Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1413/2022 10.11.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “qaytarılmayan 28 ədəd dondurucuların ümumi dəyərinin 2 mislinin, yəni 31800 manat məbləğində pul vəsaitinin və 206 manat ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 aprel 2021-ci il tarixli **********/21 nömrəli distribütor müqaviləsinə əsasən istehsalçı İddiaçı MMC özü istehsal etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən dondurma məhsullarını Qəbələ bölgəsində satışının təşkil edilməsini distribütor Cavabdeh tapşırır, distribütor isə öz növbəsində həmin məhsulları qəbul edir, istehsalçının müəyyən etdiyi qiymətə satır və həmin məhsulların dəyərini bu müqavilənin şərtlərinə əsasən ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.5-ci bəndinə əsasən istehsalçı məhsulların satışının təşkili məqsədi ilə distribütora əlavə müqavilələr bağlamaqla (Soyuducu avadanlıqlarının əvəzsiz istifadəyə verilmə müqaviləsi) soyuducu (dondurucu) avadanlıqlar verir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 aprel 2021-ci il tarixli **********/21 nömrəli “Dondurucu avadanlıqların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən istifadəçi Cavabdeh 32 ədəd dondurucu avadanlıq – hər birinin dəyəri 550 manat olan 3 ədəd UDD-300, hər birinin dəyəri 550 manat olan 16 ədəd UDD-400, hər birinin dəyəri 550 manat olan 3 ədəd UDD-500, hər birinin dəyəri 600 manat olan 9 ədəd UDD-500 və dəyəri 650 manat olan 1 ədəd UDD-600 markalı əvəzsiz istifadəyə verilmişdir. Sözügedən avadanlıqların verilməsi xx.xx.2021-ci il tarixli VHD-225 nömrəli tərəflərin imzaları ilə təsdiq olunmuş soyuducu təhvil-təslim aktı ilə öz təsdiqini tapır. Müqavilənin 1.3-cü bəndinə əsasən istifadəçi istifadəyə verəndən əmlakı qəbul edir və istifadəyə verənə məxsus məhsulların dondurulmasını təmin etməyi üzərinə götürür və hazırki müqavilənin dayandırılmasından və ya xitamından sonra və ya mövsümün sonuna qədər (2021-ci il mövsümün sonu dedikdə 01 oktyabr 2021-ci il tarixi nəzərdə tutulur) istifadəyə verənə əmlakı təbii köhnəlmə nəzərə alınmaqla aldığı vəziyyətdə qaytarmağı üzərinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə müvafiq olaraq istifadəyə verənə qaytarılan əmlak istifadəçi tərəfindən təhvil alınmış vəziyyətdə, təbii köhnəlmə nəzərə alınmaqla qaytarılmalıdır. İstifadəçi tərəfindən əmlaka zərər dəyən zaman, belə zərərin əvəzi aşağıdakı qaydada ödənilir: 3.2.1. Əmlakın itirilməsi/məhv edilməsi – itirilmiş/məhv edilmiş əmlakın dəyərinin 2 misli məbləğdə. Həmin müqavilənin 3.5-ci bəndinə müvafiq olaraq əmlakın vaxtında qaytarılmamasına, eləcə də əmlakın təmir xərcinin və yaxud itirilmiş/məhv edilmiş dəyərinin vaxtında ödənilməməsinə görə istifadəçiyə daxil olmuş tələb əsasında hazırki müqavilə ilə təhvil verilmiş əmlakın dəyərinin 1% həcmində cəriməni, gecikdirilmiş hər təqvim gününə görə istifadəyə verənə ödəyir. Əmlakın istifadəçi tərəfindən istifadəyə verənə qaytarılması 15 təqvim günündən artıq müddətə gecikdirilərsə, əmalk itirilmiş/məhv edilmiş hesab edilir və istifadəçi onun dəyərinin 2 mislini istifadəyə verənə ödəyir. Cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq tərəflər arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, **********/21 saylı “Dondurucu avadanlıqların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin 1.3-cü bəndinə əsasən cavabdeh dondurucuları 2021-ci il mövsümünün sonu, yəni 01 oktyabr 2021-ci il tarixində qaytarmalı olmasına baxmayaraq bu günə qədər dondurucuların 28 ədədini geri qaytarmamışdır. 19 noyabr 2021-ci il tarixdə tərtib edilmiş və tərəflərin imzaları ilə təsdiq edilmiş soyuducu (dondurucu) avadanlıqların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilənin təhvil-təslim aktından da görünür ki, cəmi 4 ədəd avadanlıq (2 ədəd Uğur UDD-500 və 2 ədəd Uğur UDD-400) cavabdeh tərəfindən təhvil verilmiş, yerdə qalan 28 ədəd dondurucu isə qaytarılmamışdır. Dondurucuların 5 gün müddətində qaytarılması ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilmiş, buna baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, **********/21 saylı distribütor müqaviləsinə əsasən istehsalçı İddiaçı MMC özü istehsal etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən dondurma məhsullarını Qəbələ bölgəsində satışının təşkil edilməsini distribütor Cavabdeh tapşırır, distribütor isə öz növbəsində həmin məhsulları qəbul edir, istehsalçının müəyyən etdiyi qiymətə satır və həmin məhsulların dəyərini bu müqavilənin şərtlərinə əsasən ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.5-ci bəndinə əsasən istehsalçı məhsulların satışının təşkili məqsədi ilə distribütora əlavə müqavilələr bağlamaqla (Soyuducu avadanlıqlarının əvəzsiz istifadəyə verilmə müqaviləsi) soyuducu (dondurucu) avadanlıqlar verir. Tərəflər arasında bağlanmıç “Dondurucu avadanlıqların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən istifadəçi Cavabdeh 32 ədəd dondurucu avadanlıq əvəzsiz istifadəyə verilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən istifadəçi istifadəyə verəndən əmlakı qəbul edir və istifadəyə verənə məxsus məhsulların dondurulmasını təmin etməyi üzərinə götürür və hazırki müqavilənin dayandırılmasından və ya xitamından sonra və ya mövsümün sonuna qədər (2021-ci il mövsümün sonu dedikdə 01 oktyabr 2021-ci il tarixi nəzərdə tutulur) istifadəyə verənə əmlakı təbii köhnəlmə nəzərə alınmaqla aldığı vəziyyətdə qaytarmağı üzərinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə müvafiq olaraq istifadəyə verənə qaytarılan əmlak istifadəçi tərəfindən təhvil alınmış vəziyyətdə, təbii köhnəlmə nəzərə alınmaqla qaytarılmalıdır. İstifadəçi tərəfindən əmlakın itirilməsi/məhv edilməsi – itirilmiş/məhv edilmiş əmlakın dəyərinin 2 misli məbləğdə zərərin əvəzi ödənilməlidir. Əmlakın istifadəçi tərəfindən istifadəyə verənə qaytarılması 15 təqvim günündən artıq müddətə gecikdirilərsə, əmlak itirilmiş/məhv edilmiş hesab edilir və istifadəçi onun dəyərinin 2 mislini istifadəyə verənə ödəyir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, tərəflər arasında bağlanmış “Dondurucu avadanlıqların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin 1.3-cü bəndinə əsasən cavabdeh dondurucuları 2021-ci il mövsümünün sonu, yəni 01 oktyabr 2021-ci il tarixində qaytarmalı idi, lakin bu günə qədər dondurucuların 28 ədədi geri qaytarılmamışdır. Odur ki, qaytarılmayan 28 ədəd dondurucuların ümumi dəyərinin 2 mislinin, yəni 31800 manat məbləğində pul vəsaitinin və 206 manat ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilələr, təhvil-təslim aktları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur.Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 732, 735, 736-cı maddələri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, **********/21 nömrəli distribütor müqaviləsinə əsasən istehsalçı İddiaçı MMC özü istehsal etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən dondurma məhsullarını Qəbələ bölgəsində satışının təşkil edilməsini distribütor Cavabdeh tapşırır, distribütor isə öz növbəsində həmin məhsulları qəbul edir, istehsalçının müəyyən etdiyi qiymətə satır və həmin məhsulların dəyərini bu müqavilənin şərtlərinə əsasən ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.5-ci bəndinə əsasən istehsalçı məhsulların satışının təşkili məqsədi ilə distribütora əlavə müqavilələr bağlamaqla (Soyuducu avadanlıqlarının əvəzsiz istifadəyə verilmə müqaviləsi) soyuducu (dondurucu) avadanlıqlar verir. Tərəflər arasında bağlanmış 13 aprel 2021-ci il tarixli **********/21 nömrəli “Dondurucu avadanlıqların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən istifadəçi Cavabdeh 32 ədəd dondurucu (hər birinin dəyəri 550 manat olan 3 ədəd UDD-300, hər birinin dəyəri 550 manat olan 16 ədəd UDD-400, hər birinin dəyəri 550 manat olan 3 ədəd UDD-500, hər birinin dəyəri 600 manat olan 9 ədəd UDD-500 və dəyəri 650 manat olan 1 ədəd UDD-600 markalı) avadanlıq əvəzsiz istifadəyə verilmişdir. Sözügedən avadanlığın verilməsi xx.xx.2021-ci il tarixli VHD-225 nömrəli tərəflərin imzaları ilə təsdiq olunmuş soyuducu təhvil-təslim aktı ilə öz təsdiqini tapır. 13 aprel 2021-ci il tarixli **********/21 nömrəli “Dondurucu avadanlıqların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin 1.3-cü bəndinə əsasən istifadəçi istifadəyə verəndən əmlakı qəbul edir və istifadəyə verənə məxsus məhsulların dondurulmasını təmin etməyi üzərinə götürür və hazırki müqavilənin dayandırılmasından və ya xitamından sonra və ya mövsümün sonuna qədər (2021-ci il mövsümün sonu dedikdə 01 oktyabr 2021-ci il tarixi nəzərdə tutulur) istifadəyə verənə əmlakı təbii köhnəlmə nəzərə alınmaqla aldığı vəziyyətdə qaytarmağı üzərinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə müvafiq olaraq istifadəyə verənə qaytarılan əmlak istifadəçi tərəfindən təhvil alınmış vəziyyətdə, təbii köhnəlmə nəzərə alınmaqla qaytarılmalıdır. İstifadəçi tərəfindən əmlaka zərər dəyən zaman, belə zərərin əvəzi itirilmiş/məhv edilmiş əmlakın dəyərinin 2 misli məbləğdə ödənilir. Həmin müqavilənin 3.5-ci bəndinə müvafiq olaraq əmlakın vaxtında qaytarılmamasına, eləcə də əmlakın təmir xərcinin və yaxud itirilmiş/məhv edilmiş dəyərinin vaxtında ödənilməməsinə görə istifadəçiyə daxil olmuş tələb əsasında hazırki müqavilə ilə təhvil verilmiş əmlakın dəyərinin 1% həcmində cəriməni, gecikdirilmiş hər təqvim gününə görə istifadəyə verənə ödəyir. Əmlakın istifadəçi tərəfindən istifadəyə verənə qaytarılması 15 təqvim günündən artıq müddətə gecikdirilərsə, əmalk itirilmiş/məhv edilmiş hesab edilir və istifadəçi onun dəyərinin 2 mislini istifadəyə verənə ödəyir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, tərəflər arasında bağlanmış 13 aprel 2021-ci il tarixli **********/21 nömrəli “Dondurucu avadanlıqların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin 1.3-cü bəndinə əsasən cavabdeh dondurucuları 2021-ci il mövsümünün sonu, yəni 01 oktyabr 2021-ci il tarixində qaytarmalı olmasına baxmayaraq, 19 noyabr 2021-ci il tarixində tərtib edilmiş və tərəflərin imzaları ilə təsdiq edilmiş “Soyuducu (dondurucu) avadanlıqların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilənin təhvil-təslim aktı ilə dondurucuların cəmi 4 ədədini qaytarmış, qalan 28 ədəd dondurucu geri qaytarılmamışdır. Qaytarılmayan 28 ədəd dondurucunun (hər birinin dəyəri 550 manat olan 3 ədəd UDD-300, hər birinin dəyəri 550 manat olan 14 ədəd UDD-400, hər birinin dəyəri 550 manat olan 2 ədəd UDD-500, hər birinin dəyəri 600 manat olan 8 ədəd UDD-500 və dəyəri 650 manat olan 1 ədəd UDD-600 markalı) ümumi dəyəri 15900 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən dondurucuların dəyərinin 2 misli yəni 31800 manat (15900 x 2) məbləğində vəsait cavabdehdən tutularaq ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 185,40 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən ödənilməmiş 185,40 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 206 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 206 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli qaytarılmayan 28 ədəd dondurucuların ümumi dəyərinin 2 misli olan 31800 manat pul və 206 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh 185,40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1413/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1413/2022
10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver