Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1334/2024 11.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 5750.64 manat əsas bоrc və 688.05 manat faiz borcu və 84,79 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2022-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 108875- 583692/1 nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh1 MMC-yə dövriyyə vəsaitlərinin artırılması məqsədilə 24 ay müddətinə, illik 17.50% dərəcəsilə 30000 manat məbləğində kredit verməyi, sonuncu isə verilmiş krediti qəbul edib müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada kreditdən istifadə etməyi və qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 nömrəli Əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. Borcalanın 108875-583692/1 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı məqsədilə xx.xx.2022-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh2 arasında 108875- 583692/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixə olan maliyyə arayışından görünür ki, cavabdehin qeyd edilən tarixə 5750.64 manat əsas bоrc və 688.05 manat faiz borcu qalmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və onun ödənilməmiş əsas və faiz borcu qalmışdır. Cavabdeh borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 20 avqust 2024-cü il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 5750.64 manat məbləğində əsas bоrcu və 688.05 manat faiz borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişləri və sənədləri rəsmi qaydada xx.xx.2024-cü il tarixində Cavabdeh2 elektron kabinetinə yerləşdirilmiş, digər Cavabdeh1nə poçt vasitəsilə ünvanı üzrə göndərilmiş və xx.xx.2024-cü il tarixində “bu ünvanda fəaliyyət göstərmir” qeydi ilə məhkəməyə geri göndərilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan göründüyü kimi Cavabdeh1 rəhbəri Cavabdeh2dur. Belə ki, cavabdehlərin rəsmi qaydada məhkəmə bildirişi və sənədlərini almasına baxmayaraq cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqaviləsi, hesabdan çıxarış, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2022-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 108875-583692/1 nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh1 MMC-yə dövriyyə vəsaitlərinin artırılması məqsədilə 24 ay müddətinə, illik 17.50% dərəcəsilə 30000 manat məbləğində kredit verməyi, sonuncu isə verilmiş krediti qəbul edib müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada kreditdən istifadə etməyi və qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 nömrəli Əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixə olan maliyyə arayışından görünür ki, cavabdehin qeyd edilən tarixə 5750.64 manat əsas bоrc və 688.05 manat faiz borcu qalmışdır. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 30000 manat məbləği cavabdehə vermiş, bunu maliyyə arayışında göstərmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 5750.64 manat əsas bоrc və 688.05 manat faiz borcu qalmışdır. Zaminlik müqaviləsinin qüvvədə olma müddətinə münasibətdə məhkəmə qeyd edir ki, zaminlik müqaviləsinin müddəti bitməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir...... Hazırkı mübahisənin məhkəmə araşdırması zamanı 108875-583692/1 nömrəli zaminlik müqaviləsinin 9.1-ci bəndindən göründüyü kimi müqavilə tərəflərin imzaları ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və xx.xx.2022-ci il tarixli 108875-583692/1 nömrəli kredit müqaviləsi üzrə kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam həcmdə icra olunduğu tarixədək qüvvədədir. Göründüyü kimi xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin müddəti konkret göstərilməmişdir ki, müqavilənin 9.1-ci bəndində xx.xx.2022-ci il tarixli 108875-583692/1 nömrəli kredit müqaviləsi üzrə kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam həcmdə icra olunduğu tarixə qüvvədən düşməsinə dair müqavilə şərti qeyri-müəyyən olmaqla zaminlik müqaviləsinin müddətini müəyyən etməyə imkan vermir, Mülki Məcəllənin tələblərinə ziddir və zaminliklə təmin edilmiş öhdəliyin icrası zamanı zaminlərin hüquq və qanunla qorunan maraqlarını pozur. Hazırkı mübahisə üzrə əsas öhdəliyin icrası müddəti xx.xx.2024-cü il tarixdə bitmiş və qanunvericiliyin tələbi baxımından zaminlik müqaviləsində konkret müddət nəzərdə tutulmadığından əsas öhdəliyin icrası müddətinin bitməsindən ötən bir il keçdikdən sonra zaminlik müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitəcəkdir ki, göründüyü kimi zaminlik müqaviləsi qüvvədədir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borclu Cavabdeh1 öhdəliyini lazımınca yerinə yetirmədiyindən, zamin Cavabdeh2 əsas borclu ilə birgə bank qarşısında məsuliyyət daşıdığından, eləcə də, zaminlik müqaviləsi qüvvədə olduğundan iddia tələbi təmin edilərək cavabdehlərdən müştərək qaydada 5750.64 manat əsas bоrc, 688.05 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 84.39 manat təşkil edir. İddia tələbi təmin edildiyindən 84.39 manat dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. İddiaçı tərəfindən 84.79 manat dövlət rüsumu tələb edilsə də, 84.39 manat dövlət rüsumu ödənilmiş və iddianın qitmətinə əsasən ödənilməli dövlət rüsumu 84.39 manat olduğundan 84.39 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5750.64 manat əsas bоrc, 688.05 manat faiz borcu və 84.39 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1334/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1334/2024
11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver