Məhkəmə qərarları › İş №e-2-2(117)-1193/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1193/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1193/2024 31.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə : Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh müqavilə üzrə ödənilmiş avans məbləğdən 4819.70 (dörd min səkkiz yüz on doqquz manat yetmiş qəpik) manat və müqavilə öhdəliyini yerinə yetirmədiyinə avans məbləğə hesablanmış 10 (on) faiz 481.77 (dörd yüz səksən bir manat yetmiş yeddi qəpik) manat dəbbə, 74 (yetmiş dörd) manat dövlət rüsumu və ümumilikdə 5.375 (beş min üç yüz yetmiş beş) manat, 47 (qırx yeddi) qəpik alınaraq İddiaçınə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə X1 arasında xx.xx.2022-ci il tarixdə yaşıl tütünün yetişdirilməsi və satışı haqqında bağlanmış müqaviləyə əsasən icraçı fermer mülkiyyətində, istifadəsində, sahibliyində və ya icarəsində olan 7 ha torpaq/əkin sahəsindəv “vircinya” tipli toxumun və ya ştilin müvafiq aqrotexniki qaydalara uyğun olaraq əkilməsi beeçərilməsi, yetişdirilməsi və yığımının həyata keçirib tam həcmdə sifarişçiyə satmağı, sifarişçi isə məhsulu qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətdə icraçı fermerə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən mülkiyyətində, istifadəsində, sahibliyində və ya icarəsində olan 7 ha torpaq/əkin sahəsində öz işçi qüvvəsi ilə müvafiq aqrotexniki tələblərə əməl etməklə tütün əkinini, becərilməsini, yetişdirilməsini və yığımını həyata keçirmək və hər hektar üzrə 12 tondan az olmamaq şərtilə yaş tütünü tam həcmdə (əskiksiz) istehsal edib/yetişdirib sifarişçiyə təhvil verməlidir. 4.2-ci bəndinə əsasən icraçının təqdim etdiyi mallar təhvil-təslim aktı əsasında sifarişçi tərəfindən qəbul edilir. İddiaçı MMC tərəfindən cavabdehə 350 manat, 100 manat, 1450 manat, 1000 manat, 250 manat, 2500 manat avans verilmiş, 600 manat əkin pulu, 2250 manat toxa pulu, tütün ştili üçün 2479,4 manat olmaqla ümumilikdə 10979,4 manat pul ödənilmişdir. İcraçı fermer tərəfindən isə təqdim edilmiş malların təhvil qəbul aktları ilə ümumilikdə 6159,8 manat dəyərində yaşıl tütün sifarişçiyə təhvil verilmişdir. Qeyd olunan aktlar təhvil verən cavabdeh və təhvil alan iddiaçının nümayəndələri tərəfindən imzalarla təsdiq edilmişdir. Cavabdeh iddia tələbinə etira ərizəsi ilə məhkəməyə müarciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən öhdəlik götürmüşdür. Həmin müqaviləyə əsasən tütün məhsulunun yetişdirilməsi üçün 8500 manat pul ödənilmiş və 2479,50 manat dəyərində tütün ştili verilmişdir. Müqavilənin icrası dövrü üçün qeyd edilən ərazidən yığdığı 8010,83 manat dəyərində yaşıl tütün kütləsi tam şəkildə tərəfindən tələbkara təhvil verilmişdir. İddia tələbinə münasibətdə elektron qaimələri, bank hesabından çıxarışı məhkəməyə təqdim etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəməyə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan respublikası Mlüki Prosessual Məcəlləsinin 185.5-ci bəndinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: yaşıl tütünün yetişdirilməsi və satışı haqqında müqavilə, təhvil-qəbul aktları, ödəniş tapşırıqları, elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi İddiaçı MMC ilə X1 arasında xx.xx.2022-ci il tarixdə yaşıl tütünün yetişdirilməsi və satışı haqqında bağlanmış müqaviləyə əsasən sifarişçi tərəfindən yaşıl tütün əkini üçün ümumilikdə 10979,4 manat vəsait ödənilmiş, icraçı isə öhdəliklərini qismən icra etməklə 6159,8 manat dəyərində yaşıl tütün təhvil verilmişdir. Belə ki, İddiaçı MMC tərəfindən cavabdehə 350 manat, 100 manat, 1450 manat, 1000 manat, 250 manat, 2500 manat avans verilmiş, 600 manat əkin pulu, 2250 manat toxa pulu, tütün ştili üçün 2479,4 manat olmaqla ümumilikdə 10979,4 manat pul ödənilmişdir. İcraçı fermer tərəfindən isə təqdim edilmiş malların təhvil qəbul aktları ilə ümumilikdə 6159,8 manat dəyərində yaşıl tütün sifarişçiyə təhvil verilmişdir. Qeyd olunan aktlar təhvil verən cavabdeh və təhvil alan iddiaçının nümayəndələri tərəfindən imzalarla təsdiq edilmişdir. Göründüyü kimi cavabdehin ödənilməmiş 4819,70 manat borcu qalmışdır ki, həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin etiraz dəlillərinə və onun tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimələrə münasibətdə qeyd edir ki, təqdim edilmiş sənədlər etirazın əsaslılığı üçün kifayət etmir. Belə ki, bank hesabından çıxarışda iddiaçı tərəfindən edilmiş ödənişlər öz əskini tapmış, elektron qaimələr isə orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməmişdir. Çünki elektron qaimələr iş materiallarındakı sənədlərlə əlaqəli şəkildə qiymətləndirildikdə malların təhvili təsdiq olunmuş hesab edilir. Hazırki iş üzrə cavabdeh tərəfindən elektron qaimələrlə birlikdə qiymətləndiriləcək əsaslı dəlil (malların təhvil-qəbul aktı) məhkəməyə təqdim edilməmişdir. Belə olan halda həqiqətən cavabdeh tərəfindən 8010,83 manat dəyərində yaşıl tütün təhvil verildiyi təsdiq edilmir. Bu səbəbdən məhkəmə həmin sənədləri sübut qismində qəbul etmir və cavabdehin etirazını əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, müqavilə şərtinin pozulmasında iddiaçının təqsirinin olduğunu iddia etdiyi təqdirdə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyündən, lakin cavabdeh bunu sübut edə bilmədiyindən, iddiaçı tərəf isə təqdim edilmiş sənədlər əsasında cavabdehin ona ödənilməmiş borcunun olduğunu sübut etdiyindən məhkəmə hesab edir ki, cavabdehin etiraz dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa iddia tələbinin 481,77 manat dəbbə məbləğinin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Hazırki vəziyyətdə cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyini lazımınca yerinə yetirməsə də, iddiaçı məhkəməyə vaxtında müraciət etmədiyindən cərimənin artmasına şərait yaratmışdır ki, məhkəmə dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyəti və maddi durumunu nəzərə alıb hesab edir ki, cavabdehdən 50 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh öhdəliklərini lazımınca yerinə yetirmədiyindən 4819,70 manat əsas borc və 100 manat cərimə borcu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddianın qiymətinə (5301,47 manat) əsasən ödənilməli dövlət rüsumu 73.01 manat olmalıdır. iddiaçı tərəfindən 74 manat dövlət rüsumu ödənilsə və həmin vəsait cavabdehdən tələb edilsə də, 73.50 manat rüsum ödənildiyi müəyyən edilir ki, iddianın qiymətinə uyğun 73.01 manat dövlət rüsumu iddia tələbi əsas borca münasibətdə dəyişmədiyindən cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 0,49 manat iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4819,70 manat borc, 100 manat dəbbə pulu, 73.01 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar