Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1229/2024 23.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 8215.56 manat əsas borc, 695.21 manat faiz borcu və 52.61 manat cərimə borcu olmaqla, cəmi 8963.38 manat borcun tutulması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2023-cü tarixli kredit müqaviləsi üzrə 1865.89 manat əsas borc, 173.91 manat faiz və 1.99 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2041.79 manat məbləğində borcun və 123.02 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 8215.56 manat əsas borc, 695.21 manat faiz borcu və 52.61 manat cərimə borcu olmaqla, cəmi 8963.38 manat borcun tutulması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2023-cü tarixli kredit müqaviləsi üzrə 1865.89 manat əsas borc, 173.91 manat faiz və 1.99 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2041.79 manat məbləğində borcun və 123.02 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit limitinin ayrılmasına dair xx.xx.2022-ci il tarixli 36-MCR-1-338-22 nömrəli razılaşmaya əsasən bank borc alan Cavabdeh1 120 ay müddətinə, aylıq 2,5% olmaqla 30000 manat (kreditin verildiyi məqamda mövcud olan xarici valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla, kredit limiti çərçivəsində kreditin verildiyi müvafiq valyuta ekvivalentində) məbləğində kredit limiti ayırmışdır. Həmin razılaşmanın 3-cü bəndinə əsasən cavabdeh borcu gecikdirdiyi hər gün üçün gündəlik 0.20% cərimə borcu ödəyir. Eyni zamanda xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşma üzrə öhdəliyin təminatı olaraq Cavabdeh2 ilə İddiaçı ASC arasında müvafiq olaraq xx.xx.2022ci il tarixdə Z/16409/22 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə zamin (Cavabdeh2) xx.xx.2022-ci il tarixli 36-MCR-1-338-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə borcalanın bank qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün borcalanla birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Bundan sonra "xxxx" MMC ilə Yelo Bank ASC arasında mobil rabitə xidmətlərinin göstərilməsinə dair yaranmış münasibətlər əsasında sonuncu tərəfindən abunəçiyə sms göndərişləri həyata keçirilmiş və bu hallar xx.xx.2024-cü il tarixli məktubda öz əksini tapmışdır. Məktubun məzmununa əsasən bank tərəfindən borc alan Cavabdeh1 kredit limiti çərçivəsində biznes məqsədilə 36 ay müddətinə, 22 % dərəcəsi ilə, aylıq 381,9 manat ödənilmək şərtilə 10000 manat məbləğində kredit vəsaiti cavabdehin hesabına ödənilmiş və pulun cavabdehin hesabına ödənilməsi barədə sms bildiriş Cavabdeh1 xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Vəsaitin sonuncunun hesabına köçürülməsi xx.xx.2024-cü il tarixli məktubla da təsdiq edilir. Həmçinin xx.xx.2024-cü il tarixli məktubun məzmunundan da müəyyən edilir ki, bank tərəfindən kredit limiti çərçivəsində biznes məqsədilə 24 ay müddətinə, 1,92 % dərəcəsi ilə, aylıq 104,75 manat ödənilmək şərtilə 2000 manat məbləğində borc alan Cavabdeh1 kredit vəsaiti ödənilmiş və pulun cavabdehin hesabına ödənilməsi barədə sms bildiriş Cavabdeh1 xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli hər iki kredit üzrə verilmiş maliyyə arayışına əsasən Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixə olan məktub əsasında verilmiş kredit üzrə əsas, faiz və cərimə borcundan, xx.xx.2023-cü il tarixə olan məktub əsasında verilmiş kredit üzrə əsas və faiz borcundan qismən ödəniş edilmişdir. Qalan borc məbləğləri ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən 120 ay müddətinə 30000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2023-cü il tarixli onlayn kredit götürməklə bağlı məktuba əsasən İddiaçı ASC-dən illik 22 % olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Lakin borclu müqavilələrin şərtlərini pozaraq borc öhdəliklərini icra etməkdən boyun qaçırır. 2024-cü il mayın 30-dək Cavabdeh1 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 8215.56 manat əsas borc, 695.21 manat faiz borcu və 105.22 manat cərimə olmaqla cəmi 9015.99 manat borcu vardır. Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 105.22 manat təşkil etməsinə baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla yəni 52.61 manat məbləğində tələb olunur. xx.xx.2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktuba əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 23 %-lə 24 ay müddətinə 2000 manat məbləğində kredit götürmüşdür. 2024-cü il mayın 30-dək Cavabdeh1 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1865.89 manat əsas borc, 173.61 manat faiz, 3.98 manat cərimə borcu olmaqla cəmi 2043.78 manat borcu vardır. Cavabdeh1 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 3.98 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla yəni 1.99 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə bank qarşısında ödənilməmiş öhdəlikləri yaranmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iddiaçı ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdeh bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur ki, həmin materiallara – kredit verilməsinə dair məktublar, zaminlik müqaviləsi, maliyyə arayışları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) : 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi "xxxx" MMC ilə Yelo Bank ASC arasında mobil rabitə xidmətlərinin göstərilməsinə dair yaranmış münasibətlər əsasında sonuncu tərəfindən abunəçiyə sms göndərişləri həyata keçirilmiş və bu hallar xx.xx.2024cü il tarixli məktubda öz əksini tapmışdır. Məktubun məzmununa əsasən bank tərəfindən borc alan Cavabdeh1 kredit limiti çərçivəsində biznes məqsədilə 36 ay müddətinə, 22 % dərəcəsi ilə, aylıq 381,9 manat ödənilmək şərtilə 10000 manat məbləğində kredit vəsaiti cavabdehin hesabına ödənilmiş və pulun cavabdehin hesabına ödənilməsi barədə sms bildiriş Cavabdeh1 xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Vəsaitin sonuncunun hesabına köçürülməsi xx.xx.2024-cü il tarixli məktubla da təsdiq edilir. Həmçinin xx.xx.2024-cü il tarixli məktubun məzmunundan da müəyyən edilmişdir ki, bank tərəfindən kredit limiti çərçivəsində biznes məqsədilə 24 ay müddətinə, 1,92 % dərəcəsi ilə, aylıq 104,75 manat ödənilmək şərtilə 2000 manat məbləğində borc alan Cavabdeh1 kredit vəsaiti ödənilmiş və pulun cavabdehin hesabına ödənilməsi barədə sms bildiriş Cavabdeh1 xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli hər iki kredit üzrə verilmiş maliyyə arayışına əsasən Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixə olan məktub əsasında verilmiş kredit üzrə əsas, faiz və cərimə borcundan, xx.xx.2023-cü il tarixə olan məktub əsasında verilmiş kredit üzrə əsas və faiz borcundan qismən ödəniş edilmişdir. Təqdim edilmiş maliyyə arayışından və işin əlaqədar sənədlərindən də göründüyü kimi Cavabdeh1 xx.xx.2023-cü il tarixdə 10000 manat və xx.xx.2023-cü il tarixdə isə 2000 manat olmaqla müxtəlif kreditə dair məktublar əsasənda kredit verilmiş və buna dair sms bildiriş Cavabdeh1 göndərilmiş, buna baxmayaraq sonuncu hər iki dövr üçün (xx.xx.2023cü il tarix və xx.xx.2023-cü il tarix) götürdüyü kredit məbləğlərini banka tam qaytarmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və bu səbəbdən xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair məktub üzrə 8215.56 manat əsas borc, 695.21 manat faiz borcu və 52.61 manat cərimə borcu, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2023-cü tarixli kredit verilməsinə dair məktub üzrə 1865.89 manat əsas borc, 173.91 manat faiz və 1.99 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehlər keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə etirazlarını və bunu təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişlər ki, qanunvericilik tərəflərin üzərinə öz tələblərini və etirazlarını əsaslandıracaq halları sübut etmək vəzifəsi qoymuşdur. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (MPM-in 77.1, 81-ci maddələri) Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 217.3, 217.4-cü maddələri) İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 123,02 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair məktub-müqavilə üzrə 8215.56 manat əsas borc, 695.21 manat faiz borcu və 52.61 manat cərimə borcu, xx.xx.2023-cü tarixli kredit verilməsinə dair məktubmüqavilə üzrə 1865.89 manat əsas borc, 173.91 manat faiz və 1.99 manat cərimə borcu və 123,02 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov