Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1268/2023 28.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh X3 qarşı “6366,27 manat borcun Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq Xidmətin Azərbaycan Respublikası X6 İdarəsindəki AZ53 NABZ ******************** nömrəli hesabına köçürülməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İcarəyəverən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (indiki İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) ilə X1 arasında “özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət əmlakının icarəyə verilməsi haqqında” xx.xx.2018-ci il tarixli 10725 nömrəli icarə müqaviləsi bağlamışdır. İcarəyəverənlə X1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 10725 nömrəli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyəverən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2021-ci il tarixli, 95 nömrəli əmrinə əsasən Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 210,1 kv.m təşkil edən qeyri-yaşayış sahəsini icarəçinin xidməti məqsədi ilə müddətli istifadəsinə verməyi, icarəçi isə icarə müddəti ərzində icarə haqqını cari ayın 10-dək ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən aylıq icarə haqqı 250 manat müəyyən edilmişdir. 4.1-ci bəndinə əsasən müqavilə üzrə icarənin müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Həmin müqavilənin 8.6-cı bəndinə əsasən İcarə müqaviləsinin müddəti başa çatdıqda onun yeni müddətə uzadılması məsələsinə “İcarəçi”nin yazılı müraciəti əsasında “İcarəyəverən” tərəfindən baxılır. Şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, tərəflər arasında icarə müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, xx.xx.2023-cü il tarixdə sahə geri alınmışdır.İcarə haqqı borcu xx.xx.2023-cü il tarixədək hesablanmışdır. X1 müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır ki, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə olan şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 210,1 kv.m təşkil edən qeyri-yaşayış sahəsi üzrə ödənilməli olan məbləğ 6366,27 manat təşkil edir. İddiaçı ödənilməyən həmin borcun (icarə haqqı) tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli Fərmanının 4.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin bütün hüquq və öhdəlikləri Əmlak Məsələləri Dövlət Xidmətinə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmiş, buna baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış icarə müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin – (bundan sonra MM): 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 10725 nömrəli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyəverən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2021-ci il tarixli, 95 nömrəli əmrinə əsasən Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 210,1 kv.m təşkil edən qeyri-yaşayış sahəsini icarəçinin xidməti məqsədi ilə müddətli istifadəsinə verməyi, icarəçi isə icarə müddəti ərzində icarə haqqını cari ayın 10-dək ödəməyi öhdəsinə götürmüşdür. Aylıq icarə haqqı 250 manat müəyyən edilmişdir. Tərəflər arasında icarə müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, xx.xx.2023-cü il tarixdə sahə geri alınmışdır. İcarə haqqı borcu xx.xx.2023-cü il tarixədək hesablanmışdır. Qeyd edilən tələblərə cavabdeh tərəfindən hər hansı bir etiraz və ya vəsatət daxil olmamış, buna görə məhkəmə iddiaçnın təqdim etdiyi sübutlar əsasında hazırkı tələb üzrə aşağıda qeyd edilən nəticəyə gəlmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, dövlət əmlakının icarəyə verilməsindən yaranmış ödənilməyən 6366,27 manat icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. İddia tələbi təmin edildiyindən cavabdehdən 83,66 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 6366,27 manat tutularaq iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilsin. Cavabdeh X2 83,66 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1268/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1268/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver