Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-127/2024 08.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “1580,75 ABŞ dolları əsas, 351 ABŞ dolları faiz, 880,96 ABŞ dolları cərimə və kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarxli qərarına əsasən hesablanan 282,26 ABŞ dolları faiz borcu və 100 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” tələbi üzrə işə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “1580,75 ABŞ dolları əsas, 351 ABŞ dolları faiz, 880,96 ABŞ dolları cərimə və kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarxli qərarına əsasən hesablanan 282,26 ABŞ dolları faiz borcu və 100 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 dövriyyə vəsaitinin artırılması məqsədilə 24 ay olan müddətinə 6300 ABŞ dolları kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qrafikə uyğun olaraq illik 33 % olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli ZM-930-14 nömrəli zaminlik müqaviləsi ilə "xxxx" ASC Zamin Cavabdeh1 arasında Cavabdeh2 ilə 6300 ABŞ dolları məbləğində kredit borcunun qaytarılmasının təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli Əlavə Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditorun borclana verdiyi kreditin qalıq məbləği 3496,95 ABŞ dolları təşkil edir. Ödəniş qrafiki tərtib edilərək müddət xx.xx.2017-ci ilədək müddətinə uzadılmışdır. xx.xx.2016-cı il tarixli 1 Əlavə Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə verilən kredit öhdəliyinin qalığı 2677,56 ABŞ borcu təşkil etmişdir. Ödəniş qrafiki tərtib edilərək kredit borcunun qaytarılma müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. xx.xx.2017-ci il tarixli 2 Əlavə Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə verilən kredit restruktruzasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3424,25 ABŞ borcu təşkil etmişdir. Ödəniş qrafiki tərtib edilərək kredit borcunun qaytarılma müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. xx.xx.2017-ci il tarixli Zaminlik müqaviləsi üzrə 2 nömrəli Əlavə Sazişdən müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə verilən kredit restruktruzasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2543,29 ABŞ dolları əsas borc, 335,02 ABŞ dolları faiz borcu, 545,94 ABŞ dolları cərimə borcu üzrə əsas borclu Cavabdeh2 zamini olaraq Cavabdeh1 arasında bağlanmış Zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, qrafiklər üzrə borcun ödənilməsi sonuncu ödəniş isə əlavə saziş üzrə xx.xx.2020-ci il tarixdən gec olmayaraq həyata keçirilməli, cavabdeh borcunu hər ay hissə-hissə ödəməli idi, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və onun xx.xx.2023-cü il tarixə 351 ABŞ dolları məbləğində ödənilməmiş kredit borcu yaranmış və bu xx.xx.2023-cü il tarixli maliyyə arayışı ilə öz təsdiqini tapmışdır. Belə ki, maliyyə arayışı üzrə cavabdehin müqavilə üzrə əsas borcu 1580,75 ABŞ dolları, faiz borcu 351 ABŞ dolları, cərimə borcu 880,96 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış borcun məbləği isə 282,26 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanı üzrə kompensasiyanın ödənilməsi haqqında sənəddən müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə verilən kredit restruktruzasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2543,29 ABŞ dolları əsas borc, 335,02 ABŞ dolları faiz borcu, 545,94 ABŞ dolları cərimə borcu olmuşdur. Hazırkı kredit müqaviləsi üzrə Ləğv prosesində olan DəmirBank ASC ilə kredit müqaviləsi üzrə 1205,39 manat kompesasiya edilmiş borc həmin məbləğdə azaldılmışdır. Eyni zmanda, borclunun digər banklarda olan kredit borcu də müvafiq hissədə kompensasiya edilmiş və mövcdu borc müvafiq hissədə azaldılmışdır. Cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən Cavabdeh2 elektron kabinetində xx.xx.2024-cü il tarixdə, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: Kredit müqaviləsi, kredit ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. MM-in: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 dövriyyə vəsaitinin artırılması məqsədilə 24 ay olan müddətinə 6300 ABŞ dolları kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qrafikə uyğun olaraq illik 33 % olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli ZM-930-14 nömrəli zaminlik müqaviləsi ilə "xxxx" ASC Zamin Cavabdeh1 arasında Cavabdeh2 ilə 6300 ABŞ dolları məbləğində kredit borcunun qaytarılmasının təminatı olaraq müqavilə zaminlik müqaaviləsi bağlanmışdır.xx.xx.2015-ci il tarixli Əlavə Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditorun borclana verdiyi kreditin qalıq məbləği 3496,95 ABŞ dolları təşkil edir. Ödəniş qrafiki tərtib edilərək müddət xx.xx.2017-ci ilədək müddətinə uzadılmışdır. xx.xx.2016-cı il tarixli 1 Əlavə Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə verilən kredit öhdəliyinin qalığı 2677,56 ABŞ borcu təşkil etmişdir. Ödəniş qrafiki tərtib edilərək kredit borcunun qaytarılma müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. xx.xx.2017-ci il tarixli 2 Əlavə Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə verilən kredit restruktruzasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3424,25 ABŞ borcu təşkil etmişdir. Ödəniş qrafiki tərtib edilərək kredit borcunun qaytarılma müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. xx.xx.2017-ci il tarixli Zaminlik müqavləsi üzrə 2 nömrəli Əlavə Sazişdən müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə verilən kredit restruktruzasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2543,29 ABŞ dolları əsas borc, 335,02 ABŞ dolları faiz borcu, 545,94 ABŞ dolları cərimə borcu üzrə əsas borclu Cavabdeh2 zamini olaraq Cavabdeh1 arasında bağlanmış Zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, qrafiklər üzrə borcun ödənilməsi sonuncu ödəniş isə əlavə saziş üzrə xx.xx.2020-ci il tarixdən gec olmayaraq həyata keçirilməli, cavabdeh borcunu hər ay hissə-hissə ödəməli idi, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və onun xx.xx.2023-cü il tarixə 351 ABŞ dolları məbləğində ödənilməmiş kredit borcu yaranmış və bu, xx.xx.2023-cü il tarixli maliyyə arayışı ilə öz təsdiqini tapmışdır. Belə ki, maliyyə arayışı üzrə cavabdehin müqavilə üzrə əsas borcu 1580,75 ABŞ dolları, faiz borcu 351 ABŞ dolları, cərimə borcu 880,96 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış borcun məbləği isə 282,26 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanı üzrə kompensasiyanın ödənilməsi haqqında sənəddən müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə verilən kredit restruktruzasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2543,29 ABŞ dolları əsas borc, 335,02 ABŞ dolları faiz borcu, 545,94 ABŞ dolları cərimə borcu olmuşdur. Hazırkı kredit müqaviləsi üzrə Ləğv prosesində olan DəmirBank ASC ilə kredit müqaviləsi üzrə 1205,39 manat kompesasiya edilmiş borc həmin məbləğdə azaldılmışdır. Mülki Məcəllənin: 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il 551 nömrəli Fərmanının 8-ci bəndinə əsasən Fərmanın məqsədləri üçün: 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclara münasibətdə tətbiq edilir. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Cavabdeh2 qeyd edilən Fərmanın tətbiq edildiyi dövr üzrə bir çox banklardan kredit götürmüşdür. Həmin banklarda olan kredit borcunun qalığı 10000 ABŞ dollarından az olsa da, Cavabdeh1 borclarını hissə-hissə ödədiyindən 360 günlük gecikmə olması sübut edilmir. “Problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanı üzrə kompensasiyanın ödənilməsi haqqında sənəddən müəyyən edilir ki, Cavabdeh2 ümumilikdə 1496,62 manat məbləğində, İddiaçı ASC-də olan kredit borcu üzrə 1205,39 manat kompensasiya hesablanmış, qalıq borc məbləği 2687,27 manat olmuşdur. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini hazırkı kredit münasibətinə faiz və cərimə borclarını silinməklə 5 il müddətinə güzəştli şərtlərlə yeni müqavilə bağlanması ilə bağlı göstərişlərini hazırkı münasibətdə tətbiq etməmişdir. Çünki 360 gün ödənilməyən problemli kredit olmasa da, cavabdehə dövlət tərəfindən xarici valyutada verilən kredit kimi müvafiq kompensasiya verilmişdir. Odur ki, iddiaçı əsas borclu olan Cavabdeh2 1580,75 ABŞ dolları əsas borcun, 351 ABŞ dolları faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “880,96 ABŞ dolları cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi illik 66 faiz dərəcəsi ilə, aylıq isə 5,5 faiz dərəcəsi ilə faiz hesablanır. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, tərəflərin əmak mənafelərini, həmçinin iddiaçının vaxtında məhkəməyə müraciət etməyərək cərimə borcunun artmasına şərait yaratmasını nəzərə alıb cərimə borcunu azaldaraq iddiaçı 50 ABŞ dolları cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 282 ABŞ dollarının tutulması” hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin, qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. MM-in 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. MM-nin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İddiaçı gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 282,26 ABŞ dolları pulun tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, ən azı xx.xx.2020-ci il tarixədək tarixindən borcun əsas hissəsi ödənilmiş, xx.xx.2023-cü il tarixdə 1100 manat ödəniş edilməsi nəzərə alınarsa həmin tarixədək təxminən 2000 ABŞ dolları əsas borca, həmin tarixdn sonra isə qalıq qalan 1580,75 ABŞ dolları məbləğə münasibətdə 3 il 6 ay müddət üçün illik 5 %lə borc hesablandığı təqdrdə 282,26 ABŞ dolları məbləğdən artıq edər. Ona görə də iddiaçı MM-in 445.7-ci maddəsi ilə qeyd edilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə borcun zamin qismində işə cəlb olunmuş Cavabdeh1 tutulması hissəsinə münasibətdə qeyd edir ki, hazırki iddia tələbi üzrə iddiaçı əsas borcludan əsas borcun tutulması hissəsində haqlı olsa da, digər cavabdeh olan zamindən borcun tutulmasını tələb etməkdə haqlı deyildir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 5.1.4-cü bəndində də qeyd edilir ki, zaminliyə onun təmin edildiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində Kreditorun Zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadıldığından və həmin müddətdən sonrakı yəni məhkəməyə müraciət edənədək 1 ildən artıq müddət keçmişdir. Maddənin məzmunundan görünür ki, zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Məhkəmə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsaslanaraq hesab edir ki, zaminlik müqaviləsində xitam verilmə müddəti dəqiq müəyyən edilmişdir. Ona görə də iddia tələbi Cavabdeh1 münasibətdə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, əsas borca münasibətdə tələb təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat mediasiya xərcinin təmin edilən iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə dövlət rüsumu iddia tələbinin həll edilmə nəticəsinə uyğun tərəflər arasında bölüşdürüldüyündən, həmçinin cavabdehin əleyhinə qətnamə qəbul edilibsə, o yalnız bir dəfə rüsum ödəyə bilər. Ona görə də cavabdehdən təkrarən 72,62 manat dövlət rüsumunun tutulması qanunsuzdur.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 1580,75 ABŞ dolları əsas borc, 351 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarxli qərarına əsasən hesablanan illik 5 % olmaqla 282,26 ABŞ dolları faiz borcu ödəniş gününə Azərbaycan manatı ilə borc və 100 manat mediasiya xərci tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov