Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1315/2024 17.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında əsassız hesabladığı 71383.60 manat borcun 28464.58 manat hissəsinin İddiaçı hesabından silinməsi, qanunsuz cərimədən ödətdirilmiş 42919.02 manat pulun və 305 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında əsassız hesabladığı 71383.60 manat borcun 28464.58 manat hissəsinin İddiaçı hesabından silinməsi, qanunsuz cərimədən ödətdirilmiş 42919.02 manat pulun və 305 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunsuz olaraq və heç bir hüquqi əsas olmadan İddiaçı məxsus qeyri-yaşayış sahəsinə xx.xx.2021-ci il tarixdə yoxlama keçirilmişdir. Yoxlamanın nəticəsi olaraq isə İddiaçı iştirakı olmadan ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və akt əsasında xx.xx.2021-ci il qərarla 71383,60 manat cərimə hesablanmışdır. Buna səbəb isə guya sayğacın pərlərinin arasında xüsusi kustar üsulla hazırlanmış dəmir parçası aşkar olunmuşdur. Cərimə yazıldıqdan sonra isə qazın verilişi dayandırılmışdır. İddiaçı həmin qeyri-yaşayış sahəsində sahibkar kimi kənd təsərrüfatı və pomidor məhsulları yetişdirilməsi ilə məşğuldur və soyuq aylarda məhsulun yetişməsi üçün daim istiliyə ehtiyac var. İstiliyin təmini üçün isə paralel şəkildə ən çox mazut yanacağından və qazdan istifadə olunur. Cərimə yazılan vaxt istixanada yetişdirilən məhsulların məhv olmaması üçün İddiaçı qanunsuz yazılmış cərimənin müəyyən hissəsinin ödətdirmək şərtilə Cavabdeh qazı bərpa etmişdir. Məhkəmə araşdırmaları zamanı da müəyyən edilmişdir ki, İddiaçı məxsus qeyri yaşayış sahəsində Cavabdeh apardığı yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə zidd olmuşdur. Bununla belə Cavabdeh ona tətbiq etdiyi 71383,60 manat cərimənin 42919.02 manat hissəsini qanunsuz olaraq ödətdirilməsinə nail olmuşdur. Həmin cərimənin 28464.58 manat hissəsi isə Cavabdeh sahibkara qarşı irəli sürdüyü 50300,88 manat borc tələbinin bir hissəsini təşkil edir. İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun olaraq izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyillər. Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus təsərrüfat subyektinə baxış keçirilmiş və baxış zamanı təbii qazdan istifadə qaydalarının pozulması aşkar edilmişdir. Bununla bağlı akt tərtib edilmiş və iddiaçı tərəf cərimə edilmişdir. İddiaçı tərəf həmin cərimənin bir hissəsini ödəmişdir. İddiaçı ilə Cavabdeh arasında razılaşma protokolu tərtib edilmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “Abonentin saldosu”ndan görünür ki, İddiaçı (istixana) 50300,88 manat borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktdan görünür ki, Elster G-650 TRZ EK-220 markalı 83047923 nömrəli sayğacda qüsurlar aşkar edilmişdir. Belə ki, sayğacın pərlərinin arasında xüsusi kustar üsulla hazırlanmış dəmir parçası aşkarlandı. Bu o deməkdir ki, sayğac keçən qazın sərfini qeydə almır. Həmin akt X2 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, 356918 kub metr itirilmiş qaz müəyyən edilmiş (əsas: xx.xx.2021-ci il tarixli ******* nömrəli akt) və həmin qazın bərpası üçün hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. xx.xx.2023-cü il tarixə olan **********00060 nömrəli abonent kodu üzrə abonent saldosundan müəyyən edilir ki, 2021-ci ilin yanvar ayıda yuxarıda qeyd edilən aktla hesablanmış və itirilmiş qazın dəyəri olaraq 71383,60 manat qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-49/2024 qərarından göründüyü kimi iddiaçı Cavabdeh İddiaçı qarşı “təbii qazdan istifadəyə görə yaranmış 50300,88 manat əsas borcun, 400 manat ödənilmiş rüsum xərcləri olmaqla, ümumilikdə 50700,88 manat borcun tutulması” tələbinə dair məhkəməyə müraciət etmiş, məhkəmə qərarı ilə həmin tələb rədd edilmişdir. Belə ki, məhkəmə iddiaçı Cavabdeh tərəfindən hesablanmış borcun yaranmasının əsasları qanunsuz olduğundan, qanunun tələblərini pozmaqla yoxlama aparıldığından, həmçinin tələb edilən 50300 manat məbləği qanunun tələblərinə uyğun olmayan aktla hesablanmış 71383,6 manat məbləğindən az olduğundan və hər hansı pozuntunun iddia üzrə cavabdehin təqsiri ucbatından baş verməsi faktı iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddianın rədd edilməsi qənaətinə gəlmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(107)-42/2024 nömrəli qərarından görünüyü kimi iddiaçı Cavabdeh Şəki Kommersiya Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, e-2-2(117)- 49/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti qismən təmin edilərək Şəki Kommersiya Məhkəməsinin qeyd edilən qətnaməsi ləğv edilmiş və cavabdeh İddiaçı 21836.20 manat debitor borcu, 200 manat ödənilmiş rüsum xərci alınıb iddiaçı Cavabdehnə ödənilməsi qət edilmişdir. Məhkəmə o qənaətə gəlmişdir ki, iddiaçının cavabdehdən tələb etdiyi 50300,88 manat borcun 21836,30 manat hissəsi sayğac göstəricisinə, yəni istifadə edilmiş qaz sərfiyyatına görə yaranmış, 28464.58 manat hissəsi isə qazdan qanunsuz istifadəyə görə hesablanmış borc məbləğidir. Bu faktlar təqdim olunmuş abonentin saldosu ilə öz təsdiqini tapır. Bu baxımdan kollegiya hesab etmişdir ki, istehlakçı (indiki halda cavabdeh) sayğac göstəricilərinə uyğun olaraq istifadə etdiyi qaza görə hesablanmış məbləğini ödəməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(102)- 551/2024 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh həmin qərardan kassasiya şikayəti vermiş, həmin şikayət təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 21 may tarixli, 2-2(107)-42/2024 nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara abonentin saldosu, akt, məhkəmə aktları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. 2-ci bəndinə əsasən qazın istehsalını, alınmasını və topdansatış təchizatını etibarlı və müvafiq qiymətlərlə təşkil və təmin etmək məqsədilə qaz paylayıcılarına assosiasiya və müəssisələrlə birləşməyə icazə verilir. Bu Qanunun 12-ci maddəsinin 6-cı hissəsi eyni qaydada müvafiq sazişlərə tətbiq edilir. 2-1-ci bəndinə əsasən istehlakçıya sаtılаn qаzın kеyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət stаndаrtlаrının tələblərinə uyğun оlmаlıdır. Dövlət stаndаrtlаrının tələblərinin pоzulmаsı qаnunlа müəyyən еdilmiş məsuliyyətə səbəb оlur. Qаzın kеyfiyyət göstəriciləri nəzаrət оrqаnı tərəfindən lаbоrаtоriyа şərаitində və yа хüsusi tехniki vаsitələrlə yохlаnılmаlı və nəticələri bаrədə istеhlаkçılаrа və qаz pаylаyıcısınа məlumаt verilməlidir. Yoxlama nəticəsində qаzın kеyfiyyət göstəriciləri dövlət stаndаrtlаrının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyаtа kеçirilməsi tələb еdilməlidir. 8-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. 1-ci maddəsinə görə Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılır. 2.1-1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini pozmaqla tərtib edildiyindən qanunsuz olmasını yuxarıda qeyd edilən məhkəmə qərarları ilə təsdiq edilmişdir. Bu səbəbdən qeyd edilən fakta münasibətdə göstərilən aktın qanunsuzluğunun təsdiq edilməsi üçün əlavə araşdırılma aparılmamışdır. Belə ki, qanunvericiliyin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sadəcə olaraq qeyd edilən məhkəmə qərarlarında iddiaçı tərəf hazırkı iş üzrə cavabdeh olan CavabdehİB olmuş və məhkəmələr müvafiq iddia tələbinə münasibətdə mübahisəni həll etmişdir. İddia tələbinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında əssasız hesablanmış 71383.60 manat borcun 28464.58 manat hissəsinin İddiaçı hesabından silinməsi” hissəsinə münasibətdə bildirir ki, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(107)-42/2024 nömrəli qərarından göründüyü kimi həmin 28464.58 manat məbləğinin qazdan qanunsuz istifadəyə görə hesablanmış borc məbləği olduğu öz təsdiqini tapmış və Cavabdeh iddiası həmin hissədə əsassız hesab edilmiş və təmin edilməmişdir. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(102)-551/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr əsassız hesablanmış borca münasibətdə o qənaətə gəlmişdir ki, abonent saldosunda borc məbləği əks edilsə belə aparılmış yoxlama qanunvericiliyin tələblərini pozaraq tərtib edildiyindən və yaranma əsası olan hərəkət qanunsuz olduğundan həmin borc məbləğinin konkret məbləğini hesablamağa ehtiyac yoxdur və iddiaçı Cavabdeh ümumiyyətlə həmin aktın nəticəsində hesablanmış borc məbləğinin tutulmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası tərəfindən xx.xx.2024-cü il tarixli, 2-2(107)-42/2024 nömrəli məhkəmə aktında “0279396 nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında əsassız hesablanmış 71383.60 manat borcun 28464.58 manat hissəsi”nə münasibət bildirilmişdir. Belə ki, qeyd edilən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyi, bu səbəbdən də akt əsasında hesablanmış 28464.58 manat borcun Cavabdeh tərəfindən tələb edilməsi haqlı hesab edilməmişdir. Məhkəmə yuxarıda adı çəkilən yuxarı məhkəmədə qüvvədə qalmış məhkəmə aktını əsas götürərək hesab edir ki, İddiaçı tələbinin “mübahisə predmeti olan akt əsasında hesablanmış 28464.58 manat borcun onun hesabından silinməsi” hissəsi əsaslı və qanuni olduğu üçün təmin edilməlidir. Bundan əlavə olaraq iddiaçı həmin akt əsasında hesablanmış qanunsuz cərimədən ödətdirilmiş 42919.02 manat pulun Cavabdehndən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iş materialların əlavə edilmiş xx.xx.2023-cü il tarixə olan **********00060 nömrəli abonent kodu üzrə abonent saldosundan müəyyən edilir ki, 2021-ci ilin yanvar ayında xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla hesablanmış və itirilmiş qazın dəyəri olaraq 71383,60 manat qeyd edilmişdir. Həmin abonent saldosundan görünür ki, bundan sonra nəzərdə tutulan akt əsasında hesablanmış 71383,60 manat borcdan 2022-ci ilin yanvar ayında 28464.58 manat məbləğində borc qalmışdır. Belə görünür ki, iddiaçı həmin borcdan 42919.02 manat (71383,60-28464.58=42919.02 ) məbləğində ödəniş etmiş və həmin akt üzrə 28464.58 manat məbləğində borcu qalmışdır. Abonent saldosunda ümumi borc olaraq qeyd edilən 50300,88 manat borcun 21836,30 manat hissəsi Şəki Apelyasiya Məhkəməsinin müvafiq qərarına əsasən sayğac göstəricisinə əsasən hesablandığından hazırkı iddiaçıdan tutulmuş, qalan 28464,58 manat isə müvafiq akt əsasında yazılmış borc üzrə ödənilmiş məbləğdən ödənilməyən borcdur. İddiaçı həmin məbləğin cavabdehə ödənilməsini onunla əsaslandırmışdır ki, cərimə yazılan vaxt istixanada yetişdirilən məhsulların məhv olmaması üçün ona qanunsuz yazılmış cərimənin müəyyən hissəsini ödətdirmək şərtilə Cavabdeh qazı bərpa etmişdir. Məhkəmə təqdim edilmiş sübutlara hərtərəfli yanaşaraq müəyyən edir ki, xx.xx.2021ci il tarixli ******* nömrəli akta əsasən 71383,60 manat məbləğində borc hesablanmışdır. Qüvvədə olan məhkəmə qərarları ilə yuxarıda adı çəkilən qərarında həmin aktın qanunvericiliyin tələblərinə əməl edilməməklə tərtib edildiyi və bu səbəbdən Cavabdeh həmin akta əsasən hesablanmış məbləği İddiaçı tələb etməkdə haqlı olmadığı qənaətinə gəlinmişdir. İddiaçı ona aktla yazılmış 71383,6 manat borcun 42919.02 manat hissəsini ödəmiş olsa belə məhkəmə hesab edir ki, həmin borc qanunvericiliyi pozaraq tərtib edilmiş akt əsasında yarandığı üçün iddiaçı ödəmiş olduğu 42919.02 manat məbləği Cavabdehndən tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, iddiaçıya münasibətdə tərtib edilmiş 71383,6 manat məbləğində təbii qazdan istifadə qaydalarının pozulmasına dair Akt qanunvericiliyin tələbinə uyğun tərtib edilməyib, ona görə onun iddiamı üçün hər hansı bir mənfi hüquqi nəticəsi ola bilməz. Məhkəmə yekun olaraq o nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, cavabdehin təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında əsassız hesabladığı 71383.60 manat borcun 28464.58 manat hissəsi İddiaçı hesabından silinməli və həmin akt əsasında iddiaçı tərəfindən ödənilmiş 42919.02 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 305 manat məbləğində dövlət rüsumu ödənilsə də, iddia tələbinə münasibətdə ödənilməli olan dövlət rüsumunun məbləği 304.15 manat təşkil edir. Bu səbəbdən iddia tələbi təmin edildiyindən ödənilmiş 304.15 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya aid edilməli, artıq ödənilmiş 0.85 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə :
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 71383,6 manat məbləğdən ödənilməyən 28464.58 manat borc İddiaçı abonent hesabından silinsin. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında qanunsuz hesablanmış 71383,6 manat məbləğdən iddiaçı tərəfindən ödənilmiş 42919.02 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Cavabdehndən 304.15 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov