Məhkəmə qərarları › İş №e-2-2(117)-1398/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1398/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1398/2024 03.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 015R********** nömrəli krеdit razılaşması üzrə 31531.76 manat məbləğində krеdit bоrcu, 8355.03 manat məbləğində faiz bоrcu və 2685.06 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 42471.85 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 217.42 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 75.4 kv.m ümumi sahədən ibarət bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və ümumilikdə cəmi 42471.85 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 217.42 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına xxxx QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 015R********** nömrəli krеdit razılaşması üzrə 31531.76 manat məbləğində krеdit bоrcu, 8355.03 manat məbləğində faiz bоrcu və 2685.06 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 42471.85 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 217.42 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 75.4 kv.m ümumi sahədən ibarət bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və ümumilikdə cəmi 42471.85 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 217.42 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına xxxx QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Şəki Kommersiya Məhkəməsinin icraatında olan 2-2(117)-1398/2024 saylı mülki iş üzrə cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmiş və onun banka borcu qalmamışdır. Odur ki, həmin mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin İddiaçı QSC-nə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırki iş üzrə iddiaçı iddia ərizəsinin baxılmadan qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən və cavabdeh məhkəmə iclasında iştirak etməməsini onun işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qəbul edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan başqa ödənilmiş dövlət rüsumuna münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə X1 və ya Asanpay vasitəsilə 217.42 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu qismən və ya tamailə geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları” nın 3.1-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin yazılı müraciətinə əsasən 20 gün müddətində qaytarılır. 3.2-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün müəyyən edilmiş 20 günlük müddət dövlət rüsumunu tutan orqana bu barədə ərizə verildiyi gündən vəsaitin müvafiq dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir. 4.1-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i göstərilməlidir. 4.2-ci bəndinə əsasən, dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 7 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Məhkəmə tərəfindən ödənilmiş dövlət rüsumu ilə bağlı iddiaçının diqqətinə çatdırılır ki, qərardad rəsmi qaydada təqdim edildikdən sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən ödənilmiş Dövlət rüsumunun büdcədən qaytarılması üçün ərizə ilə Dövlət rüsumunun ödənildiyi xəzinədarlıq orqanına müraciət edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 015R********** nömrəli krеdit razılaşması üzrə 31531.76 manat məbləğində krеdit bоrcu, 8355.03 manat məbləğində faiz bоrcu və 2685.06 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 42471.85 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 217.42 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 75.4 kv.m ümumi sahədən ibarət bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və ümumilikdə cəmi 42471.85 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 217.42 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına xxxx QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə X1 və ya Asanpay vasitəsilə ödənilmiş 217.42 manat dövlət rüsumu iddiaçıya dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar