Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1369/2025 02.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızı, iddiaçı X2 cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı X4 cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 117500 manat pulun, xx.xx.2022-ci ildən ödəmədiyi 117500 manat gecikdirilən məbləğin illik 5% pul məbləğinin və 407,50 manat rüsumun alınıb iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Hazırki iddia ərizəsinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsinin tələb hissəsində qeyri-müəyyənlik mövcuddur. Belə ki, iddiaçı iddia ərizəsində “xx.xx.2022-ci ildən ödəmədiyi 117500 manat gecikdirilən məbləğin illik 5% pul məbləğinin iddiaçıya ödənilməsi” formasında tələb irəli sürmüşdür ki, həmin tələbdə qeyd etdiyi 5 % məbləği dəqiq göstərməmişdir. İddia tələbinin miqdarını müəyyən etmək və bu barədə tələb irəli sürmək hüququ iddiaçıya aiddir və məhkəmə tərəfindən hazırki mərhələdə hərhansı məbləğin müəyyən edilməsi yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin forma-məzmun tələblərinə əməl edilməmiş və nəticədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Əlavə olaraq məhkəmə hesab edir ki, hazırki iddia qiymətləndirilən iddia olduğundan, iddia qiymətinin tələbdə dəqiq göstərilməməsi nəticəsində müəyyən edilmiş dövlət rüsumunun iddiaçı tərəfindən ödənilməsini qeyri-mümkün edəcəkdir. Belə ki, iddia qiymətini müəyyən etmək mümkün olmadığından, həmin iddiaya uyğun da dövlət rüsumunun məbləğini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə riayət etməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X2 cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elnarə Hüseynova
Məhkəmə qərarları › İş №e-2-2(117)-1369/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1369/2025
02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver