Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1212/2023 27.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı Azərbaycan Respublikası X2 Cavabdeh ASC-yə qarşı “X3 məxsus 15 hektar torpaq sahəsinin tut bağı salmaq məqsədi ilə 50 il müddətinə Cavabdeh ASC-nə icarəyə verilməsi ilə bağlı Cavabdeh ASC ilə bələdiyyə arasında bağlanmış 01 oktyabr 2004-cü il tarixli torpaq icarəsi müqaviləsinin və həmin icarə müqaviləsinə əlavə dəyişikliklər edilməsi barədə 05 noyabr 2012-ci il tarixli müqavilənin (əlavənin) ləğv edilməsi, qeyd edilən icarə müqavilələri əsasında yaranmış 6000 manat borcun Cavabdeh ASC-dən alınaraq X3 verilməsi, həmçinin, X3 məxsus olan 15 hektar torpaq sahəsindən Cavabdeh ASC-nin istifadə etməsi qadağan edilməklə həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsindən X2 istifadəsinə Cavabdeh ASC tərəfindən edilən maneələrin aradan qaldırılması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası X4 CavabdehASC-yə qarşı ərizə ilə məhkəməyə müraciət edərək “X3 məxsus 15 hektar torpaq sahəsinin tut bağı salmaq məqsədi ilə 50 il müddətinə Cavabdeh ASC-nə icarəyə verilməsi ilə bağlı Cavabdeh ASC ilə bələdiyyə arasında bağlanmış 01 oktyabr 2004-cü il tarixli torpaq icarəsi müqaviləsinin və həmin icarə müqaviləsinə əlavə dəyişikliklər edilməsi barədə 05 noyabr 2012-ci il tarixli müqavilənin (əlavənin) ləğv edilməsi, qeyd edilən icarə müqavilələri əsasında yaranmış 6000 manat borcun Cavabdeh ASC-dən alınaraq X3 verilməsi, həmçinin, X3 məxsus olan 15 hektar torpaq sahəsindən Cavabdeh ASC-nin istifadə etməsi qadağan edilməklə həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsindən X2 istifadəsinə Cavabdeh ASC tərəfindən edilən maneələrin aradan qaldırılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin çatdırılma ilə bağlı tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.1.6cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər, o cümlədən, məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd qanunverciliyin tələblərinə uyğun Cavabdeh ASC-yə təqdim edilməmişdir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti mövcud olmasa belə, cavabdehin VÖEN-i mövcuddur. İddiaçı iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri, o cümlədən məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi cavabdehə Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələblərinə uyğun çatdırmamışdır. İddiaçı qanunvericiliyin tələblərinə əməl etməli olduğu halda bunu etməmişdir ki, qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.4 və 152.1.6-cı maddəslərinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sonda məhkəmə iddiaçının təqdim etdiyi Azərpoçtun “poçt göndərişlərinin izlənməsi” bölməsinin surətlərinə münasibətdə qeyd edir ki, Dövlət Vergi Xidmətinin X1 Sistemindən əldə edilən məlumata əsasən cavabdehin Cavabdeh ASC-nin VÖEN-i mövcuddur. Belə olan halda iddiaçı iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri, pretenziya məktubunu Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələblərinə uyğun cavabdehə çatdırmalı olmasına baxmayaraq bunu etməmişdir. Cavabdehin VÖEN-i olduğu halda iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, həmçinin pretenziya məktubunun poçt vasitəsilə cavabdehə göndərilməsi qanunvericliyin tələblərinə uyğun deyildir. Bu hal qanunvericliyin 150.2-ci maddəsinin tələblərinə uyğun olmadığından məhkəmə Azərpoçtun “poçt göndərişlərinin izlənməsi” bölməsinin surətlərlərini çatdırmanı təsdiq edən sübut olaraq qəbul etmir. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə riayət etməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası X2 CavabdehASC-yə qarşı “X3 məxsus 15 hektar torpaq sahəsinin tut bağı salmaq məqsədi ilə 50 il müddətinə Cavabdeh ASC-nə icarəyə verilməsi ilə bağlı Cavabdeh ASC ilə bələdiyyə arasında bağlanmış 01 oktyabr 2004-cü il tarixli torpaq icarəsi müqaviləsinin və həmin icarə müqaviləsinə əlavə dəyişikliklər edilməsi barədə 05 noyabr 2012-ci il tarixli müqavilənin (əlavənin) ləğv edilməsi, qeyd edilən icarə müqavilələri əsasında yaranmış 6000 manat borcun Cavabdeh ASC-dən alınaraq X3 verilməsi, həmçinin, X3 məxsus olan 15 hektar torpaq sahəsindən Cavabdeh ASC-nin istifadə etməsi qadağan edilməklə həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsindən X2 istifadəsinə Cavabdeh ASC tərəfindən edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1212/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1212/2023
27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver