Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1220/2023 24.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh 01 fevral 2018-ci il tarixli, 1518 nömrəli icarə müqaviləsi üzrə 30 sentyabr 2022-ci il tarixə ödənilməli olan icarə haqqı borcu 1839,34 manat, cərimə borcu 69,59 manat olmaqla, cəmi 1908,93 manat borcun, 01 fevral 2018-ci il tarixli, 1520 nömrəli icarə müqaviləsi üzrə 30 sentyabr 2022-ci il tarixə ödənilməli olan icarə haqqı borcu 3528,66 manat, cərimə borcu 126,98 manat olmaqla, cəmi borc 3655,64 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin əvəzinin iddiaçının xeyrinə tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, 1518 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 34 m2 ölçüsündə olan “1518” nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 220 manat məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 4.3-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişin gecikdirdiyi məbləin 1 (bir) faizi həcmində cərimə ödənilməlidir. İcarə müqaviləsinə 01 dekabr 2021-ci il tarixli 01 nömrəli Əlavə razılaşmadan müəyyən olunmuşdur ki, qeyri-yaşayış sahəsinə görə 01 dekabr 2021-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək aylıq icarə haqqının 150 manat məbləğində müəyyən olunması razılaşdırılmışdır. Habelə icarə müqaviləsinə 01 aprel 2022-ci il tarixli 02 nömrəli Əlavə razılaşmaya əsasən qeyd edilən qeyri-yaşayış sahəsinə görə 01 aprel 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək aylıq icarə haqqının 154 manat məbləğində müəyyən olunması razılaşdırılmışdır. İcarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, 1520 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 68 kv.metr ölçüsündə olan “1520” nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 440 manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 4.3-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişin gecikdirdiyi məbləin 1 (bir) faizi həcmində cərimə ödənilməlidir. İcarə müqaviləsinə 01 dekabr 2021-ci il tarixli 01 nömrəli Əlavə razılaşma ilə müəyyən olunur ki, qeyd edilən qeyri-yaşayış sahəsinə görə 01 dekabr 2021-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək aylıq icarə haqqının 300 manat məbləğində müəyyən olunması razılaşdırılmışdır. İcarə müqaviləsinə 01 aprel 2022-ci il tarixli 02 nömrəli Əlavə ilə müəyyən olunur ki, qeyd edilən qeyri-yaşayış sahəsinə görə 01 aprel 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək aylıq icarə haqqının 308 manat məbləğində müəyyən olunması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış 01 fevral 2018-ci il tarixli, 1518 nömrəli icarə müqaviləsinə icarəyə verən tərəfindən 30 sentyabr 2022-ci il tarixli sazişlə icarəçinin müraciəti əsasında borc öhdəlikləri istisna olmaqla digər öhdəliklərə xitam verilmişdir. Tərəflər arasında imzalanmış 01 fevral 2018-ci il tarixli, 1520 nömrəli icarə müqaviləsinə icarəyə verən tərəfindən 30 sentyabr 2022-ci il tarixli sazişlə icarəçinin müraciəti əsasında borc öhdəlikləri istisna olmaqla digər öhdəliklərə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 02-01/401 nömrəli və 02-01/401/1 nömrəli maliyyə arayışlarından göründüyü kimi Cavabdeh tərəfindən ayrı-ayrılıqda 6622 manat və 13394 manat ödəniş edilmiş, qalan məbləğlər ödənilməmiş qalmışdır. İcarəçi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək icarə haqqını tam ödəməmiş və nəticədə 01 fevral 2018-ci il tarixli, 1518 nömrəli icarə müqaviləsi üzrə 1839,34 manat, 01 fevral 2018-ci il tarixli, 1520 nömrəli icarə müqaviləsi üzrə 3528,66 ödənilməmiş borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və sənədləri ünvanı üzrə xx.xx.2023cü il tarixdə (anasına) təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İcarə müqavilələri, İcarə müqaviləsinə Əlavələr, Maliyyə arayışları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 700.1, 700.2, 710.1, 710.3). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, 1518 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 34 m2 ölçüsündə olan “1518” nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 220 manat məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 4.3-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişin gecikdirdiyi məbləin 1 (bir) faizi həcmində cərimə ödənilməlidir. İcarə müqaviləsinə 01 dekabr 2021-ci il tarixli 01 nömrəli Əlavə razılaşmadan müəyyən olunmuşdur ki, qeyri-yaşayış sahəsinə görə 01 dekabr 2021-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək aylıq icarə haqqının 150 manat məbləğində müəyyən olunması razılaşdırılmışdır. Habelə icarə müqaviləsinə 01 aprel 2022-ci il tarixli 02 nömrəli Əlavə razılaşmaya əsasən qeyd edilən qeyri-yaşayış sahəsinə görə 01 aprel 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək aylıq icarə haqqının 154 manat məbləğində müəyyən olunması razılaşdırılmışdır. İcarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, 1520 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 68 kv.metr ölçüsündə olan “1520” nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 440 manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 4.3-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişin gecikdirdiyi məbləin 1 (bir) faizi həcmində cərimə ödənilməlidir. İcarə müqaviləsinə 01 dekabr 2021-ci il tarixli 01 nömrəli Əlavə razılaşma ilə müəyyən olunur ki, qeyd edilən qeyri-yaşayış sahəsinə görə 01 dekabr 2021-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək aylıq icarə haqqının 300 manat məbləğində müəyyən olunması razılaşdırılmışdır. İcarə müqaviləsinə 01 aprel 2022-ci il tarixli 02 nömrəli Əlavə ilə müəyyən olunur ki, qeyd edilən qeyri-yaşayış sahəsinə görə 01 aprel 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək aylıq icarə haqqının 308 manat məbləğində müəyyən olunması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış 01 fevral 2018-ci il tarixli, 1518 nömrəli icarə müqaviləsinə icarəyə verən tərəfindən 30 sentyabr 2022-ci il tarixli sazişlə icarəçinin müraciəti əsasında borc öhdəlikləri istisna olmaqla digər öhdəliklərə xitam verilmişdir. Tərəflər arasında imzalanmış 01 fevral 2018-ci il tarixli, 1520 nömrəli icarə müqaviləsinə icarəyə verən tərəfindən 30 sentyabr 2022-ci il tarixli sazişlə icarəçinin müraciəti əsasında borc öhdəlikləri istisna olmaqla digər öhdəliklərə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı xx.xx.2023-cü il tarixli 02-01/401 nömrəli və 02- 01/401/1 nömrəli maliyyə arayışlarından müəyyən edildiyi kimi Cavabdeh tərəfindən 6622 manat və 13394 manat ödəniş edilmiş, qalan məbləğlər ödənilməmiş qalmışdır. İcarəçi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək icarə haqqını tam ödəməmiş və nəticədə 01 fevral 2018-ci il tarixli, 1518 nömrəli icarə müqaviləsi üzrə 1839,34 manat, 01 fevral 2018-ci il tarixli, 1520 nömrəli icarə müqaviləsi üzrə 3528,66 ödənilməmiş borcu qalmışdır. Göründüyü kimi iddiaçı müqavilə öhdəliyini yerinə yetirərək icarə predmetini cavabdehə təhvil versə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və nəticədə icarə müqavilələri üzrə ödənilməmiş əsas və cərimə borcları qalmışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı öhdəliklərini lazımınca yerinə yetirmiş, müqavilədə qeyd olunmuş icarə obyekti cavabdehə təhvil verilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən onun 01 fevral 2018-ci il tarixli, 1518 nömrəli icarə müqaviləsi üzrə 1839,34 manat icarə haqqı borcu, 69,59 manat cərimə borcu, 01 fevral 2018-ci il tarixli, 1520 nömrəli icarə müqaviləsi üzrə isə 3528,66 manat icarə haqqı borcu, 126,98 manat cərimə borcu ödənilməmiş qalmışdır ki, həmin borc məbləğləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (5564,57) ödənilməli dövlət rüsumu 75,65 manat olmalıdır ki, iddia təmin edildiyindən 75,65 manat vəsait cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda 100 manat mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 01 fevral 2018-ci il tarixli, 1518 nömrəli icarə müqaviləsi üzrə 30 sentyabr 2022-ci il tarixə ödənilməli olan icarə haqqı borcu 1839,34 manat, cərimə borcu 69,59 manat olmaqla, cəmi 1908,93 manat borcun, 01 fevral 2018-ci il tarixli, 1520 nömrəli icarə müqaviləsi üzrə 30 sentyabr 2022-ci il tarixə ödənilməli olan icarə haqqı borcu 3528,66 manat, cərimə borcu 126,98 manat olmaqla, cəmi 5564,57 manat məbləğində pul vəsaiti, habelə ödənilmiş 100 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh ödənilməmiş 75,65 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1220/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1220/2023
24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver