Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1399/2024 21.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Əliyeva Mələk Rafail qızının katibliyi, Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada 035R********** saylı kredit razılaşması üzrə 4981.46 manat məbləğində kredit borcu, 1112,99 manat məbləğində faiz borcu və 569,89 manat cərimə borcu, 035R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 13483.19 manat məbləğində kredit borcu, 4285,63 manat məbləğində faiz borcu, 1584,66 manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 26017,82 manat məbləğində borcun və ödənilmiş 160.77 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada 035R********** saylı kredit razılaşması üzrə 4981.46 manat məbləğində kredit borcu, 887.78 manat məbləğində faiz borcu və 323.8 manat cərimə borcu, 035R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 13483.19 manat məbləğində kredit borcu, 2995.55 manat məbləğində faiz borcu, 918.59 manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 23590.37 manat məbləğində borcun və ödənilmiş 160.77 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və “cavabdehlərdən müştərək qaydada 035R********** saylı kredit razılaşması üzrə 4981.46 manat məbləğində kredit borcu, 1112.99 manat məbləğində faiz borcu və 569.89 manat cərimə borcu, 035R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 13483.19 manat məbləğində kredit borcu, 4285.63 manat məbləğində faiz borcu, 1584.66 manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 26017.82 manat məbləğində borcun və ödənilmiş 160.77 manat dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı bu tələbini belə əsaslandırmışdır ki, cavabdehin kredit borcu üzrə müqavilə müddəti davam etdiyinə görə xx.xx.2024-cü il tarixə maliyyə arayışında da qeyd olunduğu kimi borcun faiz və cərimə hissəsində olan məbləğə münasibətdə artırılmalıdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 035L**********46 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 100 000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsinin 1.6-cı bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faiz, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli 035R********** nömrəli kredit razılaşmasına əsasən bank məbləği 7500 manat olan krediti aylıq faiz dərəcəsi 1.9167% olmaqla 36 ay müddətinə kredit alana vermişdir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.1%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. Eyni zamanda xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 035L**********17 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, yuxarı faiz dərəcəsi 28 faiz olmaqla 500 000 manat məbləğində kredit xətti açılmışdır. 4.4 Kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.9 Bank kredit alan krediti və faizi banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Eyni zamanda uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən zaminlər (Cavabdeh1, Cavabdeh3) kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 035R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik faiz dərəcəsi 23.5% оlmaqla 14 000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh2 035R********** nömrəli razılaşma üzrə 4981.46 manat əsas, 887.78 manat faiz, 325 gün gecikdirmə üçün hesablanmış 323.8 manat cərimə borcu, 035R********** nömrəli razılaşma üzrə isə 13483.19 manat əsas, 2995.55 manat faiz, 367 gün gecikdirmə üçün hesablanmış 918.59 manat cərimə borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarının məzmunundan göründüyü kimi iddiaçı tərəf cavabdehlərə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixinədək qeyd edilən öhdəliklərini yerinə yetirmədikləri təqdirdə kredit müqaviləsi vaxtından əvvəl ləğv ediləcək və cavabdehlərin banka borclu olduğu 035R********** saylı kredit razılaşması üzrə 4981.46 manat əsas borc, 887.78 manat faiz borcu və 323.8 manat cərimə borcu, 035R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 13483.19 manat əsas borc, 2995.55 manat faiz borcu, 918.59 manat cərimə borcunun məcburi alınması üçün məhkəməyə müraciət ediləcək. Cavabdeh 035R********** nömrəli razılaşma üzrə kredit borcundan cəmi 2518.54 manat ödəniş etmiş və onun ödənilməmiş 4981.46 manat borcu, 035R********** nömrəli razılaşma üzrə isə kredit borcundan 516.81 manat ödəniş etmiş, onun ödənilməmiş 13483.19 manat borcu qalmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı tərəfindən təqdim edilən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə razı deyil. Borcu ödəmək üçün imkanı olmadığını bildirmişdir. Cavabdehlər məhkəmədən köməklik göstərilməsini xahiş etdi. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 məhkəmədən köməklik göstərilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit müqaviləsi, kredit razılaşması, uzunmüddətli kredit və təminat müqaviləsi, kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma, xəbərdarlıq məktubları, arayış, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iddiaçının xx.xx.2024-cü il tarixli iddia tələbinin həcminin artırılmasına dair ərizəsinə münasibətdə qeyd edir ki, bu ərizə əsaslı deyil və iddia tələbinə bu hissədə baxılmamalıdır. Belə ki, iddiaçı tərəf cavabdehin kredit borcu üzrə müqavilə müddəti davam etdiyinə görə xx.xx.2024-cü il tarixə maliyyə arayışında da qeyd olunduğu kimi borcun faiz və cərimə hissəsində olan məbləğə münasibətdə iddia tələbinin həcminin artırılmalı olduğunu qeyd etmişdir. Lakin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarının məzmunundan göründüyü kimi iddiaçı tərəf cavabdehlərə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixinədək qeyd edilən öhdəliklərini yerinə yetirmədikləri təqdirdə kredit müqaviləsi vaxtından əvvəl ləğv ediləcək və cavabdehlərin banka borclu olduğu 035R********** saylı kredit razılaşması üzrə 4981.46 manat əsas borc, 887.78 manat faiz borcu və 323.8 manat cərimə borcu, 035R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 13483.19 manat əsas borc, 2995.55 manat faiz borcu, 918.59 manat cərimə borcunun məcburi alınması üçün məhkəməyə müraciət ediləcək. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun qərarında daha sonra qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Yəni, hazırki iş üzrə iddiaçı ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi xx.xx.2024-cü il tarixdə kredit razılaşmaları öhdəliyin icra edilməməsi səbəbindən birtərəfli qaydada ləğv edilmiş və yekun borc 035R********** saylı kredit razılaşması üzrə 4981.46 manat məbləğində kredit borcu, 887.78 manat məbləğində faiz borcu və 323.8 manat cərimə borcu, 035R********** saylı kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə 13483.19 manat məbləğində kredit borcu, 2995.55 manat məbləğində faiz borcu, 918.59 manat cərimə borcu olmuşdur ki, iddia tələbinə bu hissədə baxılmalıdır. Tələbin “035R********** saylı kredit razılaşması üzrə 4981.46 manat əsas borcun, 887.78 manat faiz borcu, 035R********** saylı kredit razılaşması üzrə isə 13483.19 manat əsas borcun və 2995.55 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında uzunmüddətli kredit müqaviləsi əsasında 035R********** nömrəli kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Q.Alqayevə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 7500 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 035R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Q.Alqayevə 36 ay müddətinə, illik faiz dərəcəsi 23.5% оlmaqla 14 000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 035R********** saylı kredit razılaşması üzrə 4981.46 manat kredit borcu, 887.78 manat faiz borcu, 035R********** saylı kredit razılaşması üzrə 13483.19 manat kredit borcu, 2995.55 manat faiz borcu qalmışdır. Bu hal xx.xx.2024-cü il tarixli maliyyə arayışları və hesabdan çıxarışlarla təsdiq olunur. Məhkəmə tələbin 035R********** saylı kredit razılaşması üzrə 323.8 manat cərimə borcunun, 035R********** saylı kredit razılaşması üzrə isə 918.59 manat cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin müvafiq olaraq 035R********** saylı kredit razılaşması üzrə 100 manat və 035R********** saylı kredit razılaşması üzrə 200 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə iddia tələbinin “035R********** saylı kredit razılaşması və 035R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması” hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissə də qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, uzunmüddətli kredit və təminat müqaviləsi bankla borclu – Cavabdeh2 və zamin qismində Cavabdeh1, Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2032-ci il tarixinədək uzunmüddətli kredit müqaviləsi formasında borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Həmin uzunmüddətli kredit və təminat müqaviləsi əsasında xx.xx.2024-cü il tarixli, 035R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır ki, iddiaçı tələbin bu hissəsinə münasibətdə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Bundan əlavə olaraq iddia tələbi “035R********** saylı kredit razılaşması üzrə yaranmış borcun cavabdehlərdən müştərək qaydada tutulması” hissəsində əsaslı deyil və təmin edilməməlidir. Belə ki, həmin kredit razılaşması xx.xx.2020-ci il tarixli 035L**********46 saylı uzunmüddətli kredit müqaviləsi əsasında bağlanmışdır ki, bu müqavilələrdə zaminin kredit alanın bu müqavilələrdən irəli gələn öhdəliklərini tamamilə və ya qismən icra etməsi halları öz əksini tapmamışdır. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, Cavabdeh2 035R********** nömrəli kredit razılaşması üzrə 4981.46 manat kredit borcu, 887.78 manat faiz borcu, 100 manat məbləğində cərimə borcu, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 035R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 13483.19 manat kredit borcu, 2995.55 manat faiz borcu, 200 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsas və faiz borca münasibətdə təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 160.77 manat dövlət rüsumu Cavabdeh2 tutulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 035R********** saylı kredit razılaşması üzrə 4981.46 manat məbləğində kredit borcu, 887.78 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5969.24 manat tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 035R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 13483.19 manat məbləğində kredit borcu, 2995.55 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 16678.74 manat tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh2 160.77 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov