırılmış bitum qazanlarına baxış keçirmiş, bitum qazanlarında qaz yanarkən qaz sərfini sayğacın minimal qaz buraxma həddindən aşağı həddə xəta ilə hesablanması müəyyən edilmişdir. Cavabdeh nümayəndələri təbii qazdan istifadə ilə əlaqədar iddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsini əsas götürərək yoxlama apararkən təmsil etdiyi orqanın yoxlama aparmaq barədə yoxlayıcı orqanın rəhbəri tərəfindən imzalanaraq qəbul etdiyi qərarı elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim etməmiş və yoxlamanın başlamasından əvvəl reyestrdən çıxarış almalı olduğu halda çıxarışı almadan yoxlamanı həyata keçirməklə hüquq normalarının tələblərini pozmuşlar. Bundan başqa iddiaçı hesab edir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfındən yoxlama qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması təmin edilmədiyindən, həmin yoxlama nəticəsində hesablanan borc iddiaçıdan tələb oluna bilməz. Cavabdehin itirilmiş təbii qazın əvəzi olaraq cərimənin hesablanması barədə dəlilləri əsassızdır və əsassız olaraq cavabdeh tərəfindən pozuntuda iddiaçı təqsirli bilinərək ona borc hesablanmışdır. Odur ki, 29 mart 2022-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akt nəticəsində hesablanmış 25737,58 manat borcun iddiaçı xxxx MMC-nin **********00001 abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, sayğacda hər hansı bir qüsur var idisə, cavabdeh həmin sayğacı dəyişdirməli idi. Lakin sayğac hələ də dəyişdirilməmiş və həmin sayğac əsasında hesablama aparılır. Cavabdeh məhkəmə iclasında nümayəndəsinın iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Proses iştirakçıları tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: aktlar, tələbnamə, Abonentin saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə xidmət edən qaz sayğacına keçirilmiş baxış və ya yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsir dairəsinə daxildir və vahid məlumat reyestrində qeydiyyata alınmalı idi. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Azəriqaz İB-nin nümayəndələri tərəfindən iddiaçı MMC-yə məxsus sayğaca baxış yaranmış qaz sərfiyyatının qeydiyyatının aparılması məqsədi daşımamış, iddiaçıya məxsus sahibkarlıq obyektində yoxlama aparılması məqsədi daşımaqla asfalt-beton zavodunda quraşdırılmış bitum qazanlara baxış keçirilmiş, yoxlama nəticəsində mübahisə predmeti olan akt yazılaraq borc hesablanmışdır. Cavabdeh tərəfindən aparılan yoxlama sahibkarlıq sahəsində aparılan yoxlama olmaqla, qanunvericiliyin tələbinə əsasən vahid məlumat reyestrində qeydiyyata alınmadığından məhkəmə hesab edir ki, yoxlama qanunsuz olmuşdur və bu səbəbdən həmin yoxlama nəticəsində yazılmış akt və akt əsasında hesablanmış borc da əsassızdır. Bu səbəbdən həmin borc abonentin hesabından silinməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, akt tərtib edilərkən “X1”nın pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Belə ki, “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də dəymiş ziyanın bərpasına əsas kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1nın 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən, ititirlmiş qaz bərpa edilməlidir. Buna baxmayaraq yoxlama zamanı sayğaca hər hansı müdaxilə faktı aşkar edilməmişdir. Bundan əlavə sayğacın xəta ilə işləməsi, yükü tam qeyd etməməsi cavabdeh tərəfindən müəyyən edilsə də, hazırki vaxta qədər həmin sayğac dəyişdirilməmişdir və həmin sayğac əsasında hesablaşma aparılır. Cavabdeh tərəfindən sayğacın qüsurlu olması, yükü qeyd etməməsi müəyyən olunmuşdursa, bu zaman həmin sayğacın yenisi ilə əvəz edilməsi onun vəzifəsidir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixdə çap edilmiş abonentin saldosundan müəyyən edilmişdir ki, iddiaçı MMC-yə xidmət göstərən sayğaç xx.xx.2019cu il tarixdə quraşdırılmış və həmin sayağaça əsasən abonentlə hesablaşma 2022-ci ilin avqust ayı da daxil olmaqla davam etdirilməkdədir. Bu isə onu deməyə əsaə verir ki, sayğaç qusurlu olmamış və cavabdeh iddiaçıya əsassız olaraq borc hesablamışdır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı xxxx MMC-də aparılan yoxlama sahibkarlıq sahəsində aparılan yoxlama olduğundan, lakin qanunvericiliyin tələbinə əsasən vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparıldığından cavabdeh tərəfindən aparılmış yoxlama qanunsuzdur və qanunsuz yoxlamanın nəticəsində yazılmış akt əsasında hesablanmış borc da abonentin hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan Dövlət rüsumu haqqında Qanuna əsasən iddianın qiymətinə uyğun dövlət rüsumu 167,21 manat təşkil edir ki, iddia tələbi təmin edildiyindən xx.xx.2021-ci il tarixdən qüvvədə olan Dövlət rüsumu haqqında Qanuna əsasən ödənilməmiş dövlət rüsümu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 25737,58 manat borc xxxx MMC-nin **********00001 nömrəli abonent hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 200 manat mediasiya xərci tutularaq xxxx MMC-yə ödənilsin. Ödənilməmiş 167,21 manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar