Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1356/2023 01.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması” tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ərizə ilə müraciət edərək “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş və bildirmişdir ki, İddiaçı ona qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Elektron kabinet vasitəsi ilə əlavə etdiyi arayışdan görünür ki, o, xx.xx.2023-cü il tarixdən ünvan 1 ünvanına qeydiyyata düşmüşdür. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan da göründüyü kimi cavabdehin ünvanı ünvan 2n xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə təqdim edilmiş ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən etibarən Göygöl rayonu, Göygöl şəhəri, A. Hacıyev küçəsi, ev 36, mənzil 3 ünvanında qeydiyyatdadır. Bu səbəbdən də hazırki tələbə cavabdehin qeydiyyat ünvanı üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırki iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyətin təsir dairəsinə düşmür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki iş üzrə mübahisə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsini və ya mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasından irəli gəlmir. Mübahisənin mahiyyətindən müəyyən olunan hal ondan ibarətdir ki, tərəflər arasında torpaq sahəsinin icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmış və cavabdeh hazırki vəziyyətdə torpaq sahəsində qanuni əsaslarla istifadə edir ki, bu halda da qaldırılmış iddia tələbi daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi kimi qiymətləndirilmir. İddia tələbi icarə müqaviləsinin ləğvi və torpaq sahəsinin dövlət mülkiyyətinə qaytarılması kimi formulə edilsə də mübahisəsiz hal ondan ibarətdir ki, icarə predmeti olan torpaq sahəsi hazırda da dövlət mülkiyyətindədir və icarə müqaviləsi ləğv oluncağı təqdirdə torpaq sahəsi üzərində dövlətin sahiblik və istifadə hüquqları bərpa olunacaqdır. İcarə müqaviləsinin qüvvədə olduğu müddətdə isə cavabdehin torpaq sahəsi üzərində istifadə və sahiblik hüquqları qeyr-qanuni olmadığından və mübahsə icarə müqaviləsinin ləğvinə yönəldiyindən tələb daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi kimi qəbul edilmiş və hazırki iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyətin təsir dairəsinə düşmür. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki iddia tələbinə cavabdehin rəsmi qeydə alındığı yer üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh xx.xx.2023-cü il tarixdən Göygöl rayonu ərazisində qeydiyyata alındığından, iddia ərizəsiisə xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edildiyindən bununla da iddiaçı hazırki cavabdehə qarşı iddia ərizəsini ərazi aidiyyəti qaydalarına görə düzgün vermədiyindən və hazırki iddia tələbinə cavabdehin qeydiyyat ünvanı üzrə Gəncə Kommersiya Məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaldıır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması” barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1356/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1356/2023
01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver