Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1202/2021 15.11.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı “X3” MMC-nin cavabdeh X1 qarşı “3584 manat borcun, 60 manat mediasiya xərcinin və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 110 manat xərcin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı “X3” MMC-nin cavabdeh X1 qarşı “3584 manat borcun, 60 manat mediasiya xərcinin və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 110 manat xərcin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırkı iddia ərizəsi imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsini imzalamaq səlahiyyəti 10.11.2021-ci il tarixli etibarnamə ilə Nümayəndə verilmiş, Vəkil adına hər hansı bir etibarnamə ilə belə səlahiyyət veriməmişdir. Bundan əlavə iddia ərizəsində (elektron ərizədə) iddiaçı hüquqi şəxsin adı və digər tələb edilən məlumatlar daxil edilməmişdir. Bununla da iddia ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən iddianın hazırkı vəziyyətdə məhkəmə icraatı mümkün deyildir, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, həmçinin 152.1.2-c maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçının diqqətinə çatdırılır ki, iddia ərizəsi səlahiyyəti olan şəxs tərəfindən elektron (asan imza) imza ilə imzalanmalı və ərizənin forma və məzmununa riayət edilməklə "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X3” MMC-nin cavabdeh X1 qarşı “3584 manat borcun, 60 manat mediasiya xərcinin və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 110 manat xərcin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1202/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1202/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver