Məhkəmə qərarları › İş №e-2-2(117)-1307/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1307/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1307/2024 14.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Açıq tipli Səhmdar Cəmiyyətinə qarşı “cavabdehdən xx.xx.2024-cü il tarixinə ödənilməli olan 1887.88 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi” tələbinə dair iş materiallarına baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İcarəyəverən Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi Cavabdeh Açıq tipli Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2012-ci il tarixli 2005 nömrəli özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin və hüquqların qabaqcadan qeydiyyata alınmış müəssisə və obyektlərin yerləşdiyi müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Mingəçevir şəhəri, Samux küçəsi, 2 ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi 8847,8 kv.m torpaq sahəsi icarəçinin icarə şərtləri əsasında müvəqqəti istifadəsinə verilmiş, torpaq sahəsinin illik icarə haqqı 707,82 manat, aylıq icarə haqqı 58,99 manat müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq ödənilməlidir. İcarə müqaviləsi xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək bağlanmışdır. İcarəçi Cavabdeh Açıq tipli Səhmdar Cəmiyyəti xx.xx.2012-ci il tarixli 2005 nömrəli müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 1887.88 manat icarə haqqı borcu qalmışdır. Cavabdehin şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda olmaqla qismən ödəniş edilmiş, qalan borc məbləği ödənilmədiyindən xx.xx.2024-cü il tarixə cavabdeh hüquqi şəxsin 1887.88 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə cavabdehə (sədri İbrahimov Şahinə) ünvanı üzrə poçt vasitəsilə göndərilmiş, lakin məhkəmə sənədləri “idarə işləmir” qeydi ilə geri qaytarılmış, məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə cavabdehə çatdırılması üçün Mingəçevir şəhər İcra hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış icarə müqaviləsi, şəxsi hesab vərəqəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2. 710.1. 710.3). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İcarəyəverən Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi Cavabdeh Açıq tipli Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2012-ci il tarixli 2005 nömrəli özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin və hüquqların qabaqcadan qeydiyyata alınmış müəssisə və obyektlərin yerləşdiyi müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Mingəçevir şəhəri, Samux küçəsi, 2 ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi 8847,8 kv.m torpaq sahəsi icarəçinin icarə şərtləri əsasında müvəqqəti istifadəsinə verilmiş, torpaq sahəsinin illik icarə haqqı 707,82 manat, aylıq icarə haqqı 58,99 manat müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq ödənilməlidir. İcarə müqaviləsi xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək bağlanmışdır. İcarəçi Cavabdeh Açıq tipli Səhmdar Cəmiyyəti xx.xx.2012-ci il tarixli 2005 nömrəli müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 1887.88 manat icarə haqqı borcu qalmışdır. Cavabdehin şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda olmaqla qismən ödəniş edilmiş, qalan borc məbləği ödənilmədiyindən xx.xx.2024-cü il tarixə cavabdeh hüquqi şəxsin 1887.88 manat borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək xx.xx.2012-ci il tarixli 2005 nömrəli müqavilə üzrə 1887.88 manat məbləğində icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. İddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumu 38.88 manat təşkil edir. İddia tələbi təmin edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilməli olan 38.88 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Açıq tipli Səhmdar Cəmiyyətindən xx.xx.2012-ci il tarixli 2005 nömrəli müqavilə üzrə 1887.88 manat icarə haqqı borcu tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. Ödənilməmiş 38.88 manat dövlət rüsumu Cavabdeh Açıq tipli Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar