Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1394/2025 07.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “ünvan 1 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış obyektindən cavabdehlər tərəfindən qanunsuz olaraq çıxarılmış P**********0 zavod nömrəli elektrik sayğacının obyektinə quraşdırılaraq adına qeydiyyata alınmasının bərpa edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “ünvan 1 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış obyektindən cavabdehlər tərəfindən qanunsuz olaraq çıxarılmış P**********0 zavod nömrəli elektrik sayğacının obyektinə quraşdırılaraq adına qeydiyyata alınmasının bərpa edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırkı iş üzrə iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 100 manat olmalıdır. Elektron iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” hissəsindən də göründüyü kimi iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə dövlət büdcəsinə 90 manat məbləğində ödəniş edilmişdir. Bundan başqa elektron iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” hissəsində “Rüsumun adı: Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: Fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə” bəndi seçilmişdir ki, hazırkı iş üzrə rüsumun növü “Qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə” bəndi olmalı idi. Belə ki, məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə olaraq məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə iki cavabdeh cəlb edilsə də, iddia tələbində cavabdehlərin hər birindən ayrılıqda nə tələb edildiyi tam aydın ifadə edilməmişdir. İddiaçının tələbi hazırkı iddia tələbini əhatə etdiyi halda Cavabdeh1 işə cavabdeh qismində deyil, üçüncü şəxs qismində əlavə edilməsi mümkündür. İddiaçı, Cavabdeh1 qarşı tələb irəli sürdüyü halda, ona qarşı yönələn tələbi tam və aydın şəkildə ərizədə göstərməlidir. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü bəndinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasına münasibətdə bildirir ki, MPM-in 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “ünvan 1 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış obyektindən cavabdehlər tərəfindən qanunsuz olaraq çıxarılmış P**********0 zavod nömrəli elektrik sayğacının obyektinə quraşdırılaraq adına qeydiyyata alınmasının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 90 manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1394/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1394/2025
07.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver