Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1333/2023 27.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı Azərbaycan Respublikası Şəki Rayonunun X4 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “X5 məxsus 15 hektar torpaq sahəsinin tut bağı salmaq məqsədi ilə 50 il müddətinə Cavabdeh ASC-yə icarəyə verilməsi ilə bağlı Cavabdeh ASC ilə bələdiyyə arasında bağlanmış 01 oktyabr 2004-cü il tarixli torpaq icarəsi müqaviləsinin və həmin icarə müqaviləsinə əlavə dəyişikliklər edilməsi barədə 05 noyabr 2012-ci il tarixli müqavilənin (əlavənin) ləğv edilməsi, qeyd edilən icarə müqavilələri əsasında yaranmış 6000 manat borcun Cavabdeh ASC-dən alınaraq X5 verilməsi, həmçinin, X5 məxsus olan 15 hektar torpaq sahəsindən Cavabdeh ASC-nin istifadə etməsi qadağan edilməklə həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsindən X4 istifadəsinə Cavabdeh ASC tərəfindən edilən maneələrin aradan qaldırılması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Şəki Rayonunun Aşağı Göynük Bələdiyyəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək “X5 məxsus 15 hektar torpaq sahəsinin tut bağı salmaq məqsədi ilə 50 il müddətinə Cavabdeh ASC-yə icarəyə verilməsi ilə bağlı Cavabdeh ASC ilə bələdiyyə arasında bağlanmış 01 oktyabr 2004-cü il tarixli torpaq icarəsi müqaviləsinin və həmin icarə müqaviləsinə əlavə dəyişikliklər edilməsi barədə 05 noyabr 2012-ci il tarixli müqavilənin (əlavənin) ləğv edilməsi, qeyd edilən icarə müqavilələri əsasında yaranmış 6000 manat borcun Cavabdeh ASC-dən alınaraq X5 verilməsi, həmçinin, X5 məxsus olan 15 hektar torpaq sahəsindən Cavabdeh ASC-nin istifadə etməsi qadağan edilməklə həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsindən X4 istifadəsinə Cavabdeh ASC tərəfindən edilən maneələrin aradan qaldırılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin çatdırılma ilə bağlı tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.1.6cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər, habelə cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd qanunverciliyin tələblərinə uyğun Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə təqdim edilməmişdir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən cavabdehin elektron kabineti olmasa belə, cavabdehin Dövlət X1 Sistemində yaradılmış VÖEN-i mövcuddur. İddiaçı tərəfindən iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər, o cümlədən, məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi cavabdehə Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələblərinə uyğun çatdırılmamışdır. İddiaçı qanunvericiliyin tələblərinə əməl etməli olduğu halda bunu etməmişdir ki, qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.4 və 152.1.6-cı maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sonda məhkəmə iddiaçının təqdim etdiyi pretenziya sənədlərinə münasibətdə onu da qeyd edir ki, qeyd edilən sənədlər elektron məhkəmə informasiya sistemində elektron kabineti mövcud olan proses iştirakçısına elektron kabinet vasitəsilə göndərilir. Hazırki vəziyyətdə cavabdehin Elekton Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabineti mövcud deyil. İddiaçı iddia ərizəsi və ona əlavə sənədləri və pretenziya sənədini Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələblərinə uyğun başqa vasitə ilə deyil (poçt və s.) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin X3 yaradılmış kabinetinə göndərməli olduğu halda bunu etməmişdir. Bu səbəbdən iddia ərizəsi və əlaqədar sənədlər iddiaçıya qaytarılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə riayət etməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Şəki Rayonunun X4 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “X5 məxsus 15 hektar torpaq sahəsinin tut bağı salmaq məqsədi ilə 50 il müddətinə Cavabdeh ASC-yə icarəyə verilməsi ilə bağlı Cavabdeh ASC ilə bələdiyyə arasında bağlanmış 01 oktyabr 2004-cü il tarixli torpaq icarəsi müqaviləsinin və həmin icarə müqaviləsinə əlavə dəyişikliklər edilməsi barədə 05 noyabr 2012-ci il tarixli müqavilənin (əlavənin) ləğv edilməsi, qeyd edilən icarə müqavilələri əsasında yaranmış 6000 manat borcun Cavabdeh ASC-dən alınaraq X5 verilməsi, həmçinin, X5 məxsus olan 15 hektar torpaq sahəsindən Cavabdeh ASC-nin istifadə etməsi qadağan edilməklə həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsindən X4 istifadəsinə Cavabdeh ASC tərəfindən edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1333/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1333/2023
27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver