Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-13/2023 18.01.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2020-ci il tarixli 017R********** nömrəli krеdit razılaşmasının, xx.xx.2020-ci il tarixli 017R**********S nömrəli, xx.xx.2020-ci il tarixli 017R**********SA nömrəli, xx.xx.2020-ci il tarixli 017R**********SB nömrəli, xx.xx.2020-ci il tarixli 017R**********SC nömrəli sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 017R********** nömrəli krеdit razılaşması üzrə 25059,46 manat krеdit bоrcu, 8985,38 manat faiz bоrcu və 7901,50 manat cərimə borcu olmaqla, ümumilikdə 41946,34 manat məbləğində bоrcun, ödənilmiş 15,84 manat məbləğində dövlət rüsumunun və 200 manat məbləğində mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 küçəsində 0,01 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ** saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, həmin əmlakın satışından əldə olunan vəsait hesabına ödənilməsi, vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 ümumi qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 küçəsində 0,01 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ** saylı fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2019-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında 017L**********01 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə illik faiz dərəcəsinin yuxarı həddi 28 % olmaqla 300000 manat məbləğində uzunmüddətli kredit xətti açılmışdır. Eyni zamanda xx.xx.2019-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında 017S********** nömrəli borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə zaminlik müqaviləsi bağlanmışdır. Uzunmüddətli kredit xətti müqaviləsi üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2019-cu il tarixli 017M**********02 nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 küçəsində yerləşən 0,01 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ** saylı fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 017R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh1 12 ay müddətinə aylıq faiz dərəcəsi 1,75 % olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun hissə-hissə qaytarmaq şərtilə fərdi mikro kredit məqədilə 33000 manat məbləğində kredit götürmüşdür. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 017R**********S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən Cavabdeh1 götürdüyü kreditin qalığını və hesablanmış faizləri sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına (xx.xx.2021-ci il tarixədək), xx.xx.2020-ci il tarixli 017R**********SA nömrəli sazişə əsasən xx.xx.2020-ci il tarixli ödəniş planına (xx.xx.2021ci il tarixədək), xx.xx.2020-ci il tarixli 017R**********SB nömrəli sazişə əsasən xx.xx.2020-ci il tarixli ödəniş planına (xx.xx.2022-ci il tarixədək) və xx.xx.2020-ci il tarixli 017R**********SC nömrəli sazişə əsasən xx.xx.2020-ci il tarixli ödəniş planına (xx.xx.2022ci il tarixədək) əsasən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən 25059,46 manat əsas bоrcu, 8985,38 manat faiz bоrcu qalmış və iddiaçı həmin borca 7901,50 manat məbləğində cərimə borcu hesablamışdır. Borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərini icra etmədiklərindən kredit müqaviləsi üzrə ödənilməmiş borc qalmışdır. Xəbərdarlıq məktubları ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İşin məhkəmə araşdırması zamanı Əmlak Ekspert Mərkəzi MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti ünvan 1 küçəsində yerləşən 0,01 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ** saylı fərdi yaşayış evinin likvid dəyəri 40000 manat müəyyən edilmişdir. İşin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/7818 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixə olan əsas borcu 25059,46 manat, faiz borcu 12061,07 manat təşkil edir. Cavabdehlər iddia tələbinə rəsmi münasibət bildirməmiş, habelə məhkəmə iclaslarında iştirak etməmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehlər bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Uzunmüddətli kredit müqaviləsi, Kredit razılaşması, Zaminlik müqaviləsi, İpoteka müqaviləsi, Əlavə sazişlər, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, Xəbərdarlıq məktubları, Maliyyə arayışı, mediasiya arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlk öncə məhkəmə iddia tələbinin “xx.xx.2020-ci il tarixli 017R********** nömrəli krеdit razılaşmasının, xx.xx.2020-ci il tarixli 017R**********S nömrəli, xx.xx.2020-ci il tarixli 017R**********SA nömrəli, xx.xx.2020-ci il tarixli 017R**********SB nömrəli, xx.xx.2020-ci il tarixli 017R**********SC nömrəli sazişlərin ləğv edilməsi” hisəssinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, mübahisə predmeti olan xx.xx.2020-ci il tarixli 017R********** nömrəli krеdit razılaşması 12 ay müddətinə bağlanmış və xx.xx.2021-ci il tarixədək qüvvədə olmuşdur. Eyni zamanda həmin razılaşma üzrə ödəniş planına dəyişikliklər edilməsi haqqında xx.xx.2020-ci il tarixli 017R**********S nömrəli, xx.xx.2020-ci il tarixli 017R**********SA nömrəli, xx.xx.2020-ci il tarixli 017R**********SB nömrəli, xx.xx.2020-ci il tarixli 017R**********SC nömrəli sazişlər imzalanmış, həmin sazişlər üzrə əlavə müddət müəyyən edilməmişdir. Belə olan halda kredit razılaşmasının müddəti bitmişdir və hazırda qüvvədə deyildir. Eyni zamanda sazişlər üzrə də son ödəmə müddəti bitmişdir. Hazırki tarixə müddəti bitməklə qüvvədə olmayan müqavilənin və sazişlərin ləğvi mümkün olmadığından məhkəmə hesab edir ki, iddia tələbi qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Göründüyü kimi qanunvericliyin tələblərinə əsasən müqavilənin qüvvədə olma müddətində tərəflərdən biri müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduqda müqavilə ləğv edilə bilər. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, ləğv edilməsi tələb olunan müqavilə və sazişlərin müddəti bitmişdir ki, müddəti bitmiş müqavilə və sazişlərin ləğv olunmasından söhbət gedə bilməz. Bundan başqa kredit razılaşması üzrə əsas borc və faiz borcunun ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borc verən borcalan qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, borc alan Cavabdeh1 öhdəliyini lazmınca yerinə yetirmədiyindən onun 25059,46 manat əsas borcu və aylıq faiz dərəcəsi 1,75 % olmaqla, 8985,38 manat faiz borcu qalmışdır. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından 25059,46 manat əsas və 8985,38 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq kredit təşkilatına ödənilməlidir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/7818 nömrəli ekspert rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, rəydə cavabdehin xx.xx.2022-ci il tarixə olan əsas borcu 25059,46 manat, faiz borcu 12061,07 manat təşkil etməsi qeyd olunsa da, iddiaçı tələbində cavabdehlərdən 8985,38 manat faiz borcunun tutulmasını xahiş etdiyindən, məhkəmə hesab edir ki, iddiaçının tələbi həcmində, yəni 8985,38 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə 7901,50 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə yüksəkdir. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 7901,50 manat deyil, 300 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 küçəsində 0,01 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ** saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı Əmlak Ekspert Mərkəzi MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan ünvan 1 küçəsində 0,01 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ** saylı fərdi yaşayış evinin likvid dəyəri 40000 manat müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Əmlak Ekspert Mərkəzi MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış dəyəri 40000 manat müəyyən edilməli, satışdan əldə edilən vəsait kredit borcuna yönəldilməlidir. Bundan başqa, iddia tələbinin “satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qətnamənin ümumi qaydada icra edilməsi, habelə cavabdehin evdən istifadə hüququnun itirilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, ehtimalən belə olduğu təqdirdə icra qurumu məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə İcra Haqqında və İpoteka haqqında Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissələrdə rədd edilməlidir. Bundan başqa əmlak satıldıqdan 1 ay sonra cavabdehlərin əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbini irəli sürmək üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, bu hüquq mülkiyyətçiyə məxsus olan hüquqdur ki, iddiaçı ipoteka predmetinin hazırki vəziyyətdə mülkiyyətçisi deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 250 manat pul, habelə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 50 manat olmaqla cəmi 300 manat xərc cavabdehlərdən tutularaq müvafiq qaydada ödənilməlidir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə qiymətləndirilməyən iddia üzrə 100 manat və qiymətləndirilən iddianın qiymətinə əsasən (41946,34 manat) ödənilməli dövlət rüsumu 215,84 manat olmalıdır (cəmi 315,84 manat). İddia tələbi qiymətləndirilməyən hissədə rədd edildiyindən ödənilməli olan 100 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia qiymətləndirilən hissədə qismən təmin edildiyindən 215,84 dövlət rüsumunun 39,11 manat hissəsi iddiaçıdan, 176,73 manat hissəsi cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 15,85 manat dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən iddiaçıdan ödədiyi rüsum çıxılmaqla ümumilikdə 123,26 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərci də cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 200 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya, 176,73 manat dövlət büdcəsinə və iddiaçıdan 123,26 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 200 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 123,26 manat dövlət rüsumu çıxılmaqla 76,74 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 123,26 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 176,73 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 299,99 manat dövlət rüsumu bütöv şəkildə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25059,46 manat kredit borcu, 8985,38 manat faiz borcu, 300 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı, 76,74 manat mediasiya xərci tutularaq idddiaçı İddiaçı QSC-nə ödənilsin. Borc məbləği Cavabdeh1 mülkiyyətində olan ünvan 1 küçəsində 0,01 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ** saylı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan ünvan 1 küçəsində 0,01 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ** saylı fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 40000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehlərin İddiaçı QSC-nə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 299,99 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142319, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı - X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ
22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 250 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov