Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1319/2022 21.09.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında yaranmış 424,80 manat borc, 50 manat dəbbə pulu və 20 manat mediasiya xərci olmaqla üumilikdə 494,80 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2022-ci il tarixli 10-İ/22 nömrəli alkoqollu və alkoqolsuz içki məhsullarının alqı satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC rəsmi distribütoru olduğu və özünün idxal etdiyi suları, spirtli, spirtsiz içkilər və s. məhsullarıı alıcı Cavabdeh sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcıya satmağı, alıcı isə öz növbəsində aldığı məhsulların ümumi dəyərini nağdsız qaydada 30 gün müddətinə ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2.4-cü bəndinə əsasən alıcı tərəfindən təhvil alınan malların dəyəri bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddətdə ödənilmədikdə hər gecikdirilmiş gün üçün malların dəyərinin ödənilməmiş qalığının 0,2% həcmində peniya ödənilməlidir. Müqavilənin 4.3-cü bəndinə əsasən alıcı son istifadə müddətinə 30 gün qalmış bütün malları satıcıya rəsmi (qaimə faktura əsasında) təhvil verməlidir. Qeyd edilən müddət keçdikdən sonra malllar satıcı tərəfindən qəbul edilmir və bu müqavilənin alıcısı həmin malların tam dəyərini ödəyir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 424,80 manat borcu yaranmışdır. Qeyd olunan məbləğdə cavabdehin borcunun olması İddiaçı MMC tərəfindən elektron qaydada verilmiş xx.xx.2022-ci il tarixli 639161 nömrəli qaimə ilə öz təsdiqini tapır. Borcun 10 gün müddətində ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilmiş, buna baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 10 yanvar 2022ci il tarixli, 10-İ/22 saylı alkoqollu və alkoqolsuz içki məhsullarının alqı satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC özünün idxal etdiyi və ya rəsmi distributoru olduğu sular, spirtli, spirtsiz içkilər və s. məhsullarını alıcı Cavabdeh sifarişi nəzərə alınmaqla, qaimə- faktura əsasında alıcıya satmağı öhdəsinə götürmüş, alıcı isə öz növbəsində aldığı məhsulların ümumi dəyərini nağdsız qaydada 30 gün müddətinə ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 424,80 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuya göndərilən məhkəmə sənədləri həmin ünvanda yaşamaması səbəbindən geri qaytarıldığından məhkəmə sənədləri sonuncuya çatdırılması üçün xx.xx.2022-ci il tarixə elektron poçt vasitəsilə Qax rayon İcra Hakimiyyətinə çatıdrılmışdır. Buna baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, elektron qaimə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2022-ci il tarixli 10-İ/22 nömrəli alkoqollu və alkoqolsuz içki məhsullarının alqı satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC rəsmi distribütoru olduğu və özünün idxal etdiyi suları, spirtli, spirtsiz içkilər və s. məhsullarıı alıcı Cavabdeh sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcıya satmağı, alıcı isə öz növbəsində aldığı məhsulların ümumi dəyərini nağdsız qaydada 30 gün müddətinə ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhədliklərini yerinə yetirsə də, alıcı öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə 424,80 manat borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması İddiaçı MMC tərəfindən elektron qaydada verilmiş xx.xx.2022-ci il tarixli 639161 nömrəli qaimə ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddianın 50 manat dəbbə pulu hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3). Hazırki iş üzrə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.2.4-cü bəndinə əsasən tərəflər hər gecikdirilmiş gün üçün malların dəyərinin ödənilməmiş qalığının 0,2% həcmində peniya ödənilməsi ilə bağlı razılığa gəldiklərindən və iddiaçı müqaviləyə istinad etməklə 50 manat məbləğində dəbbə pulu tələb etdiyindən məhkəmə hesab edir ki, həmin məbləğdə dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 20 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 20 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 424,80 manat borc, 50 manat dəbbə pulu, 20 manat mediasiya xərci olmaqla, ümumilikdə 494,80 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1319/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1319/2022
21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver