Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1357/2024 30.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3628.9 manat əsas borc, 1069.28 manat faiz borcu və 66.98 manatın tutulması” tələbinə dair işə baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3628.9 manat əsas borc, 1069.28 manat faiz borcu və 66.98 manatın tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM) 149.2.4-cü bəndinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehlərlə bağlı məhkəməyə qədərki araşdırma düzgün aparılmamışdır. Pretenziya xx.xx.2023-cü il tarixində vəfat etmiş əsas borclu Cavabdeh2 vergi kabinetinə yerləşdirilmiş və cavabdehlərə göndərilmişdir. İddiaçı tərəfindən sənədlərin cavabdelərə çatdırılması barədə məlumatlar iş materiallarına əlavə edilsə də, cavabdehlərin ölüb-ölməməsi halı ümumiyyətlə araşdırılmamış və buna dair müvafiq tədbirlər görülməmişdir. Qeyd edilən nöqsanlar hazırki işə baxılmasına mane olduğu üçün məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. MPM-in 259.0.12-ci bəndinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilən nöqssanlar məhkəmə icraatı məərhələsində aradan qaldırılması mümkün olmadığından, yəni ölən şəxsin vərəsələrinin hazırkı icraat çərçivəsində icraata cəlb edilməsinin mümkün olmaması səbəbindən məhkəmə iddiaçıya bu bardə rəsmi məktub göndərməmişdir. Məhkəmə tərəfindən iş icraata götürülməzdən qabaq işin araşdırılması zamanı Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan müəyyən olunduğu kimi Cavabdeh2 adına məlumatlar aktiv kimi göstərilmiş, sonuncunun ölümü məhkəməyə məlum olmamış və bu səbəbdən də iş məhkəmənin icraatına götürülmüşdür. Bundan sonra Cavabdeh2 münasibətdə qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə bildirişi və sənədləri göndərilmiş, lakin həmin sənədlər “vəfat edib” qeydi ilə geri qaytarılmışdır. Bundan sonra məhkəmə sənədləri qeyd edilən cavabdehə çatdırılması üçün Oğuz Rayon İcra Hakimiyyətinin başçısının Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə göndərilmiş, sonuncunun xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş ölüm haqqında şəhadətnamədən müəyyən olunmuşdur ki, cavabdeh əsas borclu Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarının araşdırılması zamanı müəyyən edildiyi kimi ölmüş cavabdeh iş üzrə əsas borcludur ki, hazırki iş üzrə iddia ərizəsi ilə müraciət edilənədək əsas borclu ölmüşdür. Belə olan halda iddiaçı əsas borclunun ölümü ilə əlaqədar onun vərəsələrini müəyyən etməli, həmçinin digər zəruri tədbirləri görməli və bundan sonra məhkəməyə müraciət etməli olduğu halda bunu etməmiş və göründüyü kimi ölmüş şəxsə qarşı iddia tələbi irəli sürmüşdür ki, bununla da qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından göründüyü kimi Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuş “borc başqa şəxsə keçirildikdə” ifadəsi borclunun öz iradəsi ilə əsas müqavilə üzrə hüquq və öhdəliklərini başqa şəxsə keçirməsi halını ehtiva edir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə görə, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun icazəsi ilə etibarlı olur. Göründüyü kimi, müqavilə üzrə borclunun hüquq və vəzifələrinin üçüncü şəxsə keçirilməsi borclunun iradəsi və kreditorun buna razılıq verməsi ilə baş verir. Bu halda həmin müqavilənin icrasını təmin etmək məqsədi ilə bağlanmış zaminlik müqaviləsinin hüquqi qüvvəsinin davam etməsi üçün zaminin razılığı mütləqdir. Borclunun ölümü halında isə onun hüquq və vəzifələri universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrə keçmiş olur. Yəni bu halda əsas müqavilə üzrə hüquq və vəzifələr tərəflərin iradəsindən asılı olmayaraq, borclunun ölümü və vərəsələrin mirası qəbul etməsi ilə sonunculara keçmiş olur. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından da göründüyü kimi borclu öldükdən sonra ilk növbədə mirası qəbul etmiş vərəsələr borclunun öhdəlikləri üçün sonuncunun kreditoru qarşısında məsuliyyət daşıyır ki, hazırki iş üzrə borclunun vərəsələri barədə məlumat məhkəməyə təqdim edilməmişdir. Belə olan halda hazırki iş üzrə tərəflərin məsuliyyətini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın baxılmamış saxlanılması yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Hazırki iş üzrə əsas borclu Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ölmüşdür ki, yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi təqdirdə iddia tələbinə cavab verməli olan cavabdehlər dəqiq müəyyən edilməli, o cümlədən, tələbdəki 66.98 manatın nəyə əsasən tələb edilməsi qeyd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3628.9 manat əsas borc, 1069.28 manat faiz borcu və 66.98 manatın tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1357/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1357/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver