Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-122/2021 24.09.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “icarə obyekti üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi, 130962 manat maddi ziyanın, ******* manat əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş zərərə görə ******* manat və 30 manat dövlət rüsumunun, 20000 manat vəkillə bağlanan müqavilə üzrə pulun cavabdehdən alınaraq verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC -yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “icarə obyekti üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi, 130962 manat maddi ziyanın, ******* manat əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş zərərə görə ******* manat və 30 manat dövlət rüsumunun, 20000 manat vəkillə bağlanan müqavilə üzrə pulun cavabdehdən alınaraq verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 24.09.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək hal-hazırda tərəflər işin məhkəmədən kənar barışıq yolu ilə həll edildiyini, iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh 24.09.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər işin məhkəmədən kənar, barışıq yolu ilə həll edildiyini, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını iddiaçının müraciəti ilə birlikdə araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Şəki Kommersiya Məhkəməsinin 10.02.2021-ci il tarixli e-2-2(117)-223/2021 nömrəli qərardadı ilə İddiaçı MMC-nin hüquqi ünvanı olan Qəbələ şəhəri, E.Kərimov Küçəsi, 34 ünvanında şirkətin rəhbərliyinin, müəsisədə çalışan işçilərin giriş-çıxışına, istehsal prosesinin bərpasına, məhsulların çıxışına, daşınmasına məhdudiyyətlərin qoyulması, iddiaçının mülkiyyətində olan əmlaklardan istifadə edilməsinin və iddiaçı tərəfindən istehsal edilmiş məhsulların satışının dayandırılması Cavabdeh MMC -yə qadağan edilməsi və həmin əraziyə daxil olmağa cavabdeh tərəfindən şərait yaradılması ilə bağlı qadağalar və məhdudiyyətlər qoyulmuşdur. MPM-in 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə həll edildiyindən qeyd edilən qərardad ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC Cavabdeh MMC -yə qarşı “icarə obyekti üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi, 130962 manat maddi ziyanın, ******* manat əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş zərərə görə ******* manat və 30 manat dövlət rüsumunun, 20000 manat vəkillə bağlanan müqavilə üzrə pulun cavabdehdən alınaraq verilməsi” tələbinə dair iş üzrə mübahisə məhkəmədən kənar barışıq yolu ilə həll edildiyindən, iddiaçı ərizəsinin qaytarılması barədə ərizə verdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı MMC-nin hüquqi ünvanı olan Qəbələ şəhəri, E.Kərimov Küçəsi, 34 ünvanında şirkətin rəhbərliyinin, müəsisədə çalışan işçilərin giriş-çıxışına, istehsal prosesinin bərpasına, məhsulların çıxışına, daşınmasına məhdudiyyətlərin qoyulması, iddiaçının mülkiyyətində olan əmlaklardan istifadə edilməsinin və iddiaçı tərəfindən istehsal edilmiş məhsulların satışının dayandırılması Cavabdeh MMC -yə qadağan edilməsi və həmin əraziyə daxil olmağa cavabdeh tərəfindən şərait yaradılması barədə Şəki Kommersiya Məhkəməsinin 10.02.2021-ci il tarixli e-2-2(117)-122/2021 nömrəli qərardadı ləğv edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-122/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-122/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver