Məhkəmə qərarları › İş №e-2-2(117)-1332/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1332/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1332/2023 27.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borclular Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 BOKT "xxxx" MMC-nin xeyrinə 10710 manat əsas, 4397,51 manat faiz borcu və 302,88 manat cərimə məbləği olmaqla cəmi 15410,39 manat borcun və mediasiya xərci olaraq ödənilmiş 200 manatın və bank komssiya xərci olan 1 manatın tutulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək “borclular Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 BOKT "xxxx" MMC-nin xeyrinə 10710 manat əsas, 4397,51 manat faiz borcu və 302,88 manat cərimə məbləği olmaqla cəmi 15410,39 manat borcun və mediasiya xərci olaraq ödənilmiş 200 manatın və bank komssiya xərci olan 1 manatın tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin çatdırılma ilə bağlı tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.1.6cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. İddiaçı cavabdehlər Cavabdeh3 münasibətdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, digər Cavabdeh2 münasibətdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, o cümlədən, pretenziya qaydasına riayət edilməsi ilə bağlı məktubun Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinin tələblərinə uyğun çatdırılmasını təmin etməmişdir. Belə ki, hazırki iş üzrə məhkəmə iddiaçı tərəfindən Cavabdeh1 elektron kabineti və VÖEN-i olmaması səbəbindən ona münasibətdə təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, pretenziya qaydasına riayət edilməsi ilə bağlı məktubun kağız daşıyıcıda təqdim edilməsi ilə bağlı xəbərnamələri sübut qismində qəbul etsə də, Cavabdeh3 və Cavabdeh2 münasibətdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, pretenziya qaydasına riayət edilməsi ilə bağlı məktubun kağız daşıyıcıda təqdim edilməsini təsdiq edən sənədləri sübut qismində qəbul etmir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Elektron Məhkəmə İnformasiya Sistemində elektron kabinetləri mövcud olmasa belə, Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış VÖEN-ləri mövcuddur. Belə olan halda iddiaçı iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədləri, pretenziya qaydasına riayət edilməsi ilə bağlı məktubu kağız daşıyıcıda çatdırmaqla qanunvericilyin tələblərinə riayət etməmişdir. Hazırki vəziyyətdə iddiaçı tərəfindən Mülki Prosessual Məcəllənin 150.1.4 və 150.1.6-cı maddələrinin tələbləri yerinə yetirilməmişdir ki, bu hallar iddia ərizəsinin geri qaytarılması üçün əsaslardandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4 və 152.1.6-cı maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, pretenziya məktubunun çatdırılması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə riayət etməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borclular Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 BOKT "xxxx" MMC-nin xeyrinə 10710 manat əsas, 4397,51 manat faiz borcu və 302,88 manat cərimə məbləği olmaqla cəmi 15410,39 manat borcun və mediasiya xərci olaraq ödənilmiş 200 manatın və bank komssiya xərci olan 1 manatın tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar