Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1237/2025 28.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi ilə, Cavabdeh3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada 007R********** saylı kredit razılaşması üzrə 36143.36 manat kredit borcu, 2629.77 manat faiz borcu, 1019.24 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 183 manat kredit borcu, 17.62 manat faiz borcu, 4.42 manat cərimə borcu olmaqla, cəmi 39 997.41 manat borcun və 209.99 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada 007R********** saylı kredit razılaşması üzrə 36143.36 manat kredit borcu, 2629.77 manat faiz borcu, 1019.24 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 183 manat kredit borcu, 17.62 manat faiz borcu, 4.42 manat cərimə borcu olmaqla, cəmi 39 997.41 manat borcun və 209.99 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 (kredit alan), Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 (zaminlər) arasında bağlanmış xx.xx.2024-cü il tarixli 007L**********51 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 200 000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. Həmin müqavilənin: 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 4.4. Kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. 11.1-ci bəndinə əsasən zamin (Cavabdeh1, Cavabdeh4, Cavabdeh3) kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür xx.xx.2024-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 007R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik faiz dərəcəsi 17% оlmaqla 50 000 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 007R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh2 12 ay müddətinə, illik faiz dərəcəsi 26% оlmaqla 1 000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli 007R********** nömrəli razılaşma üzrə 36143.36 manat əsas, 2629.77 manat faiz, 141 gün gecikdirmə üçün hesablanmış 1019.24 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 007R********** nömrəli razılaşma üzrə 183 manat əsas, 17.62 manat faiz, 121 gün gecikdirmə üçün hesablanmış 4.42 manat cərimə borcu mövcuddur. Cavabdeh 25 yanvar 2024-cü il tarixli 007R********** nömrəli razılaşma üzrə kredit borcundan cəmi 13856.64 manat ödəniş etmiş, onun ödənilməmiş 36143.36 manat borcu qalmış, 17 aprel 2024-cü il tarixli 007R********** nömrəli razılaşma üzrə kredit borcundan cəmi 817 manat ödəniş etmiş, onun ödənilməmiş 183 manat borcu qalmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borcu Cavabdeh2 götürüb, o da zamin durub. Faris borcu ödəmək niyyətindədir. Qardaşı Rusiyadan pul göndərəcək, həmin pulla borcu bağlayacaq. Rusiyadan pul göndərişi mümkün olmadığından hazırda borcu bağlaya bilmir. Buna görə də məhkəmədən vaxt verilməsini xahiş edirlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit və təminat müqaviləsi, kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmalar, arayış, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü tarixlərdə İddiaçı QSC ilə Cavabdeh2 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında müvafiq olaraq 007R********** nömrəli və 007R********** kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmalar bağlanmışdır. Hər iki razılaşmaya əsasən bank tərəfindən Cavabdeh2 razılaşdırılmış məbləğdə kredit verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf hər iki müqavilə üzrə cavabdehlərdən əsas, faiz və cərimə borcunu tələb etməkdə haqlıdır. Belə ki, Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və onun 25 yanvar 2024-cü il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə 36143.36 manat əsas, 2629.77 manat faiz, 1019.24 manat cərimə borcu, 17 aprel 2024-cü il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə 183 manat əsas, 17.62 manat faiz borcu və 4.42 manat cərimə borcu qalmışdır. Bu hal maliyyə arayışı və hesabdan çıxarışla təsdiq olunur. İş üzrə cavabdehlər tərəfindən qeyd edilən borc məbləği ilə razılaşmamaları və ya artıq ödəniş etmələri, həmin borcun əsassızlığı ilə bağlı məhkəməyə vəsatət və ya müraciət ünvanlanmamış, cavabdehlər məhkəmə iclaslarında verdikləri izahatlarında borclarını etiraf etmiş, məhkəmə tərəfindən iddiaçının tələbində olan məbləğlərin uyğunsuz və əsassızlığı ilə bağlı hallar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və cavabdeh kredit alan öhdəliklərini lazımınca yerinə yetirmədiyindən cavabdehlərdən müştərək qaydada 25 yanvar 2024-cü il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə 36143.36 manat əsas, 2629.77 manat faiz, 1019.24 manat cərimə borcu, 17 aprel 2024-cü il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə 183 manat əsas, 17.62 manat faiz borcu və 4.42 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 209.99 manat təşkil edir. İddia tələbi təmin edildiyindən və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 209.99 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tələb edildiyindən 209.99 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 25 yanvar 2024-cü il tarixli 007R********** saylı kredit razılaşması üzrə 36143.36 manat əsas borc, 2629.77 manat faiz borcu, 1019.24 manat cərimə borcu, 17 aprel 2024-cü il tarixli 007R********** saylı kredit razılaşması üzrə 183 manat əsas borc, 17.62 manat faiz borcu, 4.42 manat cərimə borcu olmaqla, cəmi 39997.41 manat pul və 209.99 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov