Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1396/2024 28.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “17 may 2019-cu il tarixli ***- *******MK170519-01 nömrəli kredit müqaviləsi üzrə banka 1411.36 (bir min dörd yüz on bir manat 36 qəpik) manat əsas borcun, 913.78 (doqquz yüz on üç manat 78 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun, 4.05 (dörd manat 05 qəpik) manat cərimə və 243.20 (iki yüz qırx üç manat 20 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 45.72 (qırx beş manat 72 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixdə 005- 730276MK170519-01 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehin sifarişi əsasında bank 4000 manat olan borc pulu illik 27 faiz dərəcəsi ilə 18 ay müddətinə cavabdehə verməyi, sonuncu isə verilmiş krediti və faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas məbləğə kreditin cari faizi və əlavə olaraq illik 46 % cərimə hesablanacaq. Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ümumilikdə 4910,51 manat əsas borc və ona hesablanmış 4000 manat faiz borclarının hər ay üçün müəyyən edilmiş məbləğdə ödənilməsini öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq bağlanmış xx.xx.2019cu il tarixli ***-*******MK170519-01/ZM/1 nömrəli və ***-*******MK170519-01/ZM/2 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər (Cavabdeh1 və Cavabdeh2) borcalanla birlikdə sonuncunun öhdəlikləri üçün bank qarşısında məsuliyyəti öz üzərlərinə götürmüşlər. Təqdim edilmiş kassa məxaric orderindən görünür ki, iddaçı tərəfindən Cavabdeh3 3940 manat kredit verilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, Cavabdeh3 müqavilə üzrə götürdüyü kredit borcunu lazımınca ödəmədiyindən ödənilməmiş 1411.36 manat məbləğində əsas borc, 913,78 manat faiz borcu və 4,05 manat məbləğində cərimə borcu qalmışdır. İddiaçı eyni zamanda maliyyə arayışına əsasən kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunu da tələb edir ki, bunu iddia ərizəsində Mülki Məcəllənin 445.7-ci maddəsi ilə əsaslandırır. Borc ödənilmədiyindən iddiaçı hazırki tələblə müraciət edərək bildirmişdir ki, Cavabdeh3 kredit verilərkən bank ilə Cavabdeh1 və Cavabdeh2 arasında 17 may 2019-cu il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh3kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh3 17 may 2019-cu il tarixli ***-*******MK170519- 01 nömrəli kredit müqaviləsi üzrə 3 aprel 2024-cü il tarixə banka ödənilməmiş cəmi 2572.39 (iki min beş yüz yetmiş iki manat 39 qəpik) manat məbləğində borcu vardır. Bundan 1411.36 (bir min dörd yüz on bir manat 36 qəpik) manat əsas, 913.78 (doqquz yüz on üç manat 78 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 4.05 (dörd manat 05 qəpik) manat cərimə və 243.20 (iki yüz qırx üç manat 20 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehlərə bir neçə dəfə şifahi müraciət edilməsinə və 06 aprel 2024-cü il tarixli **********195 nömrəli bildirişlə isə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş Cavabdeh2 xx.xx.2024-cü il tarixdə çatdırılmış, digər cavabdehlərə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq həmin sənədlər geri qaytarılmış, xx.xx.2024-cü il tarixdə Cavabdeh3 məhkəmə sənədləri çatdırılması üçün Balakən rayon İcra Hakimiyyəti İtitala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərilmiş və xx.xx.2024-cü il tarixdə sonuncuya çatdırılmış, sonuncunun məktubuna əsasən cavabdeh Rəhimov X1 yaşamadığından həmin sənədlərin təqdim edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Cavabdeh1 isə xx.xx.2024-cü il tarixdə məhkəmə sənədləri çatdırılması üçün Bakı şəhər Nəsimi rayon İcra hakimiyyətinə təqdim edilmiş, sonuncu tərəfindən qeyd edilən sənədlər Cavabdeh1 çatdırılması üçün Nəsimi rayon Mənzil Kommunal-Təsərrüfatı Birliyinə göndərilmişdir. Buna baxmayaraq cavabdehlər hazırki iddia tələbinə etirazını müəyyən olunmuş 10 iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə MPM-in 147 və 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsiı, hesabdan çıxarış, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 005-730276MK170519-01 nömrəli müqaviləyə əsasən cavabdehin sifarişi əsasında bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan göründüyü kimi 40 manat xidmət haqqı və nağd pula görə 20 manat xidmət haqqı olmaqla ümumilikdə 60 manat çıxıldıqdan sonra 3940 manat borc pulu illik 27 faiz dərəcəsi ilə 18 ay müddətinə cavabdehə vermiş, sonuncu isə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 1411.36 manat əsas borc, 913,78 manat faiz borcu və 4,05 manat cərimə borcu qalmışdır ki, bu borclar maliyyə arayışı və hesabdan çıxarışla təsdiq edilir. Bu səbəbdən qeyd edilən borc məbləği əsas borclu Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa kredit müqaviləsi bitdikdən sonra hesablanmış 243,20 manat faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Tərəflər arasında müqavilə xx.xx.2019-cu il tarixdə 18 ay müddətinə bağlanmışdır ki, müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Həmin tarixdən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixə 47 ay üçün illik 5%-lə ödənilməli faiz məbləği 276,36 manat təşkil edir. Məhkəmə tərəfindən adi hesablama aparıldıqda müəyyən olunur ki, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış faiz məbləği (1411,36 * 5% = 70,568 manat – 1 il üçün, 70,568 / 12 ay = 5,88 manat 1 aylıq faiz, 5,88 x 47 ay = 276,36 manat) 276,36 manat təşkil edir. İddiaçı isə 243.20 manat tələb edir ki, məhkəmə tələbdən kənara çıxmağa haqlı olmadığından iddiaçının tələbi üzrə tələb olunan 243.20 manat məbləğ Cavabdeh3 tutulmalıdır. Məhkəmə borcun zaminlərdən də tutulmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrinin 6.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti öhdəlikyin tam yerinə yetirilməsinədək qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir...... Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verildiyindən kredit borcunun zamindən tutularaq ödənilməsi əsassızdır. Belə ki, iddia tələbi zaminliyin verilmə müddətinin bitməsindən sonra zaminə qarşı yönəlmişdir və zaminliyə qanunun tələbinə əsasən verilmə müddətinin keçməsi ilə əlaqədar xitam verildiyindən zamindən pul tutula bilməz. Eyni zamanda zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırki iş üzrə öhdəliyin icrası müddəti xx.xx.2020-ci il tarixdə qurtarmış və Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından belə zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət xx.xx.2021-ci il tarixdə bitmişdir. Göründüyü kimi zaminlərdən pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi əsas borca münasibətdə təmin edildiyindən iddiaçının ödədiyi 45.72 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh3 1411.36 manat əsas borc, 913,78 manat faiz borcu və 4,05 manat cərimə borcu, 243.20 manat illik 5 %-lə hesablanmış faiz borcu və 45.72 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov