Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1318/2024 11.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı “cavabdehdən 2189 nömrəli icarə müqaviləsi üzrə 629.34 manat və 4035 nömrəli icarə müqaviləsi üzrə isə 144.77 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZA2ZC) köçürülməsi” tələbinə dair iş materiallarına baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İcarəyəverən Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2189 nömrəli hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış binasının (əmlak kompleksinin) yerləşdiyi 12577.2 kv.m torpaq sahəsi icarəçinin icarə şərtləri əsasında müvəqqəti istifadəsinə verilmiş, torpaq sahəsinin illik icarə haqqı 1258,68 manat, aylıq icarə haqqı 104,89 manat müəyyən edilmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq ödənilməlidir. 4.1-ci bəndinə əsasən icarə müqaviləsi xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 2 il müddət üçün bağlanmışdır. İcarəçi Cavabdeh xx.xx.2022-ci il tarixli 2189 nömrəli müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 629,34 manat icarə haqqı borcu qalmışdır. İcarəyəverən Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4035 nömrəli hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən ünvan 2i ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 900 kv.m torpaq sahəsi icarəçinin icarə şərtləri əsasında müvəqqəti istifadəsinə verilmiş, torpaq sahəsinin illik icarə haqqı 228 manat, aylıq icarə haqqı 19 manat müəyyən edilmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq ödənilməlidir. 4.1-ci bəndinə əsasən icarə müqaviləsi xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 2 il müddət üçün bağlanmışdır. İcarəçi Cavabdeh xx.xx.2022-ci il tarixli 4035 nömrəli müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 144,77 manat icarə haqqı borcu qalmışdır. xx.xx.2022-ci il tarixli 2189 nömrəli və xx.xx.2022-ci il tarixli 4035 nömrəli müqavilələr üzrə təqdim edilmiş cavabdehin şəxsi hesab vərəqələrindən görünür ki, 2189 nömrəli müqavilə üzrə cavabdeh tərəfindən müxtəlif vaxtlarda olmaqla sonuncu dəfə xx.xx.2024cü il tarixdə 104,89 manat ödəniş edilmiş, həmin vaxtdan sonra ödəniş edilməmiş və bu səbəbdən xx.xx.2024-cü il tarixə 629.34 manat borcu qalmış, o cümlədən, 4035 nömrəli müqavilə üzrə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 265 manat ödəniş edilmiş, həmin vaxtdan sonra ödəniş edilməmiş və bu səbəbdən xx.xx.2024-cü il tarixə 144,77 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə cavabdehə (sədri İbrahimov Şahinə) ünvanı üzrə poçt vasitəsilə göndərilmiş, lakin cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış icarə müqavilələri, Pretenziya, Şəxsi hesab vərəqələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2. 710.1. 710.3). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icarəyəverən Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2189 nömrəli hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış binasının (əmlak kompleksinin) yerləşdiyi 12577.2 kv.m torpaq sahəsi icarəçinin icarə şərtləri əsasında müvəqqəti istifadəsinə verilmiş, torpaq sahəsinin illik icarə haqqı 1258,68 manat, aylıq icarə haqqı 104,89 manat müəyyən edilmişdir. İcarəyəverən Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4035 nömrəli hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən ünvan 2i ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 900 kv.m torpaq sahəsi icarəçinin icarə şərtləri əsasında müvəqqəti istifadəsinə verilmiş, torpaq sahəsinin illik icarə haqqı 228 manat, aylıq icarə haqqı 19 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli 2189 nömrəli və xx.xx.2022-ci il tarixli 4035 nömrəli müqavilələr üzrə təqdim edilmiş cavabdehin şəxsi hesab vərəqələrindən görünür ki, 2189 nömrəli müqavilə üzrə cavabdeh tərəfindən müxtəlif vaxtlarda olmaqla sonuncu dəfə xx.xx.2024cü il tarixdə 104,89 manat ödəniş edilmiş, həmin vaxtdan sonra ödəniş edilməmiş və bu səbəbdən xx.xx.2024-cü il tarixə 629.34 manat borcu qalmış, o cümlədən, 4035 nömrəli müqavilə üzrə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 265 manat ödəniş edilmiş, həmin vaxtdan sonra ödəniş edilməmiş və bu səbəbdən xx.xx.2024-cü il tarixə 144,77 manat borcu qalmışdır. Cavabdeh müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədindən onun iddiaçıya xx.xx.2022-ci il tarixli 2189 nömrəli müqavilə üzrə 629.34 manat məbləğində, xx.xx.2022-ci il tarixli 4035 nömrəli müqavilə üzrə 144,77 manat məbləğində borcu yaranmışdır ki, bu hal cavabdehin şəxsi hesab vərəqələri ilə təsdiq edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək xx.xx.2022-ci il tarixli 2189 nömrəli müqavilə üzrə 629.34 manat məbləğində, xx.xx.2022-ci il tarixli 4035 nömrəli müqavilə üzrə 144,77 manat məbləğində icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. İddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumu 30 manat təşkil edir. İddia tələbi təmin edildiyindən və iddiaçı dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatı olmaqla dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2022-ci il tarixli 2189 nömrəli müqavilə üzrə 629.34 manat icarə haqqı borcu, xx.xx.2022-ci il tarixli 4035 nömrəli müqavilə üzrə 144,77 manat icarə haqqı borcu tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1318/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1318/2024
11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver