Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1335/2024 16.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “Cavabdeh ASC-nin səhmdarlarının 10 iyul 2023-cü il tarixli növbədənkənar ümumi yığıncağının 022 saylı protokolunun etibarsız hesab edilməsi və həmin protokol əsasında aparılmış qeydlər ləğv edilməsi; Cavabdeh ASC-dən Cavabdeh ASC-nin nizamnaməsinin; Cavabdeh ASC-nin 2022-2023-cü illər üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrlərinin; Cavabdeh ASC-nin 2022-2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətlərinin; Cavabdeh ASC-nin emissiya prospektinin, Cavabdeh ASC-nin 2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının surətlərinin; Cavabdeh ASC-nin 2022-2023-cü illərin maliyyə nəticələri haqqında hesabatının, müəssisənin balansının, mənfəət vergisi bəyannamələrinin surətlərinin; Cavabdeh ASC-nin 24 iyun 2024-cü il tarixdə keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surətlərinə əsli ilə düzdür ştampı və cəmiyyətin möhürü ilə təsdiqləyərək Cavabdeh ASC tərəfindən ona təqdim edilməsi; ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə qarşı ərizə ilə məhkəməyə müraciət edərək “Cavabdeh ASC-nin səhmdarlarının 10 iyul 2023-cü il tarixli növbədənkənar ümumi yığıncağının 022 saylı protokolunun etibarsız hesab edilməsi və həmin protokol əsasında aparılmış qeydlər ləğv edilməsi; Cavabdeh ASC-dən Cavabdeh ASC-nin nizamnaməsinin; Cavabdeh ASC-nin 2022-2023-cü illər üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrlərinin; Cavabdeh ASC-nin 2022-2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətlərinin; Cavabdeh ASC-nin emissiya prospektinin, Cavabdeh ASC-nin 2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının surətlərinin; Cavabdeh ASC-nin 2022-2023-cü illərin maliyyə nəticələri haqqında hesabatının, müəssisənin balansının, mənfəət vergisi bəyannamələrinin surətlərinin; Cavabdeh ASC-nin 24 iyun 2024-cü il tarixdə keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surətlərinə əsli ilə düzdür ştampı və cəmiyyətin möhürü ilə təsdiqləyərək Cavabdeh ASC tərəfindən ona təqdim edilməsi; ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki mübahisəyə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, ərizənin məzmunundan, o cümlədən, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanı ŞİRVAN ŞƏHƏRİ, M.RƏSULZADƏ, ev 11 ünvanıdır. Göründüyü kimi cavabdeh hüquqi şəxs Şirvan şəhərində qeydiyyatda olsa da, eyni zamanda iddiaçı kağız daşıyıcıda təqdim etdiyi iddia ərizəsində aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsini göstərsə də, elektron imzalanmış iddia ərizəsi ilə hazırki məhkəməyə müraciət etmişdir ki, bunda da haqlı olmamışdır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki cavabdehə qarşı iddia ərizəsini ərazi aidiyyəti qaydalarına görə düzgün vermədiyindən və hazırki iddia tələbinə cavabdehin qeydiyyat ünvanı üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaldıır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “Cavabdeh ASC-nin səhmdarlarının 10 iyul 2023-cü il tarixli növbədənkənar ümumi yığıncağının 022 saylı protokolunun etibarsız hesab edilməsi və həmin protokol əsasında aparılmış qeydlər ləğv edilməsi; Cavabdeh ASC-dən Cavabdeh ASC-nin nizamnaməsinin; Cavabdeh ASC-nin 2022-2023-cü illər üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrlərinin; Cavabdeh ASC-nin 2022-2023-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətlərinin; Cavabdeh ASC-nin emissiya prospektinin, Cavabdeh ASC-nin 2022-2023-2024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının surətlərinin; Cavabdeh ASC-nin 2022-2023-cü illərin maliyyə nəticələri haqqında hesabatının, müəssisənin balansının, mənfəət vergisi bəyannamələrinin surətlərinin; Cavabdeh ASC-nin 24 iyun 2024-cü il tarixdə keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun surətlərinə əsli ilə düzdür ştampı və cəmiyyətin möhürü ilə təsdiqləyərək Cavabdeh ASC tərəfindən ona təqdim edilməsi; ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1335/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1335/2024
16.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver