Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1309/2024 22.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı “cavabdehdən xx.xx.2024-cü il tarixinə ödənilməli olan 1519.98 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi” tələbinə dair iş materiallarına baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İcarəyəverən Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 679 nömrəli dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiriyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Göyçay şəhəri, ünvan 1 ünvanında yerləşən 4205,0 kv.m torpaq sahəsi icarəçinin icarə şərtləri əsasında müvəqqəti istifadəsinə verilmiş, torpaq sahəsinin illik icarə haqqı 3039,96 manat, aylıq icarə haqqı 253,33 manat müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq ödənilməlidir. İcarə müqaviləsi xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bağlanmışdır. İcarəçi Cavabdeh xx.xx.2020-ci il tarixli 679 nömrəli müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 1519.98 manat icarə haqqı borcu qalmışdır. Cavabdehin şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda olmaqla qismən ödəniş edilmiş, qalan borc məbləği ödənilmədiyindən xx.xx.2024-cü il tarixə cavabdeh hüquqi şəxsin 1519.98 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə cavabdehə poçt vasitəsilə ünvanı üzrə göndərilmiş, lakin “bu ünvanda yerləşmir” qeydi ilə məhkəməyə geri qaytarılmış, daha sonra məhkəmə bildirişi və sənədləri cavabdehin vergi orqanında olan elektron kabinetinə yerləşdirilməsi üçün xx.xx.2024-cü il tarixdə Dövlət Vergi Xidməti 9 Saylı Ərazi Vergilər İdarəsinə elektron poçt vasitəsilə göndərilmiş, həmin orqan tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehin vergi orqanında olan elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, cavabdeh hüquqi şəxsin rəhbəri Nümayəndə2 Elektron Məhkəmə İnformasiya Sistemində mövcud olan elektron kabinetinə bütün məhkəmə sənədləri yerləşdirilmiş, lakin hər hansı münsibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5.3-cü maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış icarə müqaviləsi, şəxsi hesab vərəqəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2. 710.1. 710.3). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İcarəyəverən Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 679 nömrəli dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiriyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Göyçay şəhəri, ünvan 1 ünvanında yerləşən 4205,0 kv.m torpaq sahəsi icarəçinin icarə şərtləri əsasında müvəqqəti istifadəsinə verilmiş, torpaq sahəsinin illik icarə haqqı 3039,96 manat, aylıq icarə haqqı 253,33 manat müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq ödənilməlidir. İcarə müqaviləsi xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il il tarixədək bağlanmışdır. İcarəçi Cavabdeh xx.xx.2020-ci il tarixli 679 nömrəli müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 1519.98 manat icarə haqqı borcu qalmışdır. Cavabdehin şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda olmaqla qismən ödəniş edilmiş, qalan borc məbləği ödənilmədiyindən xx.xx.2024-cü il tarixə cavabdeh hüquqi şəxsin 1519.98 manat borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək xx.xx.2020-ci il tarixli 679 nömrəli müqavilə üzrə 1519.98 manat məbləğində icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh məhkəmə icraatı barədə məlumatlı olsa da, iddia barədə hər hansı bir etiraz və ya vəsatət təqdim etməmiş, iddia tələbi ilə razı olmadığını bildirməmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən əlavə araşdırma aparılmamış, iddiaçının təqdim etdiyi sübutlarla kifayətlənmişdir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. İddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumu 35.2 manat təşkil edir. İddia tələbi təmin edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilməli olan 35.2 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2020-ci il tarixli 679 nömrəli müqavilə üzrə 1519.98 manat icarə haqqı borcu tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. Ödənilməmiş 35.2 manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1309/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1309/2024
22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver