Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1213/2023 27.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “01 may 2018-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi üzrə 28 iyun 2019-cu il tarixə ödənilməli olan icarə haqqı borcu 1800 manat, ona hesablanmış cərimə borcu 32,40 manat olmaqla, cəmi 1832,4 manat, 01 may 2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsi üzrə 10 oktyabr 2021ci il tarixə ödənilməli olan icarə haqqı borcu 7044,09 manat, ona hesablanmış cərimə borcu 271,21 manat olmaqla, cəmi 7315,30 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 100 manat məbləğində mediyasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək “01 may 2018-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi üzrə 28 iyun 2019-cu il tarixə ödənilməli olan icarə haqqı borcu 1800 manat, ona hesablanmış cərimə borcu 32,40 manat olmaqla, cəmi 1832,4 manat, 01 may 2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsi üzrə 10 oktyabr 2021ci il tarixə ödənilməli olan icarə haqqı borcu 7044,09 manat, ona hesablanmış cərimə borcu 271,21 manat olmaqla, cəmi 7315,30 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 100 manat məbləğində mediyasiya xərcinin tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə hesablanır. Hazırki iş üzrə iddia tələbinin borcun ödənilməsi hissəsi üzrə ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddianın qiymətinə uyğun olaraq (9147,7 manat) 111,48 manat təşkil edir. Buna baxmayaraq iddiaçı tərəfindən 100 manat mediasiya xərci ödənilmiş, qalan 11,48 manat rüsumu ödənilməmiş və bunu təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçı 11,48 manat dövlət rüsumunun ödəmədiyindən və bunu təsdiq edən sənədi məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının diqqətinə çatdırılır ki, cavabdehin qeydiyyat ünvanı ünvan 1nun ünvanı kimi ünvan 2klə Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbləri gözlənilməmişdir ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman qanunvericiliyin qeyd edilən tələblərinə riayət edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “01 may 2018-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi üzrə 28 iyun 2019-cu il tarixə ödənilməli olan icarə haqqı borcu 1800 manat, ona hesablanmış cərimə borcu 32,40 manat olmaqla, cəmi 1832,4 manat, 01 may 2018-ci il tarixli, 15 nömrəli icarə müqaviləsi üzrə 10 oktyabr 2021-ci il tarixə ödənilməli olan icarə haqqı borcu 7044,09 manat, ona hesablanmış cərimə borcu 271,21 manat olmaqla, cəmi 7315,30 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 100 manat məbləğində mediyasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1213/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1213/2023
27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver