Məhkəmə qərarları › İş №e-2-2(117)-1184/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1184/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1184/2023 30.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh4 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada 026R********** saylı krеdit razılaşması üzrə 22502.16 manat məbləğində krеdit bоrcu, 2713.05 manat məbləğində faiz bоrcu və 843.57 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 26058 qəpik məbləğində bоrcun və 200 manat məbləğində mediasiya xərcinin tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada 026R********** saylı krеdit razılaşması üzrə 22502.16 manat məbləğində krеdit bоrcu, 2713.05 manat məbləğində faiz bоrcu və 843.57 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 26058 qəpik məbləğində bоrcun və 200 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 026L**********80 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, yəni, xx.xx.2031-ci il tarixdən gec olmamaq şərtilə 50 000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Müqavilənin 1.2-ci bəndinə əsasən kreditlər tərəflər arasında “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar (Kredit razılaşmaları) əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, xx.xx.2031-ci il tarixdən gec olmayaraq verilməlidir. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlərin hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşması ilə müəyyən edilir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 ilə "xxxx" QSC arasında xx.xx.2022-ci il tarixli 026R********** saylı krеdit razılaşması bağlanmışdır. Həmin kredit razılşmasına əsasən cavabdeh X1 36 ay müddətinə, illik faiz dərəcəsi 23 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini hər ay artan məbləğ üzrə 973 manat, sonda 979,15 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Uzunmüddətli kredit müqaviləsinin 8.5-ci və 11.5-ci bəndlərinin tələbinə görə, Kreditalan və zaminlər ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 026L**********80 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Cavabdeh4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, kredit alan Cavabdeh1 onu aldadaraq 5 min manat kredit aldığını bildirmişdir. Lakin 25000 manat kredit almışdır. Onun özünün də kredit borcu vardır. Odur ki, məhkəmədən köməklik göstərilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin iş üzrə iddiaçı və digər cavabdehlər məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək anasının xəstəliyi ilə əlaqədar işin təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 əvvəlki məhkəmə iclasında da eyni məzmnlu teleqramla müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin cavabdeh hər hansı bir sübut , etraz və ya vəsatətəini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, zaminlik müqavilələri, ödəniş planı, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 026L**********80 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, yəni, xx.xx.2031-ci il tarixdən gec olmamaq şərtilə 50 000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 ilə "xxxx" QSC arasında xx.xx.2022-ci il tarixli 026R********** saylı krеdit razılaşması bağlanmışdır. Həmin kredit razılşmasına əsasən cavabdeh X1 36 ay müddətinə, illik faiz dərəcəsi 23 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25 000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli 026L**********80 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, həmin müqavilə həm də zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İddia tələbinin borcun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tələbində cavabdehlərdən 22502,16 manat məbləğində əsas kredit borcu, 2713,05 manat məbləğində faiz borcu və 843,57 manat cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmə tələb üzrə əsas və faiz borcuna münasibətdə qeyd edir ki, iddiaçı həmin məbkəğdə borcun tutulmasını tələb etməkdə haqlıdır. Bununla bağlı cavabdehlər borcun məbləği ilə razılaşmamasına dair etiraz və ya vəsatətələrini məhkəməyə təqdim etməmişlər. Bu səbəbdən də məhkəmə öz təşəbbüsü ilə əlavə araşdırma aparmamışdır. Müqavilə üzrə hesablanmış cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış unmüddətli kredit müqaviləsinin 8.5-ci və 11.5-ci bəndlərinin tələbinə görə, kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, cavabdehlərin kredit borcu üzrə son vaxta kimi etdiyi ödənişləri və tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehlərdən 80 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın həcminə görə ödənilməli dövlət rüsumu 168,08 manat təşkil edir ki, həmin dövlət rüsumunun 4,93 manat hissəsi İddiaçı QSC-dən, 163,15 manat hissəsi isə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği cavabdehdən tələb etdiyindən həmin məbləğin iddiaçının təmin edilmiş hissəsinə münasibətdə 194,14 manat hissəsi cavabdehlərdən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 22502.16 manat əsas borcun, 2713.05 manat faiz borcunun və 80 manat cərimə borcunun və 194,14 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilməmiş 168,08 manat dövlət rüsumunun 4,93 manat hissəsi İddiaçı QSC-dən, 163,15 manat hissəsi isə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar