Məhkəmə qərarları › İş №e-2-2(117)-129/2021

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-129/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-129/2021 16.03.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “iddia tələbinin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək 14 500 manat əsas, 3091,25 manat faiz, 1343,67 manat kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2103,48 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan İsmayıllı rayonu, Kürdeldarbəyli kəndində yerləşən fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərrada satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin X2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı ərizə ilə məhkəməyə müraciət edərək “14 500 manat əsas, 3091,25 manat faiz, 1343,67 manat kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2103,48 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə “iddia tələbinin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək 14 500 manat əsas, 3091,25 manat faiz, 1343,67 manat kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2103,48 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan İsmayıllı rayonu, Kürdeldarbəyli kəndində yerləşən fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərrada satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin X2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, həmin tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, iş üzrə Cavabdeh2 göndərilmiş məhkəmə bildirişinin kötüyündə “bu ünvanda yaşamır” qeydi aparılmaqla bildiriş olan zərf məhkəməyə geri qaytarılmışdır. Məhkəmə hazırkı vəziyyətdə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə baxılmamış saxlanılır. İş materiallarından göründüyü kimi, mübahisənin Cavabdeh1 münasibətdə qabaqcadan məhkəmədən kənar həll edilməsini sübut edən sənəd kimi “xxxx” MMC-nin 266236 nömrəli göndəriş sənədi göstərilsə də, həmin göndərişin Cavabdeh1 tərəfindən alınmasına dair imza, tarix, alan şəxsin adı, soyadı qeyd olunmamışdır. Belə olan halda yuxarıda qeyd edilən qanunvericilik normalarına riayət olunmadığı aşkardır. Həmin sənədin çatdırılmaması ilə bağlı tərtib olunan aktda da qeyd edilən məktubun xx.xx.2021ci il tarixdə çatdırılmaq üçün yollandığı, lakin “şəxs bu ünvanda yaşamır” qeydi ilə qayıtdığı təsdiq olunur. Həmçinin, məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı eyni iddia tələbi ilə daha əvvəl də Şəki Kommersiya Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi pretenziya qaydasına riayət edilməməsi səbəbindən geri qaytarılmışdır. Həmin qərardad qanuni qüvvəsini almışdır. Həm hazırkı işdə, həm də Şəki Kommersiya Məhkəməsinin icraatında olmuş e-2- 2(117)-129/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadla qaytarılan iş materiallarında olan sənədlərdə istinad edilən bildiriş kötüyünün nömrəsi eynidir (266238). İddiaçı qeyd edilən qəbzlərdə düzəlişlər etməklə məhkəmə tərəfindən qaytarılmış materiallarda, müvafiq nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələrinə əhəmiyyət verməyərək iddiaçı tərəfindən həmin qanunsuz düzəlişlər edilməklə öz işini bitmiş hesab etmişdir. Qeyd edilən hallar təkrarlandığı təqdirdə məhkəmə hazırkı işlə bağlı rəsmi sənədlərdə qanunsuz düzəlişlərin edilməsi məsələsinə hüquqi qiymət vermək məcburiyyətində qalacaqdır. Məhkəmə iddiaçı tərəfindən pretenziya qaydasına riayət edilə bilməməsinə münasibətdə bildirir ki, cavabdehə çatdırılma bu və ya digər səbəbdən mümkün olmadığı təqdirdə cavabdehlərin yaşadığı müvafiq inzibati ərazi üzrə yerli icra hakimiyyəti orqanlarına və yerli özünüidarəetmə orqanlarına çatdırılma üçün təqdim etmə qanunvericilikdə nəzərdə tutulmuşdur. Çatdırılmanın ilk cəhdinin uğursuz olduğu təqdirdə çatdırılmanın qanunvericilikdə müəyyən edilmiş üsul və vasitələrdən lazımınca istifadə edilməməsi iddiaçının hərəkətsizliyindən irəli gəlir. İddiaçı bu qaydaları riayət etdikdən sonra məhkəməyə müraciət etmək hüququndan istifadə etməlidir. İddiaçı xx.xx.2021-ci il tarixdə yenidən eyni tələblə eyni cavabdehə qarşı məhkəməyə müraciət etmiş, xx.xx.2021-ci il tarixdə “iddia tələbinin artırılması barədə” ərizə təqdim edərək iddia tələbinin həcmini artırmış və cavabdehlər sırasına Cavabdeh2 da daxil etmişdir. Hazırkı iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2021-ci il tarixə, məhkəmə baxışı isə xx.xx.2021-ci il tarixə təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə məhkəmə tərəfindən İddiaçı ASC-yə müraciət edilərək məhkəmə baxışı iclasınadək iddia ərizəsinin cavabdehlərə çatdırılmasına dair sübutların məhkəməyə təqdim edilməsi xahiş edilmiş, əks təqdirdə iddia ərizəsinin baxılmamış saxlanılacağı barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən işin mahiyyəti üzrə baxılması üçün lazımı addımlar atılmış, “X7” MMC-dən tutma yönəldilməsi tələb edilən predmetin qiymətləndirilməsi ilə bağlı müraciət edilmiş, xx.xx.2021-ci il tarixdə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən Cavabdeh2 ünvanlanan bildirişlər də “Bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Belə vəziyyətdə isə ipoteka predmetinin sahibinin xəbəri olmadan məhkəmə tərəfindən kredit borcunun ipoteka predmetinə yönəldilmə ilə bağlı müvafiq qərarın qəbul edilməsi qanunvericiliyə ziddir. Çünki cavabdeh iddiaçı tərəfindən ilkin olaraq pretenziya qaydasında xəbərdar edilməmiş və ona iddia ərizəsinin surəti çatdırılmamışdır. Məhkəmə tərəfindən isə həmin bildirişin çatdırılması mümkün olmamışdır. Belə ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Ona görə də məhkəməyə müraciət hüququna qoyulan məhdudiyyətlər qanuni məqsəd daşımalı və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olmalıdır. “X1rşı” iş üzrə xx xxxx 2005-ci il tarixli, eləcə də “X3rşı” iş üzrə xx xxxxxxx 2005-ci il tarixli Qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, işə aşkar baxılması hüququ o zaman mənasını itirmiş hesab olunur ki, işdə iştirak edən tərəf məhkəmə iclası barədə məlumatlandırılmaması nəticəsində milli qanunvericilikdə nəzərdə tutulmuş məhkəmədə iştirak etmək hüququndan məhrum olur. “Gyuleva Bolqarıstana qarşı” iş üzrə x xxxx 2016-cı il tarixli Qərarında Avropa Məhkəməsi vurğulamışdır ki, tərəflərin məhkəmə baxışında iştirak etmək hüququ Konvensiyanın 6-cı maddəsinin məqsədləri və təyinatından irəli gəlir. 6-cı maddənin 1ci paraqrafı sənədlərin rəsmi qaydada verilməsinin xüsusi formasını nəzərdə tutmur. Buna baxmayaraq, işin çəkişmə prinsipi əsasında həyata keçirilməsini müəyyən edən fundamental prinsipin də daxil olduğu ədalətli məhkəmənin ümumi konsepsiyası tələb edir ki, mülki prosesin bütün tərəfləri məhkəmə qərarına təsir etmək üçün əks tərəfin irəli sürdüyü dəlillərlə, təqdim etdiyi sübutlarla tanış olmaq və onlara şərh vermək imkanına malik olmalıdır. İlk növbədə, məhkəmə baxışı kimə qarşı yönəlmişsə, o şəxs məlumatlandırılmalıdır. Məhkəmə bildirişləri də daxil olmaqla, məhkəmə sənədlərinin şəxsən çatdırılmaması ərizəçini, məhkəmədə özünü müdafiə etmək hüququndan məhrum edə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, işin məhkəmə baxışına hazırlanması ilə bağlı məhkəmə tərəfindən lazımı tədbirlər görülmüş, lakin hər iki cavabdehə münasibətdə iddiaçı tərəfindən pretenziya qaydasına riayət edilməmişdir. Həmçinin, məhkəmə iclasının isə cavabdehlərdən birinin məlumatı olmadan keçirilərək yekunlaşdırılması onun məhkəmə müdafiəsi hüququndan məhrum edilməsi deməkdir ki, bu da şəxsin hüquqlarını kobud şəkildə pozur. Bu mənada hazırkı qərardad iddiaçının məhkəməyə müraciət etmək hüququna mane yaradan sənəd kimi deyil, məhkəməyə müraciət hüququnun qanunla müəyyən edilmiş qaydada icra edilməməsi ilə bağlı məhkəmənin qəbul etdiyi qərar olaraq qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “14 500 manat əsas, 3091,25 manat faiz, 1343,67 manat kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2103,48 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar