Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1330/2024 01.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən hesablanmış 3571,60 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən hesablanmış 3571,60 manat borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi bununla bağlı səlahiyyəti olmayan şəxs tərəfindən verildiyi üçün baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində Cavabdeh tərəfindən hesablanmış borcun "xxxx" ASC-in abonent hesabına yazıldığı bildirilsə də, iddia ərizəsi "xxxx" ASC tərəfindən deyil, İddiaçı tərəfindən verilmişdir. Qeyd edilən akt xx.xx.2022-ci il tarixli ******* nömrəli aktda, dəymiş ziyanın hesablanması haqqında xx.xx.2022-ci il tarixli tələbnamədə və təbii qazın alqı-satqısına dair müqavilədə tərəf olaraq İddiaçı deyil, "xxxx" ASC qeyd edilmiş və həmin hüquqi şəxsin abonent saldosunda müvafiq borc qeyd edilmişdir. Məhkəmə ilkin olaraq iddia ərizəsini və sənədləri məhkəmənin icraatına qəbul etsə də, qeyd edilən hal məhkəmə araşdırması zamanı müəyyən edilmiş və məhkəmə tərəfindən müvafiq araşdırma aparmışdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya məktub ünvanlanaraq ərizə ilə bağlı qeyd edilən hüquqi şəxsin rəhbəri və ya qanuni təmsilçisi olması ilə bağlı sənədlər tələb edilmiş, eyni zamanda, qeyd eilən hüquqi şəxsin adından iddia qaldırılmasının zəruri olduu bildirilmiş, lakin iddiaçı tərəfindən bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş və ərizədə hər hansı bir düzəliş edilməmişdir. Məhkəmə hazırkı işə kiçik iddialar üzrə (sadələşdirilmiş) icraat çərçivəsində baxdığından həmin icraat çərçivəsində iddianın baxılmamış saxlanması nəzərdə tutulmamışdır. Ona görə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 6-cı maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya iddiaçınin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilir. 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də iddia tələbi irəli sürən şəxs və cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə akt tərtib edilən şəxs ayrı-ayrı şəxslər olduğundan, iddiaçı olaraq "xxxx" ASC tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq iddia qaldırıla bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən hesablanmış 3571,60 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1330/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1330/2024
01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver