Məhkəmə qərarları › İş №e-2-2(117)-1278/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1278/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1278/2023 14.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “İddiaçı, xxxx QSC BOKT-dan yaşıl tütün becərərək xxxx ASK MMC-yə təhvil vermək üçün götürdüyü 4750 manat kredit borcunun ödənilməsində, xxxx ASK MMC, fermerlər və xxxx QSC BOKT arasında bağlanmış müqaviləyə əsasən şirkət verilən kreditlərin ödənilməsində zaminlik öhdəliyini götürməsi haqqında bağlanmış müqaviləni məhkəməyə təqdim edilməsini xxxx ASK MMC-yə məcbur edilməsi” barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “İddiaçı, xxxx QSC BOKTdan yaşıl tütün becərərək xxxx ASK MMC-yə təhvil vermək üçün götürdüyü 4750 manat kredit borcunun ödənilməsində, xxxx ASK MMC, fermerlər və xxxx QSC BOKT arasında bağlanmış müqaviləyə əsasən şirkət verilən kreditlərin ödənilməsində zaminlik öhdəliyini götürməsi haqqında bağlanmış müqaviləni məhkəməyə təqdim edilməsini xxxx ASK MMCyə məcbur edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" QSC BOKT, "xxxx" MMC və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli TM-426/21 nömrəli kredit müqaviləsindən görünür ki, alıcı "xxxx" ASC deyil, "xxxx" MMCdir. İddiaçı elektron imza ilə imzaladığı ərizəndə cavabdeh olaraq "xxxx" ASC qeyd etmiş, ərizənin mətnində isə "X1 Kompleksi" MMC qeyd etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, “X1 Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, “X1 Kompleksi” MMC özəlləşməyə açıq elan edilmiş, "xxxx" ASC “X1 Kompleksi” MMC-nin əmlakının qorunub saxlanılmasını təmin etməsi qərara alınmışdır. Məhkəmə tərəfindən əldə edilmiş sənədlərdən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli təhvil aktı və bölünmə balansına əsasən “X1 Kompleksi” MMC müvafiq debitor və kreditor borcları, o cümlədən hüquq və öhdəliklərini Cavabdeh MMC-yə təhvil vermişdir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə vergi ödəyicilərinin məlumatı bölməsindən çıxarılan məlumatdan görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1 keçirib hesab edir ki, hazırki ərizəyə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iş üzrə cavabdehin hüquqi ünvanı ünvan 2 qeydiyyat ünvanı üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsini ərazi aidiyyəti qaydalarına görə düzgün vermədiyindən və hazırki ərizəyə cavabdeh "xxxx" MMC-nin qeydiyyat ünvanı üzrə Şəki Kommersiya Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məh kəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “İddiaçı, xxxx QSC BOKTdan yaşıl tütün becərərək xxxx ASK MMC-yə təhvil vermək üçün götürdüyü 4750 manat kredit borcunun ödənilməsində, xxxx ASK MMC, fermerlər və xxxx QSC BOKT arasında bağlanmış müqaviləyə əsasən şirkət verilən kreditlərin ödənilməsində zaminlik öhdəliyini götürməsi haqqında bağlanmış müqaviləni məhkəməyə təqdim edilməsini xxxx ASK MMCyə məcbur edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 67 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar