Məhkəmə qərarları › İş №e-2-2(117)-1390/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1390/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1390/2024 07.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada 007R********** kredit razılaşması üzrə 1026.53 manat kredit borcu, 105.65 manat faiz borcu və 35.33 manat cərimə borcu olmaqla, ümumilikdə 1167.51 manat borcun və ödənilmiş 31.68 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada 007R********** kredit razılaşması üzrə 1026.53 manat kredit borcu, 105.65 manat faiz borcu və 35.33 manat cərimə borcu olmaqla, ümumilikdə 1167.51 manat borcun və ödənilmiş 31.68 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 007L**********47 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən, cavabdehə 120 ay müddətinə 100 000 manat məbləğində kredit xətti açılmışdır. Həmin uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli 007R********** saylı kredit razılaşması imzalanmış və həmin razılaşmaya əsasən cavabdehə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla 4000 manat kredit verilmişdir. Uzunmüddətli kredit müqaviləsinin 1.6-cı bəndinə əsasən kredit alan kredit razılaşmasında müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. Uzunmüddətli kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin son müddəti xx.xx.2030-cu il tarixi müəyyən edilmişdir. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş planından görünür ki, Cavabdeh2 cədvələ uyğun olaraq xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək müvafiq olaraq 215.00 manat, sonuncu ay isə 216.50 manat məbləğlərdə ödəniş etməyi öhdəsinə götürmüşdür. Bundan sonra tərəflər arasında xx.xx.2022-ci il tarixdə 007R**********S nömrəli Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Saziş imzalanmışdır. Həmin Sazişin 1-ci bəndinə əsasən, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda cərimə borcunu bu sazişə əlavə olunan xx.xx.2022-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. Yəni, kredit alan xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək müxtəlif məbləğlərdə ödəniş etməyi öhdəsinə götürmüş, zaminlər bu ödəniş planını imzalayaq şərtləri ilə razılaşmışdırlar. İş materiallarında olan ödəniş sənədindən görünür ki, Cavabdeh2 **********919697 hesabına 4000 manat məbləğində pul köçürülmüşdür. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Cavabdeh kredit məbləğindən cəmi 2973.47 manat ödəniş etmiş və onun ödənilməmiş 1026.53 manat borcu qalmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə 1026.53 manat əsas borcu, 105.65 manat faiz borcu və 179 gün gecikdirmə üçün hesablanmış 35.33 manat cərimə borcu olmaqla ümumilikdə 1167.51 manat borcu vardır. xx.xx.2020-ci il tarixli 007S**********03 nömrəli (zamin Cavabdeh3) və xx.xx.2021-ci il tarixli 007S**********01 nömrəli (zamin Cavabdeh1) zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli 007L**********47 saylı uzunmüddətli kredit müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma, “Bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və boclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Həmin zaminlik müqavilələr 4.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 təqdim olunmuşdur. Digər Cavabdeh1 ünvanı üzrə göndərilmiş, lakin “bu ünvanda yaşamır” qeydi ilə məhkəmə bildirişi və sənədləri məhkəməyə geri qaytarılmış, daha sonra xx.xx.2024-cü il tarixində cavabdehə və ya ailə üzvlərinə çatdırılması üçün Ağdaş Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Məhkəmə bildirişi və sənədləri cavabdehlərə çatdırılmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit müqaviləsi, kredit razılaşması, ödəniş planı, maliyyə arayışı, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 007L**********47 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən, cavabdehə 120 ay müddətinə 100 000 manat məbləğində kredit xətti açılmışdır. Həmin uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli 007R********** saylı kredit razılaşması imzalanmış və həmin razılaşmaya əsasən cavabdehə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla 4000 manat kredit verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən 1026.53 manat məbləğində kredit borcu və 105.65 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlər iddia tələbi ilə bağlı hər hansı bir etiraz bildirməmiş, borc məbləğlərini mübahisələndirməmiş, bu səbəbdən məhkəmə borc məbləği ilə bağlı hər hansı bir əsaslı arqument olmadığından əlavə araşdırma, yəni ekspertiza təyin etmə, sorğu vermə və.s və digər prosessual hərəkətlər aparmamışdır. Məhkəmə iddia tələbinin “35.33 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, tərəflərin əmlak mənafeləri və digər hallar nəzərə alınmaqla iddiaçı 35.33 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 1026.53 manat əsas, 105.65 manat faiz və 35.33 manat cərimə borcu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş 31.68 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 007R********** kredit razılaşması üzrə 1026.53 manat əsas, 105.65 manat faiz borcu, 35.33 cərimə borcu və 31.68 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar