Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1402/2025 10.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “117.500 (bir yüz on yeddi min, beş yüz) manat pulun və ödədiyi 407,50 manat rüsumun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “117.500 (bir yüz on yeddi min, beş yüz) manat pulun və ödədiyi 407,50 manat rüsumun ödənilməsi” tələbinə dair iddia ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2022-ci ilin oktyabr ayında ondan hissə-hissə ümumilikdə 200.000 manat pul borc almış, razılaşmaya əsasən həmin qazancından ona əlavə pul verməli idi, lakin razılaşmaları baş tutmamışdır. Cavabdeh müxtəlif vaxtlarda hissə-hissə ona 82.500 manat borcunu qaytarsa da 117.500 manat pul borcu qalmışdır. Bununla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma getmişdir. Qarşı tərəfin ona olan borcunu qaytarması üçün kifayət qədər imkanı vardır. Dəfələrlə şifahi xəbərdarlıq etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu sona çatdırmaqdan yayınmışdır. Hətta pulları alarkən qaytarmayacağını bildiyindən evini arvadının adına keçirmiş və formal olaraq arvadından boşanmışdır. İddiaçı tələbinin təmin edilməsini xahiş etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21-ci, 445-ci maddələri göstərilmişdir.
4. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi vəsatət və etirazında iddiaçı ilə aralarında birgə şərikli sahibkarlıq fəaliyyəti qurmaq, əldə olunan gəliri bərabər bölmək, eyni zamanda düşəcəkləri ziyana da şərik olmalarını razılaşmışlar. İddiaçı bunlara baxmayaraq əsassız olaraq ondan borcu tələb edir. Eyni zamanda, aralarında olan müqavilə üzrə tələblə bağlı iddia müddəti ötdüyündən iddianın rədd edilməsini xahiş etmişdir.
İİ. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən son dövrlər ödənişlər edilmiş, lakin iddia tələbinin həcmi azaldılmamışdır. Cavabdehin borc üzrə ödənişini özündə əks etdirən cədvəl düzdür, həmin vəsait iddiaçıya ödənilmişdir.
6. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçıdan hissə-hissə olmaqla 2022-ci ilin oktyabr ayından başlayaraq qısa fasilələrlə 50000 manat, 70000 manat və 80000 manat olmaqla 200000 manat vəsait almışdır. Qeyd edilən pulu almaqda məqsədi sahibkarlıq fəaliyyəti göstərib, qazanc əldə edib və qazancı bölmək, həm də ziyana şərik olmaq olmuşdur. Bundan sonra onun tərəfindən "xxxx" MMC adında şirkət almış, 25000 manat xərcləmiş, “Gəncə-Qazax avtomobil yolunun” Qazax rayonu hissəsində Marqo şirkəti ilə suppodrat müqaviləsi bağlamış, xeyli xidmət müqavilələri bağlamış, onun göstərdiyi xidmətlərin haqqı ödənilməmiş və bu səbəbdən də onun borclu olduğu şəxslərin borcunu qaytara bilməmişdir. Həmin puldan 84150 manat məbləğində vəsaiti qaytarmışdır. Onun 115850 manat həmin puldan borcu qalmışdır.
İİİ. Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. - 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. - 353. Tərəflər əqdin etibarsızlığını bildikdən sonra etibarlı olmasını arzuladıqda, əgər etibarsız əqd başqa əqd üçün nəzərdə tutulan tələblərə uyğun gəlirsə, başqa əqdin qaydaları tətbiq edilir. - 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
- 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Sübutların tədqiqi:
18. Mingəçevir Şəhər Polis X1 polis kapitanı X3 tərəfindən xx.xx.2025-ci il tarixli HK- 1/37 nömrəli müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı tanıyır, o, 2022-ci ilin oktyabr ayında birlikdə gəlir əldə etmək məqsədi ilə şərik qismində Qazax rayonu 2-ci Şıxlı kəndində yol çəkirmişlər. Həmin vaxtı İddiaçı ona həmin yolun çəkilişi üçün maya olaraq, hissə-hissə ümumilikdə 200.000 manat pul vermişdir. Lakin, o həmin vaxtı İddiaçı ona maya olaraq, vermiş olduğu ümumilikdə 200.000 manat pulu yola xərclədiyi üçün o heç bir gəlir əldə edə bilməmişdir. Bu səbəbə görə də o ziyan etdiyi üçün onun İddiaçı 200.000 manat pul borcu yaranmışdır. Həmin vaxtdan bu günə kimi o hissə-hissə İddiaçı 82.500 manat pul vermişdir. Hazırda isə onun İddiaçı 117.500 manat pul borcu qalmışdır.
19. Eyni zamanda, aparılmış təhqiqat zamanı İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh tanıyır, o 2022-ci ilin oktyabr ayında birlikdə gəlir əldə etmək məqsədi ilə şərik qismində Qazax rayonu 2-ci Şıxli kəndində yol çəkirmişlər. Həmin vaxtı o, Cavabdeh həmin yolun çəkilişi üçün maya olaraq, hissə-hissə ümumilikdə 200.000 manat vermişdir. Lakin, Cavabdeh həmin vaxtı onun Cavabdeh maya olaraq vermiş olduğu ümumilikda 200.000 manat pulu yola xərclədiyi üçün onlar heç bir gəlir əldə edə bilməmişlər. Bu səbəbə görədə Aril Vəliyevin ona 200.000 manat pul borcu yaranmışdır. Həmin vaxtdan bu günə kimi Cavabdeh hissə-hissə ona 82.500 manat pul versə də, hazırda Cavabdeh ona 117.500 manat pul borcu qalmışdır.
20. Cavabdeh tərəfindən təqdim edilən cavabdehin rəhbəri olduğu "xxxx" MMC və digər şəxslər arasında bağlanmış çoxsaylı xidmət müqavilələri və maliyyə sənədlərinin hazırkı tərəflər arasında yaranmış mübahisəyə aidiyyəti olmadığından məhkəmə tərəfindən həmin sənədlər sadalanmamışdır.
Vİ. Məhkəmənin mövqeyi:
21. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin qanuni, obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
22. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
23. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
24. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə 2022-ci ilin oktyabr ayından başlayaraq qısa fasilələrlə hissəhissə olmaqla cəmi 200 000 manat pul verilmiş, cavabdeh həmin puldan xx.xx.2025-ci il tarixdə sonuncu dəfə 250 manat ödəməklə cəmi 84150 manat məbləğində vəsait qaytarmışdır. Tərəflər qeyd edilən halları mübahisələndirməmiş və təsdiq etmişdir.
25. İşin mübahisələndirilən halı-cavabdeh bildirir ki, tərəflər arasında şərikli biznes fəaliyyəti üçün 200 000 manat məbləğində vəsaiti iddiaçıdan qəbul etmiş, işləri alınmadığından gəlir əldə edə bilməmiş, ziyana düşmüşdür. Cavabdehin polis orqanlarında verdiyi izahatında şərikli biznes fəaliyyəti üçün 200 000 manat məbləğində vəsaiti cavabdehə verdiyini bildirmişdir. Məhkəmə iclaslarında iddiaçı tərəf qeyd edilən şərikli sahibkarlıq fəaliyyəti ilə bağlı cavabdehə hər hansı bir məbləği verdiyini inkar etmişdir.
26. Məhkəmə mülki qanunvericiliyin normalarını nəzərdən keçirib hesab edir ki, tərəflər şərikli biznes, maya qoyuluşu, gəlirin bölüşdürülməsi faktları tərəflər arasında şifahi formada olsa da, bağlanmış müqaviləyə əsaslanmalı, həmçinin cavabdeh tərəfindən qeyd edilən faktlar gəlir və ziyana şərik olma məsələsi razılaşdırılmalı idi. Hazırkı mübahisədə razılaşmanın mövcudluğu müəyyən edilmir. Belə ki, mübahisə doğuran məsələ ondan ibarətdir ki, tərəflər şərikli biznes üçün razılaşmışlarmı, gəliri və ziyanı bərabər formada qarşılayacaqları ilə bağlı iradə ifadəsi mövcuddurmu.
15. Məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi şərikli payın qoyulması, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və nəticədə gəlirin və ya xərcin bölüşdürülməsi əsasən təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarının yaradılması zamanı mümkündür. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Qanunvericilikdə qeyd edilən hüquqi sənədlərin tərtib edilməsi və ya hüquqi şəxslərin yaradılması ilə bağlı hər hansı bir fakt müəyyən edilməmişdir.
16. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
27. Cavabdeh bildirir ki, iddiaçıdan aldığı məbləğdən müvafiq hüquqi şəxsi almış və müvafiq subpodrat və xidmət müqavilləri bağlamaqla sahibkarlıq fəaliyyəti göstərmiş, lakin iddiaçı qeyd edilən münasibətlərdə rəsmi olaraq iştirak etməmişdir.
28. Məhkəmə tərəfindən tərəflər arasında şərikli biznes fəaliyyəti, gəlir və xərcin bölüşdürmə həcmi, qayda və müddəti və digər hallarla bağlı hər hansı bir razılaşma müəyyən edilmədiyindən mübahisəyə şərikli biznes fəaliyyəti nəticəsində yaranmış mübahisə olaraq qiymətləndirilməsi mümkün deyildir.
29. Məhkəmə müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisə borc müqaviləsindən yaranmış, 200 000 manat məbləğində pulu iddiaçı cavabdehə borc vermiş, borcdan 84150 manat məbləğində vəsait qaytarılmış, 115 850 manat məbləğində borc qalmışdır. İddiaçı tələbində 82 500 manat məbləğin qaytarıldığını bildirsə də, iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili borcdan ümumilikdə 84 150 manat məbləğində vəsaitin qaytarılmasını mübahisələndirməmişdir.
30. Cavabdeh iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında borc müqaviləsi 2022-ci ilin oktyabr ayında bağlanmış, iddiaçı cavabdehə hissə-hissə 200 000 manat borc vermişdir.Cavabdeh 2023, 2024 və 2025-ci ildə borcdan hissə-hissə qaytarmaqla iddia müddətinin axımını kəsmiş və iddia müddəti ötürülməmişdir. Bu səbəbdən cavabdehin bu tələbi qanunsuz və əsassızdır.
31. Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, 200000 manat borc məbləğindən 84150 manat qaytarılan məbləğ çıxılaraq cavabdehdən iddiaçının xeyrinə 115850 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
Vİİ. Məhkəmə məsrəfləri:
32. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ümumilikdə ödənilmiş 407,50 manat dövlət rüsumunun 5,72 manatı iddiaçıya aid edilməli, 401,78 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Vİİİ Nəticə:
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 115 850 manat borc və 401.78 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov