Məhkəmə qərarları › İş №e-2-2(117)-1308/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1308/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1308/2024 14.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı “cavabdehdən xx.xx.2024-cü il tarixinə ödənilməli olan 2800 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZA2ZC) köçürülməsi” tələbinə dair iş materiallarına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə qətnamə qəbul etdi. Təsviri hissə: İcarəyəverən Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 6254 nömrəli hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 77 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 5300 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəsinə verilmiş, torpaq sahəsinin illik icarə haqqı 4800 manat, aylıq icarə haqqı 400 manat müəyyən edilmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq ödənilməlidir. 4.1-ci bəndinə əsasən icarə müqaviləsi xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 2 il müddət üçün bağlanmışdır. İcarəçi Cavabdeh MMC xx.xx.2023-cü il tarixli 6254 nömrəli müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 2800 manat icarə haqqı borcu qalmışdır. xx.xx.2023-cü il tarixli 6254 nömrəli müqavilə üzrə təqdim edilmiş cavabdehin şəxsi hesab vərəqəsindən görünür ki, həmin müqavilə üzrə cavabdeh tərəfindən müxtəlif vaxtlarda olmaqla sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 1161,29 manat ödəniş edilmiş, həmin vaxtdan sonra ödəniş edilməmiş və bu səbəbdən xx.xx.2024-cü il tarixə 2800 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixinə ödənilməli olan 2800 manat icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2024-cü il tarixli, 3-21-3/2-6691/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Bu səbəbdən hazırki tələbə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək borcu etiraf etmiş və iddianı qəbul etdiyini bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış icarə müqaviləsi, şəxsi hesab vərəqəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2. 710.1. 710.3). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icarəyəverən Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 6254 nömrəli hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 77 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 5300 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəsinə verilmiş, torpaq sahəsinin illik icarə haqqı 4800 manat, aylıq icarə haqqı 400 manat müəyyən edilmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq ödənilməlidir. 4.1-ci bəndinə əsasən icarə müqaviləsi xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 2 il müddət üçün bağlanmışdır. İcarəçi Cavabdeh MMC xx.xx.2023-cü il tarixli 6254 nömrəli müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 2800 manat icarə haqqı borcu qalmışdır. xx.xx.2023-cü il tarixli 6254 nömrəli müqavilə üzrə təqdim edilmiş cavabdehin şəxsi hesab vərəqəsindən görünür ki, həmin müqavilə üzrə cavabdeh tərəfindən müxtəlif vaxtlarda olmaqla sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 1161,29 manat ödəniş edilmiş, həmin vaxtdan sonra ödəniş edilməmiş və bu səbəbdən xx.xx.2024-cü il tarixə 2800 manat borcu qalmışdır. Göründüyü kimi cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədindən və ərizə ilə müraciət edərək borcu etiraf etdiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək 2800 manat borc məbləği Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. İddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumu 48 manat təşkil edir. İddia tələbi təmin edildiyindən və iddiaçı dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatı olmaqla dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilməli olan 48 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli 6254 nömrəli müqavilə üzrə 2800 manat icarə haqqı borcu tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilsin. Ödənilməmiş 48 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar