Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1213/2025 30.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 Sayılı X5 Mərkəzinin cavabdeh X2 qarşı “icarə muqaviləsinin ləğv edilməsi və əsaslı tikililərin sökülərək istifadə edilən sahənin əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair işə məhkəmənin binasında məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 Sayılı X5 Mərkəzi cavabdeh X2 qarşı “Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 06 saylı X4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 210 nömrəli icarə müqaviləsinə xitam verilməsi, icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülərək, icarəyə verilmiş torpaq sahəsinin və zəbt olunmuş sahənin əvvəlki vəziyyətə gətirilərək 06 saylı X1ytarılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmənin xx.xx.2025-ci il tarixli işin icraata götürülməsi barədə qərardadla iş icraata götürülmüş və məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 12:30-a təyin edilmiş, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. xx.xx.2025-ci il tarixə saat 12:30-a keçirilən məhkəmə iclasına tərəflər gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəfindən tərəflərin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə iclası xx.xx.2025-ci il tarixə saat 15:00-a təxirə salınmış, lakin tərəflər təkrarən məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Göründüyü kimi tərəflər, xüsusilə də iddiaçı məhkəmə iclasına gəlmir, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermir və işə hər-hansı prosessual maraq göstərmirlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 Sayılı X5 Mərkəzinin cavabdeh X2 qarşı “bağlanmış muqavilənin ləğv edilməsi və əsaslı tikililərin sökülərək istifadə edilən sahənin əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elnarə Hüseynova
Məhkəmə qərarları › İş №e-2-2(117)-1213/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1213/2025
30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver