Məhkəmə qərarları › İş №e-2-2(117)-1390/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1390/2025

03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1390/2025 03.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızı, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 1605-KQ nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 34376.87 manat, faiz borcu üzrə 4784.74 manat, cərimə borcu üzrə isə 676.51 manat olmaqla, cəmi 39838.12 manat kredit borcunun həmçinin, iddia ərizəsi üçün ödənilmiş 209.52 manat dövlət rüsumu və 0.80 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Hazırki iş üzrə iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu xx.xx.2021ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 209,51 manat təşkil edir. İddiaçı tərəfindən qeyd edilən dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən rüsumun 202,92 manat hissəsini ödənilməsini təsdiq edən sübut qismində xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbz Elektron Məhkəmə İnformasiyaları sisteminə əlavə edilmişdir. Həmin qəbzin məhkəmə tərəfindən araşdırılması zaman müəyyən edilmişdir ki, qeyd olunan qəbz üzrə ödənilən dövlət rüsumu məhkəmənin xx.xx.2025-ci il tarixli e-2-2(117)-1309/2025 nömrəli qərardadı ilə dövlət büdcəsindən iddiaçıya qaytarılmışdır. Nəticədə iddiaçı ona qaytarılmış dövlət rüsumu qəbzindən təkrar istifadə etməklə məhkəməyə müraciət etdiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunan sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən 209,51 manat dövlət rüsumunun qalan hissəsinin ödənilməsini təsdiq edən sübutda məhkəməyə təqdim edilməmişdir. Belə ki, qeyd olunan rüsuma münasibətdə iddiaçı tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixli ********** nömrəli 20,95 manat ödənişi təsdiq edən qəbz təqdim edilmişdir. Həmin qəbzin məhkəmə tərəfindən araşdırılması zaman məlum olmuşdur ki, həmin qəbz məhkəmənin e- 16(117)-53/2025 nömrəli hazırki işlə əlaqədar olan müvvəqqəti təminat tədbiri barədə ərizəsi verilən zamana iddiaçı tərəfindən ödənilən dövlət rüsmunu əks etdirən qəbzdir. Qeyd olunan e-16(117)-53/2025 nömrəli müvvəqqəti təminat tədbiri barədə ərizəyə məhkəmə tərəfindən mahiyyəti üzrə baxılmış və nəticədə qəbz üzrə ödənilən rüsum istifadə edilmişdir. Göründüyü kimi iddiaçı istifadə edilən qəbzi yenidən məhkəməyə təqdim etmişdir. Bu səbəbdən nəhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi təmin edilməmiş və iddia ərizəsi və ona əlavə olunan sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə riayət etməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar