Məhkəmə qərarları › İş №e-2-2(117)-1219/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1219/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1219/2024 19.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh na qarşı “Cavabdeh ndan İddiaçı ASC-in xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 22313.42 manat əsas, 2313.98 manat faiz və 116.44 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 24743.84 manat borcun və 164.23 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh nun mülkiyyətindəki ünvan 1i ünvanında yerləşən 305.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” tələbinə dair iş materiallarına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit limitinin ayrılmasına dair xx.xx.2023-cü il tarixli 36-MCR-1-786-23 nömrəli razılaşmaya əsasən bank borc alan Cavabdeh 120 ay müddətinə, aylıq 2,50% olmaqla 50000 manat (kreditin verildiyi məqamda mövcud olan xarici valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla, kredit limiti çərçivəsində kreditin verildiyi müvafiq valyuta ekvivalentində) məbləğində kredit limiti ayırmışdır. Həmin razılaşmanın 3-cü bəndinə əsasən cavabdeh borcu gecikdirdiyi hər gün üçün gündəlik 0.20% cərimə borcu ödəyir. Kredit limitinin ayrılmasına dair xx.xx.2023-cü il tarixli 36-MCR-1-786-23 nömrəli razılaşma üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 017M**********01 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsində göstərilmiş Cavabdeh nun mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,0624 ha torpaq sahəsi üzərində yerləşən 305.1 kv.m sahədən ibarət fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. Kredit limitinin ayrılmasına dair müqavilə üzrə xx.xx.2023-cü il tarixdə bankla borc alan Cavabdeh arasında 36-MCR-1-786-23/1 nömrəli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank Cavabdeh dövriyyə vəsaitlərinin artırılması məqsədilə 36 ay müddətinə aylıq 1,58 faiz dərəcəsi ilə 25000 manat məbləğində kredit verməyi, borc alan isə krediti və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirsə də, cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödəniləmiş 22313.42 manat əsas, 2313.98 manat faiz və 116.44 manat cərimə borcu qalmışdır. Bu hal təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı ilə də öz təsdiqini tapmışdır. Qalan borc məbləğləri ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmış və iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2024-cü il mayın 20-dək Cavabdeh nun xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 22313.42 manat əsas, 2313.98 manat faiz və 465.74 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 25093.14 manat borcu vardır. Cavabdeh nun xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 465.74 manat təşkil etməsinə baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 116.44 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********52 nömrəli çıxarışdan göründüyü kimi ünvan 1i ünvanında yerləşən 0,0624 ha torpaq sahəsi cavabdehin tam (xüsusi) mülkiyyətində olmaqla sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydə alınmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********52-10301 nömrəli çıxarışdan göründüyü kimi ünvan 1i ünvanında yerləşən 305.1 kv.m sahədən ibarət fərdi yaşayış evi cavabdehin tam (xüsusi) mülkiyyətində olmaqla sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydə alınmışdır. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********52-10301 nömrəli çıxarışdan göründüyü kimi ünvan 1i ünvanında yerləşən 0,0624 ha torpaq sahəsinin üzərində yerləşən 305.1 kv.m sahədən ibarət fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək 120 ay müddətinə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşin məhkəmə araşdırması zamanı Əmlak Ekspert Mərkəzi MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan ünvan 1i ünvanında yerləşən 0,0624 ha torpaq sahəsi üzərində yerləşən 305.1 kv.m sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 50000 manat, likvid dəyəri 40000 manat təşkil edir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, əsas və faiz borcunu qəbul edirlər. Cərimə borcu və əmlakın likvid dəyəri ilə razı deyillər. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur ki, həmin materiallara – kredit limitinin ayrılmasına dair xx.xx.2023-cü il tarixli 36-MCR-1-786-23 nömrəli razılaşma, kreditin verilməsinə dair razılaşma, hesabdan çıxarış, maliyyə arayışı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə əvvəlcə iddia tələbinin “xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 22313.42 manat əsas, 2313.98 manat faiz və 116.44 manat cərimə borcunun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) : 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi kredit limitinin ayrılmasına dair müqavilə üzrə xx.xx.2023-cü il tarixdə bankla borc alan Cavabdeh arasında 36-MCR-1- 786-23/1 nömrəli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank Cavabdeh dövriyyə vəsaitlərinin artırılması məqsədilə 36 ay müddətinə aylıq 1,58 faiz dərəcəsi ilə 25000 manat məbləğində kredit verməyi, borc alan isə krediti və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirsə də, cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödəniləmiş 22313.42 manat əsas, 2313.98 manat faiz və 116.44 manat cərimə borcu qalmışdır. Bu hal təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı ilə də öz təsdiqini tapmışdır. Eyni zamanda cavabdeh tərəf xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatında da borcunu etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilərək xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 22313.42 manat əsas, 2313.98 manat faiz və 116.44 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin “tutmanın Cavabdeh nun mülkiyyətindəki ünvan 1i ünvanında yerləşən 305.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış (likvid) qiyməti, əmlakın likvid dəyəri ilə götürülərək 40000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılmalıdır. Belə ki, İpoteka haqqında Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Bundan başqa iddia tələbinin “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, belə olduğu təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə “İcra Haqqında” və “İpoteka haqqında” Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 300 manat pul cavabdehlərdən tutularaq Əmlak Ekspert Mərkəzi MMC-nin hesabına ödənilməlidir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 164,23 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, məhkəmə tələbin “hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin cavabdehdən tutulması” hissəsinə münasibətdə iddianı qismən təmin etmişdir. Bu səbəbdən ödənilməli 164,23 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Lakin iddiaçı tərəfindən 164,23 manat dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən və iddiaçı ödədiyi həmin dövlət rüsumunu cavabdehdən tələb etdiyindən 164,23 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ndan xx.xx.2023-cü il tarixli 36-MCR-1-786-23/1 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə 22313.42 manat əsas, 2313.98 manat faiz və 116.44 manat cərimə borcu, 164.23 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Borc məbləği Cavabdeh nun tam (xüsusi) mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,0624 ha torpaq sahəsi üzərində yerləşən 305.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan ünvan 1i ünvanında yerləşən 0,0624 ha torpaq sahəsi üzərində yerləşən 305.1 kv.m sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 40000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehin İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 300 manat pul Cavabdeh ndan tutularaq "xxxx" MMC-nin ("xxxx" ASC-də olan bank hesabına (VÖEN: **********, Hesab Nömrəsi AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, m/h – AZ03NABZ********************, kod – 805711, SWİFT – İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar