Məhkəmə qərarları › İş №e-2-2(117)-1194/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1194/2022

13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1194/2022 13.09.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “ləğv edilmiş DTXK tərəfindən verilmiş seriya nömrəsi JN *** (KOD ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən cavabdehlər Cavabdeh5, Cavabdeh2 Şəmil qızı, Cavabdeh6, Cavabdeh3, X1 mülkiyyətində olmuş, hazırda isə Cavabdeh4 mülkiyyətində olan 2,60 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh5, Cavabdeh2 Şəmil qızı, Cavabdeh6, Cavabdeh3, X2 və Cavabdeh4 çıxarılması, həmin icarəyə götürdüyü torpaq sahəsindən istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair işə məhkəmənin binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ləğv edilmiş DTXK tərəfindən verilmiş seriya nömrəsi JN *** (KOD ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən cavabdehlər Cavabdeh5, Cavabdeh2 Şəmil qızı, Cavabdeh6, Cavabdeh3, X1 mülkiyyətində olmuş, hazırda isə Cavabdeh4 mülkiyyətində olan 2,60 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh5, Cavabdeh2 Şəmil qızı, Cavabdeh6, Cavabdeh3, X2 və Cavabdeh4 çıxarılması, həmin icarəyə götürdüyü torpaq sahəsindən istifadəyə törədilən maneələrin aradan qaldırılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxrtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “ləğv edilmiş DTXK tərəfindən verilmiş seriya nömrəsi JN *** (KOD ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən cavabdehlər Cavabdeh5, Cavabdeh2 Şəmil qızı, Cavabdeh6, Cavabdeh3, X1 mülkiyyətində olmuş, hazırda isə Cavabdeh4 mülkiyyətində olan 2,60 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh5, Cavabdeh2 Şəmil qızı, Cavabdeh6, Cavabdeh3, X2 və Cavabdeh4 çıxarılması, həmin icarəyə götürdüyü torpaq sahəsindən istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar